Nida Təhlil
Rusiyadan İrəvana təcili Qarabağ MESAJI
Azərbaycan Ordusunun irimiqyaslı hərbi təlimlərə
başlaması Ermənistanda ciddi qorxulara səbəb olub.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana
əsasən, noyabrın 12-dən 18-dək səhər şəraitində qoşunların
idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə
Silahlı Qüvvələr irimiqyaslı təlimlərə başlayıb.
Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter,
150-dən artıq tank və zirehli texnika, eləcə də raket və
artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.
Ermənistan mediası bunu Azərbaycanın işğal altındakı əraziləri azad
etmək üçün böyük hərbi hazırlığı olaraq təqdim ediblər.
Erməni ekspert David Apinyan deyib ki, gözlənilməz müharibə hər an
başlaya bilər: "Azərbaycanın hərbi təlimləri təsadüfi ola
bilməz və sonda Ermənistan ciddi zərbə ilə qarşılaşa bilər.
Müharibənin yenilənməsi təhlükəsi var".
Azərbaycan Ordusunun təlimləri fonunda SSRİ-nin keçmiş baş naziri,
Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkovun dünən İrəvanda
söylədiyi fikirlər də diqqət çəkir.
Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandıran
Rıjkov "Rusiya Azərbaycana niyə silah satır?" sualını cavabında
bunun köhnə sual olduğunu vurğulayıb.
"Bəli, biz silahı satırıq, lakin bu o demək deyil ki, müharibə
istəyirik. Hər şeyin yoluna düşməsi üçün Dağlıq Qarabağ
münaqişəsini tezliklə həll etmək lazımdır. Yalnız o halda, bu
problemlər aradan qalxacaq".
Rusiya Ermənistana Rıjkovun dili ilə "əgər silah
satmağımızı istəmirsənsə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün
mənim planımı qəbul et" mesajını verir.
"Armenianreport" saytı da yazır ki, Rıjkov əslində, Ermənistanın
ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan "Qarabağ planı"
ilə razılaşmasına işarə edir.
"O, "əraziləri qaytarın, Rusiyanın Qarabağ planı ilə
razılaşın və bütün bu problemlər aradan qalxsın" demək
istəyir. İkinci mesajı da belədir: "əgər siz bununla
razılaşmasanız, o zaman Azərbaycan güc yolu ilə sizi yola
gətirəcək". Bunu Ermənistan rəhbərliyi də yaxşı bilir,
lakin susur. Bu, sadəcə Ermənistanın milli biabırçılığıdır", - deyə
sayt yazır.
Asif
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?