Nida Təhlil
Torpaq insan qanı ilə suvarılacaq: bir damla su uğrunda MÜHARİBƏ
Fərqanə vadisi – Çin və İran arasındakı dağ suyu və
insan qanı ilə sulanmış bərəkətli torpaq.
Bura hələ eramızdan əvvəl Makedoniyalı İsgəndərin ordusunun
hücumuna məruz qalıb. Sonra ərəblər, monqollar və rus çarları
zaman-zaman bu bərəkətli torpaq uğrunda qılınclarını sıyırdılar.
1990-cı və 2000-ci illərdə Oş qətliamı, 2005-ci ildə Əndincanda
qanlı döyüşlər: Tarixdən başlayaraq, günümüzə qədər Fərqanə vadisi
qar suları ilə yanaşı, qanla da suvarılır.
Vadi qarlı dağlar, Tyan-Şan buzlaqları və dağ silsilələri ilə əhatə
olunur. Bu buzlaqlar və qarlar ən çox Sırdərya çayınının su
mənbəyidir. Bu çay Özbəkistanın altı, Qırğızıstanın üç,
Qazaxıstanın iki, Tacikistanın isə bir əkin sahəsini suvarır. Lakin
vəziyyət əvvəlki kimi deyil.
Publika.az xəbər verir ki, Almaniyanın Geoloji
Tədqiqatlar Mərkəzinin araşdırmalarına görə, 1961-2012-ci illər
arasında Tyan-Şan buzlaqlarının 27 faizi öz kütləsini itirdi,
həmçinin, ümumdünya göstəricilərinə görə, dörd dəfə sürətlə
əriyir.
Tədqiqata rəhbərlik edən isveçrəli professor Daniel Farrinotti
deyir ki, Fərqanə vadisində suyun itkisi ildə 5,4
kubkilometrdir.
“Bu o deməkdir ki, bir il ərzində Tyan-Şan buzlaqlarının
itirdiyi suyun miqdarı İsveçrə sənayesinin altı il ərzində sərf
etdiyi su qədərdir”, - deyə tədqiqatçı bildirir.
Buzlaqların əriməsində qorxunc paradoks ondan ibarətdir ki, bu,
vadi sakinlərinin nəzərindən yayınır. Çünki buz kütlələrinin itməsi
çayların daşmasına, hətta sellərə səbəb olub. Bu isə belə
illüziyalar yaradır ki, su boldur və tükənməzdir. Halbuki, bu,
tədricən tükənərək yox olmağa doğru irəliləyir. Tədqiqatçılar
proqnozlaşdırır ki, 2050-ci ildə Tyan-Şan buzlaqlarının yarısı
əriyib yox ola bilər.
Artıq qar olmayan illərdə Fərqanə vadisinin əkin sahələrinin bir
çoxunda su çatışmazlığı yaranır. Suvarma işlərinə rəhbərlik edən
mirob (vəzifə adı-red) deyir ki, hətta yerli fermerlər su üstündə
bir-birini öldürməyə belə hazırdırlar.
Onun sözlərinə görə, problem ildən-ilə xronikləşir:
“Fermelər su üstündə dalaşır, bir-birini yaralayır, hətta
şikəst belə edirlər”.
Kəndli Rəsul Azamatov isə deyir: “Bu il də su az oldu və
biz Allaha dua etməkdən başqa heç nə edə bilmirik”.
Su anbarları köhnəlib, daşlar və pambıq tullantıları ilə
tıxanıb.
Fəlakətin başlanğıcı
Aral dənizinin “ölümü” haqda xəbərlər adi hala çevrilib.
Karakalpakda, Xarəzmdə, yaxud Daşoquzedə quraqlıq haqda xəbərlər
gündəlik həyatın bir hissəsinə çevrilib. Lakin özbəklər üçün
Fərqanə vadisində suyun çatışmazlığı sıradan bir hadisə deyil, bu,
fəlakətin başlanğıcıdır. Çünki vadi həmişə bərəkətli və bol sulu
olub. Bura Mərkəzi Asiya çöllərində açmış çiçək kimidir.
Sırdəryada su azlığı paytaxt Daşkənd üçün də problemlərə yol açır.
Paytaxtın suyu Sırdəryanın qolu olan Çirçik çayından asılıdır. XIX
əsrdə rus səyyahları Çirçikdə suyun uzaqdan eşidilən uğultusu haqda
yazırdılar. Lakin indi hər şey əvvəlki kimi deyil və çayın quruyan
yatağında yalnız bir neçə zəif axıntılar qalıb.
Amudərya çayı üçün də vəziyyət yaxşı deyil. Pamir buzlaqları da
eynilə Tyan-Şan buzlaqları kimi əriyir. “Oxfam” beynəlxalq xeyriyyə
cəmiyyəti hələ 2010-cu ildə xəbərdarlıq etdi ki, Tacikistanda
daşqın və sellərin mənbəyi kimi göstərilən Pamir buzlaqlarının 20
faizi əriyib. 2050-ci ilə qədər qalan buzlaqların 30 faizi də
əriyəcək.
“Su müharibəsi”
Tyan-Şan və Pamir buzlaqlarının əriməsi SSRİ-dən qalma və ittifaqın
dağılmasından sonra ortaya çıxan bir çox problemləri daha da
alovlandırır. Mərkəzi Asiya respublikaları – Özbəkistan, Qazaxıstan
və Türkmənistan neft və qazla zəngindir, lakin çayların və
regiondakı kanallarının aşağı axınında yerləşən bu ölkələr üçün su
böyük dərddir. Sırdrəya və Amudəryanın yuxarı hissəsində yerləşən
Qırğızıstan və Tacikistan isə karbohidrogen ehtiyatlara malik
deyil.
Beynəlxalq Böhran Qrupu Mərkəzi Asiyada münaqişələrin mənbəyi kimi
suyu göstərir.
“Problemin kökü SSRİ-nin dağılmasından sonra resursların
düzgün bölünməməsidir”, - deyə qrupun 2014-cü ildə
hazırladığı hesabatında deyilir.
Çayların yuxarı hissəsində yaşayan qırğızlar və taciklər yayda suyu
anbarlara yığır və qışda bundan elektrik istehsalında istifadə
edirlər. Bu, aşağı hissədə yerləşən Qazaxıstan, Özbəkistan və
Türkmənistan üçün problem yaradır. Qışda isə, yəni suvarmaya
ehtiyac olmadığı vaxtda su faydasız yerə axaraq, daşqınlara səbəb
olur. Beləliklə, adıçəkilən üç ölkənin əkin sahələri zərər görür.
“Su müharibəsi” adını alan bölgədəki münaqişənin əsasını məhz bu
təşkil edir.
“Biz meksikalılarıq”
Mərkəzi Asiyanın uçurumun ağzına qədər gəlməsinin səbəblərindən
biri isə sənayenin məhvidir. Çünki istehsal əvəzinə, Çindən ucuz
sənaye malları idxalıdır. Bu ucuz idxal region ölkələrindəki
zavodları, fabrikləri, emalatxanaları tarixin arxivinə göndərib. Və
burada qazanan Çindir, gömrük rüsumlarının aşağı olması və
qaçaqmalçılıq üçün münbit şərait də Pekinə sərf edir.
Müşahidələr də olduqca maraqlıdır: Misal üçün, Çindən Qazaxıstanın
Almatı şəhərinə doğru gələn yük maşınları dolu olur, gedənlər isə
boşboşdur.
Qazaxıstan gömrük xidmətinin kapitanı Talipjan Suleymenov deyir ki,
bura Meksika ilə ABŞ sərhədini xatırladır.
“Biz meksikalılarıq” – deyə o, bənzərlikləri belə
izah edir.
Belə vəziyyət iqtisadi problemlərin artmasına, əhalinin sosial
təminatının zəifləməsinə gətirib çıxarır. Və bütün bunlara su
problemi də əlavə olunarsa, vəziyyət acınacaqlıdır.
Qlobal istiləşmə: miflər dağılır
Qlobal istiləşmə elmi və siyasi dairələrdən tutmuş, məişət
səviyyəsinə qədər müzakirə mövzusudur. Bir çoxları bunu beynəlxalq
təşkilatların uydurması hesab edir. Lakin qlobal istiləşmənin
gündəlik həyata təsiri faktdır. Artıq buna görə müharibələr baş
verir, kütləvi miqrasiya yaşanır, onlarla ölkədə həyat səviyyəsi
pisləşir.
NASA iddia edir ki, Suriyada vətəndaş müharibəsinin başlanmasına və
miqrantların Avropaya axın etməsinə səbəb 1998-2012-ci illərdə son
900 il ərzində Yaxın Şərqdə görünməyən quraqlığın baş verməsi olub.
Məhz buna görə təxminən bir milyon yarım Suriya kəndlisi kənd
təsərüfatından və yaşadıqları yerlərdən uzaqlaşdı. İranda 7 illik
quraqlıq meyvə bağlarını məhv etdi. Son on min ilin quraqlığının
olacağı proqnozları Aralıq dənizinin ətrafındakı bütün torpaqları
hədələyir. Fransız iqlimşünaslar iddia edirlər ki, Cənubi Avropa bu
yüzilliyin sonunda səhraya çevrilə bilər.
Şimali Hindistanda 330 milyon insan susuzluqdan əziyyət çəkir. Son
40 il ərzində hər gün orta hesabla 9 fermer məhsul ümidini itirdiyi
üçün intihar edir. Yaxın onilliklərdə Hindistanı, Çini, ABŞ-ı,
Latın Amerikasının çox hissəsini, Yaxın Şərqi, Şimali Afrikanı,
Cənub-Şərqi Asiyanı və Avstraliyanı böyük quraqlıq gözləyir.
Su uğrunda müharibə başlayır
Mərkəzi Asiya da bu apokalipsisin bir hissəsidir. Regionda 60
milyondan çox insan yaşayır və onların çoxu 2000-ci ildən sonra
dünyaya gələnlərdir. Bir neçə milyon özbək, qırğız, tacik Rusiyada
və Qazaxıstanda işləyirlər. Lakin su problemi region
iqtisadiyyatının lokomativi hesab olunan Qazaxıstana da
çatmaqdadır.
Bütün bunlar regionda su uğrunda silahlı münaqişənin başlayacağı
proqnozunu gücləndirir.
İsveçrəli professor Daniel Farrinotti də belə düşünür. Ondan
soruşurlar: “Su müharibələri gözlənilirmi?”. Cavab
verir: “Birmənalı olaraq, bəli”.
Görünür, Fərqanə vadisi yenidən qanla suvarılacaq.
Asif
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın