Cənubi Qafqaz Federasiyası yaradılır, Qarabağ və yeddi rayon...
Bizi izləyin

Nida Təhlil

Cənubi Qafqaz Federasiyası yaradılır, Qarabağ və yeddi rayon...

ABŞ-da Donald Tramp-ın prezident səlahiyyətlərinə başlamasından sonra Dağlıq Qarabağ münaqişəsində üç ssenari tətbiq oluna bilər.

ABŞ-da Donald Tramp-ın prezident səlahiyyətlərinə başlamasından sonra Dağlıq Qarabağ münaqişəsində üç ssenari tətbiq oluna bilər.

Publika.az xəbər verir ki, bu barədə almaniyalı politoloq Vilfrid Furman deyib.

Almaniyalı politoloqun təqdim etdiyi üç ssenari:

1. Rusiya və ABŞ müasir sərhədləri tanıyır və Dağlıq Qarabağ, eləcə də işğal olunmuş yeddi rayon məsələsini Azərbaycan və Ermənistanın öhdəsinə buraxırlar. Bu, məsələnin avtomatik olaraq hərbi yolla həllini gündəmə gətirmir. Lakin Ermənistan qeyri-konstruktiv yanaşmanı davam etdirərsə, hərbi seçim gündəmə gələcək.

2. Hər iki dövlət münaqişənin davam etdiyi 20 ili nəzərə almaqla və münaqişə bölgəsində doğulmuş insanların mülki və insan haqlarını tanımaqla Dağlıq Qarabağ və yeddi rayon üçün “bölüşdürmə” konsepsiyasını irəli sürür. Belə ssenari tətbiq olunarsa, Rusiya və ABŞ sərhədlərin təyin olunmasında təkid edəcək və Ermənistanla Azərbaycan arasında aktiv moderatorlar olaraq çıxış edəcəklər. Bu halda münaqişənin düyünü çözülmüş olacaq.

3. Cənubi Qafqaz Federasiyası yaradılır. Təbii ki, bunun mümkün olacağı çətin görünür. Lakin neytral federasiya variantı tətbiq oluna bilər. Yəni, hər üç ölkənin vətəndaşları birindən digərinə sərbəst qaydada gedib-gələ, birgə polis qüvvələri yaradıla bilər. Belə olan halda Amerika və Rusiya federasiyanın xarici sərhədlərinin qarantı kimi çıxış edəcəklər. Dağlıq Qarabağ bölgəsi isə federasiya daxilində xüsusi statusa malik ərazi ola bilər və kvota şəkilində struktur qurula bilər. Yəni, ermənilər və azərbaycanlılar bölgənin idarə olunmasında paritet şəkildə təmsil olunarlar.

V. Furman hesab edir ki, hər üç variantda tərəflərdən biri digərini üstələmir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm