Türkiyə səfirliyindən “nurçu” məsələsinə REAKSİYA - ÖZƏL
Bizi izləyin

Nida.az

Türkiyə səfirliyindən “nurçu” məsələsinə REAKSİYA - ÖZƏL

Türkiyə səfirliyindən “nurçu” məsələsinə REAKSİYA - ÖZƏL

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadəniz son günlər Azərbaycanda mediasında yer alan “nurçu” məsələsinə münasibət bildirib.

H.Karadəniz Publika.Az-a açıqlamasında deyib ki, güya Türkiyə səfirliyinin “nurçu şəxslərin siyahısını” hazırlaması ilə bağlı mediada yayılan məlumatlar cəfəngiyatdır: “Bu cür məlumatlara inanmaq doğru deyil. Çünki Türkiyə səfirliyinin gündəmində bu cür məsələlər mövcud deyil”.

Diplomat Türkiyə səfirliyinin hər zaman Azərbaycan dövlətinin yanında yer aldığını da söyləyib: “Təbii ki, biz səfirlik olaraq hər zaman Azərbaycan dövlətinin və xalqının yanındayıq. Bizim arzu və niyyətimiz də Türkiyə-Azərbaycan münasibətlərinin hər zaman yaxşı olmasına yönəlib”.

Mətbuatda adları “nurçu deputatlar” kimi hallanan şəxslərin Türkiyə səfirliyinin tədbirlərinə dəvət edilib-edilməməsi məsələsini də şərh edən H.Karadəniz deyib: “Bu cür əsassız məlumatlara münasibət bildirmək istəmirəm. Çünki bu cür məlumatlar doğru deyil. Səfirlik də heç kəsə qadağa qoymayıb. Sonuncu tədbirimizə də hər kəsi dəvət etmişdik. Hətta həmin siyahıda adları keçənləri də tədbirimizə çağırmışdıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm