Nida Təhlil
Qarabağda “İsgəndər”lə “Dron”ların müharibəsi başlayır
“Azərbaycan və Ermənistan texniki nöqteyi-nəzərdən
müharibəyə hazırdır”.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg”
nəşri yazıb.
Nəşr yazır ki, Qarabağda Rusiyanın “İsgəndər”ləri ilə İsrailin
"Dron"ları üz-üzə gələcək: “Ermənistan və Azərbaycan aprel
müharibəsindən sonra öz hərbi güclərini artırmaq istiqamətində
addımlar atdılar. Ermənistan Rusiyadan “İsgəndər”lər aldı (hansı
ki, bu raketlərin Gümrüdəki rus bazasına məxsus olduğu aydındır),
Azərbaycan isə İsraildən "Dron"larını öz hərbi arsenalına daxil
edir, həmçinin Pakistandan yüksəktexnologiyalı silahları idxal
etməyi düşünür”.
London institutunun ekspertləri nəşrə bildiriblər ki, Qarabağda
ciddi partlayış təhlükəsi mövcuddur.
Nəşr qeyd edir ki, ABŞ-da yeni prezident seçildiyi üçün Vaşinqton
və Moskva arasında Qarabağ məsələsi üzrə danışıqlar dayanıb: “Bu
amil də bölgədə müharibənin başlamasına şərait yaradır”.
Məqalədə Qarabağ münaqişəsinin yaranma tarixi, azərbaycanlıların
deportasiyası və ərazilərin işğalı faktları xatırlanır. Bununla
yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin şənbə günü cəbhə
bölgəsinə səfəri və verdiyi mesajlar qeyd olunur. Bildirilir ki,
Azərbaycan ərazilərinin azad olunması üçün lazımi addımlar atmağa
hazırdır.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?