Ziyafət Əsgərov: “Bəzi məktəb və məscidlərdə terrorçuluğa açıq çağırışlar olur”
Bizi izləyin

Nida.az

Ziyafət Əsgərov: “Bəzi məktəb və məscidlərdə terrorçuluğa açıq çağırışlar olur”

Ziyafət Əsgərov: “Bəzi məktəb və məscidlərdə terrorçuluğa açıq çağırışlar olur”

Milli Məclisdən Publika.Az –a verilən məlumata görə, bu məsələ parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin növbəti iclasında müzakirə edilib.

Parlament sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov deputatların müzakirəsinə “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədin təqdim olunduğunu bildirib.

“Son vaxtlar dünyada gedən qlobal proseslər və iğtişaşlar ölkəmizə də təsir edir. Bəzi məktəb və məscidlərdə, müxtəlif təşkilatlarda aqressiv dini təriqət daşıyıcılarının toplaşaraq sabit qruplar yaratması, təbliğat aparması, terrorçuluğa açıq çağırışlar səsləndirilməsi hallarına rast gəlinir.

Buna görə də sözügedən sənəddə ölkənin və dövlətin milli maraqlarına uyğun olaraq bəzi maddələrin sərtləşdirilməsi zəruridir. Bu, əsasən beynəlxalq terror fəaliyyəti, terrorçuluğun maliyyələşdirilməsi, terror aksiyaları təşkil etmə, planlaşdırma, hazırlama, əhali arasında vahimə yaratmaq, bu məqsədlə media orqanlarından, internetdən, sosial şəbəkələrdən istifadəetmə hallarını əhatə edir”-deyə komitə sədri bildirib.

Ziyafət Əsgərov qeyd edib ki, indiyədək Azərbaycan bununla əlaqədar 15-dən artıq beynəlxalq konvensiyaya qoşulub, parlamentdə bir sıra mühüm qanun və qərarlar qəbul edilib.

İclasda hər-hansı bir şəkildə terror fəaliyyətində iştirak edən şəxsin cəzalandırılması onun ətrafının, ailəsinin, bundan əziyyət çəkən digər fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi baxımından da vacib olduğu vurğulanıb.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm