İŞİD Qafqazda möhkəmlənir – terror qapımızda
Bizi izləyin

Nida.az

İŞİD Qafqazda möhkəmlənir – terror qapımızda

İŞİD-in son günlər Qafqazda peyda olduğuna, həmçinin bu bölgədən qruplaşmanın tərkibinə qoşulanların sayının çoxaldığına dair xəbərlər yayılır.


Publika.az xəbər verir ki, Gürcüstanın Pankisi dərəsinin İŞİD sıralarında döyüşən daha bir sakininin “ölüm kağızı” gəlib. 23 yaşlı Turpal Borçaşvilinin Suriya-Türkiyə sərhədlərində gedən döyüşlərdə öldürdülüyü ehtimal olunur.

O, əvvəlcə iş adı ilə Türkiyəyə yollanıb, daha sonra Suriyaya keçərək İŞİD-ə qoşulub. Məlumatlara görə, Borçaşvilinin məqsədi əvvəldən Suriyaya getmək olub.

Ümumiyyətlə, İŞİD döyüşçüləri sırasında Pankisi dərəsindən olanların da sayı çoxluq təşkil edir. Bunun səbəbi kimi qruplaşmanın məşhur liderlərindən olan Ömər Şişaninin məhz bu bölgədən olması göstərilir.


Məlumatlara görə, T. Borçaşvili İŞİD tərkibində döyüşərək öldürülən 14-cü pankislidir. Bir neçə həftə öncə İbrahim Satiaşvilinin ölüm xəbəri gəlib. Onun özü ilə apardığı həyat yoldaşı və üç azyaşlı uşağı da Suriyadadır.


Bir müddət öncə Gürcüstan Daxişi İşlər Nazirliyi Pnakisidə əməliyyat keçirərək İŞİD üçün döyüşçü toplayan qruplaşmanı həbs edib. Lakin onlar irəli sürülən ittihamları inkar edir. Ekspertlərin fikrincə, bu cür əməliyyatlar problemi həll etmir. İŞİD-ə qoşulmaların qarşısını almaq üçün Pankisi sakinlərinin dərəni tərk etməsinə qadağa qoyulması təklifləri var. Lakin bu, insan haqlarının pozulması və etnik ayrı-seçkilik kimi qəbul oluna bilər. Buna görə də rəsmi Tiflis Pankisidə İŞİD-ə qarşı aksiyalar keçirir, həmçinin bu işdə Türkiyə hüquq-mühafizə orqanlarının köməyinə ümid edirlər.


Qeyd edək ki, Şimali Qafqazda da vəziyyət ürəkaçan deyil. Bu günlərdə Şimali Qafqaz döyüşçüləri tam heyətdə “İslam dövləti” (İŞİD) terror qruplaşması və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər. İŞİD və onun liderinə sədaqət andı içən “Qafqaz Əmirliyi” təşkilatı Şimali Qafqazın bütün regionlarını-Çeçenistan, Dağıstan, İnquşetiya və Kabardin-Balkar federal subyektlərini əhatə edir. “Youtube”də yayılan videokadrlarda göstərilir ki, “Qafqaz Əmirliyi”nin bütün döyüşçülər bu qərarda vahid fikrə malikdirlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm