Müsavatla ADR arasında yeni QARŞIDURMA
Bizi izləyin

Nida.az

Müsavatla ADR arasında yeni QARŞIDURMA

Müsavat partiyası ilə Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı arasında növbəti qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, Müsavat başqanı Arif Hacılının ADR sədri Qubad İbadoğlunun İqtisadiyyat komissiyasının rəhbəri olduğu dövrdə heç bir fəaliyyətin olmadığını deməsi, keçmiş başqan İsa Qəmbərin isə bu fikri dəstəkləməsi qarşıdurmanı şiddətləndirib.


Q. İbadoğlu İsa Qəmbəri ədalətsizlikdə ittiham edib: “İsa Qəmbər ədalət hissini çoxdan itirib. Onda azacıq da olsa ədalət hissi qalsaydı, 2003-cü ildəki uğurlarımızda kifayət qədər əhəmiyyətli rol oynayan iqtisadiyyat, səhiyyə, təhsil sahəsində proqramların olduğunu xatırladar və bu açıqlamaya etiraz edərdi”.


Müsavat Gənclər Təşkilatının keçmiş sədri, ADR üzvü Amid Süleymanov da partiya rəhbərliyini sərt ittiham edib.


“Arif Hacılı hər zaman olduğu kimi yalan danışır, İsa Qəmbər də müdrikcəsinə yalan qarşısında susur. İsa bəy, 2003-cü ildə debatlarda əlində tutub bərk-bərk stola vurduğun proqramlar necə oldu bəs? İndi o proqramı yazanları bəyənmirsiniz deyə 25 illik dostun yalan danışır, siz də susursunuz?” - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm