Həmsədrlər Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Bizi izləyin

Nida.az

Həmsədrlər Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparacaq.


Publika.az xəbər verir ki, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” hesabında yazıb.


Onun sözlərinə görə, münaqişə ilə bağlı ABŞ-ın bir sıra qurumlarında görüşlər nəzərdə tutulur.


“Minsk qrupunun həmsədrləri ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurası ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Vaşinqtonda səfərdədirlər”, - deyə amerikalı həmsədr vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm