Otto Hauzer: “Bundestaqın bəzi üzvləri Azərbaycan haqda təhrif olunmuş təsəvvür yaradır”
Bizi izləyin

Nida.az

Otto Hauzer: “Bundestaqın bəzi üzvləri Azərbaycan haqda təhrif olunmuş təsəvvür yaradır”

Azərbaycanın Almaniyada fəxri konsulu Otto Hauzer ötən həftə Bundestaqda Azərbaycanla bağlı qəbul olunan qətnamədən təəssüfləndiyini bildirib.

Publika.az xəbər verir ki, O. Hauzerin sözlərinə görə, qəbul olunan sənəddə əksini tapmış məsələlər reallığı əks etdirmir: “Xüsusilə, Azərbaycanda ictimai reallıqlara etinasızlıq göstərilərək ölkə haqda təhrif olunmuş təsəvvür formalaşdırılır. Bu sənəddə Azərbaycandakı tolerantlıq və dini bərabərlik əksini tapmayıb. Bu faktlar sənədin tərtibçiləri tərəfindən qəsdlə gizlədilib. Söz azadlığı haqda defisitdə irəli sürülən ittihamları təkzib etmək çox asandır. Azərbaycanın hər yerində internetə qeyri-məhdud çıxış var və bütün sosial şəbəkələrdən istifadə imkanı təmin olunub. Kim Azərbaycanda söz azadlığı və mətbuatın boğulmasından danışırsa, deməli, o, bu ölkə haqda məlumatlı deyil”.

16 il Bundestaqın üzvü olmuş O. Hauzer qeyd edib ki, parlamentin əksər üzvləri bu qətnaməni dəstəkləmir. Onun sözlərinə görə, sənədin qəbul olunduğu ötən cümə günü səsvermədə cəmi 30 deputat iştirak edib.

“Mən arzu edirəm ki, alman parlamentinin üzvləri Azərbaycanla dialoq aparsın və bu ölkəyə lazımi formada kömək edilsin. Əminəm ki, tezliklə anlaşılmazlıqlar aradan qalxacaq”, - deyə O. Hauzer qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm