Nida.az
“Azərbaycanda bütün dini təşkilatlar və icmalar üçün lazımı şərait yaradılır” – Əli Həsənov
“Azərbaycanda öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində quran, xalqımızın milli mənəvi dəyərlərinə və dini hisslərinə hörmətlə yanaşan bütün dini təşkilatlar və icmalar üçün lazımı şərait yaradılır, onların təşəbbüsləri, rəy və təklifləri nəzərə alınır”.
Publika.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiyaya, müvafiq qanunlara və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara əsasən tənzimlənir. Ə.Həsənov deyib: “Azərbaycan dövləti demokratik, hüquqi, fdünyəvi və unitary respublikadıır. Ölkədə din dövlətdən ayrıdır, dövlətin hüquq, idarəçilik, təhsil, ictimai münasibətlər, qulluq və digər sistemlər dünyəvi xarakter daşıyır. Eyni zamanda dini etiqat azaddır, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dini etiqad etmək, yaxud da heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Qanunun tələbinə görə, bütün bu proseslər dövlətin qanunlarına, dünyəvi idarəçilik sisteminə, cəmiyyətin hüquqi və ictimai normalarına müdaxilə və təzyiq yolu ilə deyil, qanun çərçivəsində baş verməlidir”.
Vasif Həsənli
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü