AXCP-də qalmaqallı istefa: “Sədrin oğlu məni yumruqla vurdu”
Bizi izləyin

Nida.az

AXCP-də qalmaqallı istefa: “Sədrin oğlu məni yumruqla vurdu”

AXCP-nin Sabunçu rayon təşkilatının üzvü Tahir Kərim istefa verib.


Publika.az xəbər verir ki, T. Kərim istefasının səbəbini ona qarşı hücumların olması ilə əlaqələndirib: “Bu ilin yanvar ayından AXCP Sabunçu rayon şöbəsində mənə qarşı sədr tərəfindən etik normalara uyğun olmayan hərəkətlər baş vermişdi. Sədr məni telefonda söymüşdü və mən Əli Kərimlinin şəxsi səhifəsinə, Əbülfəz Qurbanlıya, NTK sədrinə, Məclis sədri Həsən Kərimova, Fuad Qəhrəmanlıya məlumat vermişdim. Lakin bu günə kimi heç bir tədbir görülməyib. Bu ilin 28 iyununda isə konfrans baş tutub və mən də həmin konfransda iştirak etmişəm.

Mandat üzvlərindən 15-ə yaxın üzvünü tanımamışam. Onların nə zamandan partiyaya üzv olduğunu bilmirəm. Yəni “pripiska” məsələsi burda da baş verib. Mən də namizədliyimi irəli sürdüm, lakin seçki zamanı dözümsüzlük, siyasi iradələrini ortaya qoya bilməyən şəxs, Məclis sədrinin oğlu oturduğum yerdə yumruqla məni vurdu. Bu hadisələr sədrin müavini Nurəddin Məmmədli və NTK sədri Arzuman Məcidlinin yanında baş verdi. Bu hadisədən sonra mən iclası tərk etməli oldum.

AXCP Sabunçu rayon şöbəsi saxta seçkisini keçirtdi və təşkilatı pis günə qoyan Allahverdi Allahverdiyevi sədr seçdilər. Mən yenidən göstərilən tərbiyəsizliklə bağlı müraciət etsəm də bu günə kimi tədbir görülməyib. AXCP Sabunçu rayon şöbəsinə, Məclisinə, AXCP sədrinə yazaraq bildirmək istəyirəm ki, məni Sabunçu rayon şöbəsi üzvlüyündən azad edəsiniz, artıq bu şöbədə bu şəkildə fəaliyyət göstərmək mümkünsüzdür”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm