Rusiya xüsusi xidmət orqanları tatar liderə cinayət işi açdı
Bizi izləyin

Nida.az

Rusiya xüsusi xidmət orqanları tatar liderə cinayət işi açdı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Krım tatar Milli Məclisinin rəhbəri, Ukrayna parlamentinin üzvü Rıfat Çubarova qarşı bölücülük ittihamı ilə cinayət işi açıb.


Publika.az xəbər verir ki, Krımda rus idarəçiliyinin baş prokuroru Nataliya Poklonskaya Çubarovun Rusiyanın ərazi bütövlüyünə qarşı çıxışlar etdiyini iddia edib. Onun sözlərinə görə, Rusiya rəsmi olaraq Çubarov haqqında axtarış elan edib.


Çubarova qarşı açılan cinayət işi Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 280/1-ci maddəsinə söykənir.


Məsələ ilə bağlı danışan Çubarov isə Krımın işğal edildiyini və Rusiya torpağı olmadığını bildirib: “Əgər belədirsə, o zaman Obamanı, Merkeli, Ərdoğanı da həbs etsinlər. Onlar da bu torpaqların Rusiyanın olmadığını bildiriblər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm