Rusiyanın opera mügənnisinin adı XİN-in “qara siyahı”sına salınacaq – Rəsmi
Bizi izləyin

Nida.az

Rusiyanın opera mügənnisinin adı XİN-in “qara siyahı”sına salınacaq – Rəsmi

“Rusiyanın opera müğənnisi Lyubov Kazarnovskaya "Azərbaycanın dövlət sərhədi haqqında" qanunu pozduğu üçün onun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".

Publika.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Lyubov Kazarnovskayanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsinə münasibət bildirərkən deyib.

“Rusiyanın opera müğənnisi Lyubov Kazarnovskaya "Azərbaycanın dövlət sərhədi haqqında" qanunu pozaraq, qeyri-qanuni şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib. Müvafiq prosedur qaydalarına uyğun olaraq aparılan araşdırma nəticəsində bu şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”, - Hikmət Hacıyev bildirib.

O, qeyd edib ki, incəsənət xadimləri sülhə və barışığa xidmət etməli olduqları halda, L.Kazarnovskayanın Azərbaycanın işğal olunmuş ərazilərində etdiyi açıqlamaları Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını və işğal olunmuş ərazilərdə, hətta Ermənistan ərazisində Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləməni təşviq edir. H.Hacıyevin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində musiqi mərkəzinin yaradılmasından bəhs edən L.Kazarnovskaya bilməlidir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərdə törətdiyi vəhşiliklər nəticəsində Azərbaycan xalqının maddi-mədəni irsi, o cümlədən dahi sənətkarlar yetişdirən Qarabağ musiqi məktəbi talan, dağıntı və virana məruz qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm