Nida Təhlil
Putindən Ermənistana yeni Qarabağ SÜRPRİZİ
“Rusiya Ermənistana yeni Qarabağ sürprizi
hazırlayır”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Aravot”
qəzeti yazıb.
Qəzet qeyd edib ki, Rusiya və Ermənistanın vahid ordusunun
yaradılması Ermənistan üçün tələdir: “Vahid ordu sülh vaxtı
Ermənistan hərbi rəhbərliyinə, müharibə vaxtı isə birbaşa Rusiya
hərbi rəhbərliyinə tabe olacaq. Bu, ilk şübhəli məqamdır. Digər
tərəfdən, sənəddə göstərilir ki, bu ordu üçüncü ölkəyə qarşı
yönləndirilməyib. Lakin vahid ordunun hansı təhlükəyə qarşı
duracağı dəqiq açıqlanmır. Əgər razılaşmada “Üçüncü dövlətə qarşı
yönəlməyib” qeydi varsa, deməli bu ordu Azərbaycan və Türkiyəyə
qarşı heç nə etməyəcək. Ümumiyyətlə, açıq qalan suallar var və
Ermənistan rəhbərliyi buna cavab vermir. Yalnız müəyyən ehtimallar
irəli sürmək mümkündür”.
Qəzetin əsas ehtimalı odur ki, Moskva İrəvan üçün sürpriz
hazırlayır və bu sürprizdə Qarabağın ayrıca yeri var.
“Azərbaycan və Rusiya münasibətlərinin səviyyəsi deməyə əsas verir
ki, Qarabağda hansısa hərbi toqquşma zamanı Rusiya Ermənistanı
dəstəkləməyəcək. Ehtimal ki, Moskvanın bu layihəsi erməni ordusunun
üzərində nəzarəti tamamilə ələ almağa hesablanıb. Həmçinin,
mümkündür ki, Moskva Qarabağ münaqişəsi ətrafında hadisələrin
müəyyən inkişafı halında rus sülhməramlılarının daxil olmasına
yaşıl işıq yandırılmasına çalışır”.
Asif
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?