Söyün Sadıqov yeni layihəyə cəlb edilib - İDDİA
Bizi izləyin

Nida.az

Söyün Sadıqov yeni layihəyə cəlb edilib - İDDİA

Söyün Sadıqov yeni layihəyə cəlb edilib - İDDİA

Rusiyada Azərbaycanlı miqrantlar arasında antiavropa təbliğatı aparılır. “Sizin çörəyiniz Rusiyadan çıxır, Avropaya ancaq neftiniz lazımdır”. Bu sözləri son günlər Rusiya, xüsusilə Moskva bazarlarında tez-tez eşitmək mümkündür.

Azərbaycanın Rusiyadakı diasporunun elitasında təmsil olunan mənbə Publika.Az-a azərbaycanlı miqrantlarla bağlı Moskavadakı müəyyən siyasi çevrələrin xüsusi layihəsinin olduğunu deyir. Məsələ Ukraynadakı Qərb-Rusiya savaşından sonra yenidən aktuallaşıb. Mənbə adını açıqlamaq istəmir, amma onun Rusiyanın parlament və dövlət qurumalrında yaxşı dostlarının olduğu da bizə məlumdur. Bu üzdən onun danışdıqlarının arxasında heç nəyin olmadığı fikri zəif ehtimaldır. O, Kremlin divarları arxasında nələrinsə baş verdiyini, lakin tam detallı informasiyaya çıxışın qarşısının kəsildiyini də vurğulayır. Amma əlində bir neçə ciddi hesab oluna biləcək informasiyalar da var.

Rusiya Azərbaycan diasporunu təşkilatlandırmağa yenidən başlayıb. Diaspor bazarlardakı azərbaycanlı miqrantlar arasında təbliğat aparmalı, antiavropa ruhu formalaşdırmalıdır. Əsas məqsəd Azərbaycanda onlardan ibarət rus düşüncəli təbəqənin genişləndirilməsidir. Təbliğat əsasən bazarda çalışan azərbaycanlı qruplarda bir nəfər tərəfindən aparılır və o əvvəldən seçilir. Təbliğatın forması “bazar söhbətləri”, yəni hər-hansı “tema”dan danışmaq lazım gəldiyində söhbət məhz azərbaycanlıların Rusiyada dolanışığı, ailələrinin yaşaması üçün lazım olan pulun məhz bu torpaqlarda qazanılması, söhbətin siyasiləşməsidir.

Mənbə bildirir ki, Yanukoviçin Kiyevdən qovulmasından sonra Rusiya Prezidenti yanında Millətlər Şurasının qapalı iclası keçirilib. Həmin iclasda Ukrayna məsələsi, yəni birbaşa Krım müzakirə mövzusu olub. Lakin Azərbaycana dair də bəzi məsələlər müzakirə olunub. Bazarlardakı təbliğat da məhz həmin iclasda sonra başlayıb.

Mənbə bildirir ki, iclasda Azərbaycanlılardan Söyün Sadıqov və Arif Kərimov iştirak edib. Həmçinin Moskvadakı talışəssili azərbaycanlıların bir nümayəndəsinin də iştirakçılar arasında olduğu deyilir. Lakin həmin şəxsin kimliyi dəqiqləşdirilməyib.

Mənbə iddia edir ki, Krımdan sonra əsas hədəf Azərbaycan olacaq. Məqsəd Azərbaycanın mümkün qədər loyallaşdırmaqdır. Bunun üçünsə təzyiq rıçaqları yenidən işə salınır. “Həmişə kimi Azərbaycanı miqrant və etnik kartla vurmağa hazırlaşırlar” deyə mənbə vurğulayır.

Məsələ ilə bağlı Söyün Sadıqovun da mövqeyini öyrənməyə çalışacağıq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm