Partiya sədri: “Azərbaycan Avropa Oyunlarından çox şey qazandı”
Bizi izləyin

Nida.az

Partiya sədri: “Azərbaycan Avropa Oyunlarından çox şey qazandı”

“Avropa Oyunları Azərbaycanın dünyaya güclü dövlət olduğunu təqdim etdi”.


Bunu Publika.az-a açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.


Onun sözlərinə görə, açılış mərasimində olduğu kimi bağlanış mərasimi də gözəl və özünəməxsus formada idi: “Xüsusilə, Azərbaycanın milliliyinin təqdim edilməsi vacib nüanslardan oldu. Ümumiyyətlə I Avropa Oyunları Azərbaycanın güclü və müasir dövlət olduğunu bir daha göstərdi. Fikrimcə, ölkəmiz bundan sonra daha da böyük tədbirlərə ev sahibliyi edə biləcək. Misal üçün, Olimpiya Oyunları Bakıda tərəddüd edilmədən keçirilə bilər. Azərbaycan bu gücdə olduğunu sübut etdi. Bunun üçün həm maddi imkanımız, həm də təcrübəmiz yetər”.


Ə. Oruc Avropa Oyunlarının Azərbaycan idmanının inkişafına da xüsusi töhfə verdiyini bildirib.


“Oyunlar üçün yaradılan infrastruktur bu ölkəyə qaldı və idman sektoruna qoyulan kapitaldır. Bundan başqa, gəncliyin idmana marağı daha da artıb. Qazandığımız məqamların siyahısını genişləndirmək də olar. Lakin ümumilikdə Avropa Oyunlarından Azərbaycan çox şey qazandı. Bu, dəyişməyən faktdır”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm