Nida Təhlil
Avropanın qətlini kimlər sifariş verir? - TƏHLİL
Avropanın radikal sağçıları Trampın prezident seçilməsini yeni
milad adlandırırlar. Bu, İsa Məsihin miladının XXI əsrdə yenidən
doğulmasıdır, təbii ki, sağçılara görə. Reallıq isə odur ki, “Qoca
Qitə” ötən əsrin 30-cu illərinə çox bənzəyir.
80 il öncə: I Dünya Müharibəsi başa çatmış, lakin
dünyanın bölüşdürülməsi tamamlanmamışdı. Payların yenidən müəyyən
edilməsi uğrunda dünya müharibəsinin ikincisi başlanacaqdı.
Almaniyada Hitlerin, İtaliyada Mussolinin timsalında nasistlər
(radikal sağçılar) hakimiyyət zirvələrinə doğru can atırdı...
80 il sonra: "Miqrantları qovun!" çağırışı ilə Ağ
Evə iddialı Tramp gözlənilmədən qalib gəldi və bu, Avropada
“zirzəmilərdə yuxulayan” sağçıları oyandırdı.
Hitler “Mənim mübarizəm”i ("Mein Kampf") həbsxanada olarkən
yazmışdı, Hollandiya Azadlıq Partiyasının lideri Qerts Vilders isə
bu gün biət etdiyi köhnə nasistin qələminin mürəkkəbindən çıxmış
sözləri başının üzərinə qaldırır.
Və Şimali Avropadan başlayaraq, Qərbi və Cənubi Avropaya
qədər uzanan radikal sağçıların “dirilişi” göz önündədir:
İsveçdə “İsçev demokratları” partiyasının lideri Yimmi Okesson,
Avstriyada Azadlıq Partiyasının lideri Norbert Hofer, Fransada
“Milli Cəbhə” Partiyasının lideri Marine Le Pen, Almaniyada
“Almaniya üçün alernativlər” partiyasının sədri Frauka Petri,
Hollandiyada Azadlıq Partiyasının lideri Qerts Vilders, İtaliyada
“Beş ulduz hərəkatı”nın lideri Beppe Qrillo Şimaldan Cənuba doğru
uzanan sağ zolağını təşkil edir. Bu zolaq Çexiya maliyyə naziri
Andrey Babiçin timsalında Şərqi Avropanın içərilərinə doğru da
uzanır.
İndiki Avropanı 30-cı illərlə müqayisə etməyimiz təsadüfi deyil.
Çünki radikal sağın yüksəlişinin hər şeydən öncə təbii səbəbləri
var. Və bu səbəblərin başlanğıcı çətinlikdir: adətən,
iqtisadi, yaxud ictimai böhranlar sağmeyilli qüvvələrin siyasi
meydana çıxmasına və əhalinin dəstəyini qazanmasına gətirib
çıxarır.
“Böyük böhran” (Great Depression) 1929-cu ildə başlamışdı və
böhranın davam etdiyi 39-cu ilə qədər radikal sağlar Avropada
hakimiyyətə keçmiş, ciddi güc qazanmışdı. İnsanların nasistlərə
dəstəyinin səbəblərindən biri I Dünya Müharibəsindən sonra ortaya
çıxan böyük böhran idi. Burada da indiki Avropada olduğu kimi
“kənardan gəlmələr” əsas günahkar hesab olunurdu. (Təbii ki,
başlanğıcda belə görünürdü, sonradan nasist ideologiyası tamam
fərqli istiqamətdə inkişaf etdi). 80 il öncəki “miqrantlar”
yəhudilər idi, onlar uzun illər Avropada yaşamalarına baxmayaraq,
məhz yadlar kateqoriyasına daxil edilmişdilər və bütün problemin
kökündə məhz bu yadlar göstərilirdi: adətən siyasi
sistemlər sosial və ictimai narazılığı yönləndirmək, yaxud bundan
siyasi məqsədlərdə istifadə etmək üçün mütləq səbəbkar və düşmən
tapırlar.
XX əsrin ilk yarısında da belə idi və günahkarlıq payı sıravi
yəhudilərin qismətinə düşmüşdü. XXI əsrdə isə müsəlman miqrantlar
nifrətin yönləndirildiyi hədəfə çevrildi. İndi Avropada sağçıların
güclənməsində və buna paralel olaraq, liberalizmin qüruba
enməsindəki təbii səbəb yaranmış problemlər və onun tapılan
“günahkarları”dır.
Şərqdəki müharibələrdən Qərb heç də qazanclı çıxana bənzəmir. Bu
gün yüz minlərlə müsəlman Avropanın soyuq düşərgələrində, asfalt
döşənmiş küçələrində gecələyir. Onlar yemək və yaşamaq, bir də
ölməmək üçün oradadırlar. Bu isə iqtisadi çətinliklə üzləşən
avropalını qəzəbləndirir və onlar kortəbii qəzəbə hədəf tapmaq üçün
sağçılara meyllənirlər.
Onlar Avropaya hökmranlıq edə bilərlər,
əgər...
Almaniya; Ümumdünya İqtisadi Forumu bu ölkənin
reytinqlərini aşağı salıb. Bir müddət öncə ölkədə əhali ərzaq
ehtiyatı yığmağa başlamışdı, məlumatlara görə, bu bəzi bölgələrdə
hələ də davam edir. Hərbi mükəlləfiyyətin məcburi edilməsi haqda
söz-söhbətlər gəzir. Aşağı təbəqə hakimiyyətdən ciddi şəkildə
narazıdır. Xüsusilə Avropa İttifaqının “ortada yeyib kənarda
gəzməyə” üstünlük verən ölkələrinə maddi yardımların edilməsi
(“Brexit”in səbəblərindən biri məhz bu idi) əhali tərəfindən artıq
qəbul edilmir. Almaniyanı Avropanın “xəstə adamı” adlandıranlar da
var. Bütün baş verənlərin fonunda Angela Merkel dördüncü dəfə
namizədliyini irəli sürməyə hazırlaşır. Hansı ki, o, miqrantlarla
bağlı “açıq qapı” siyasətini həyata keçirməyə başlayarkən nüfuzunu
ciddi şəkildə itirmişdi.
Fransa; Solçu ideyalarla iqtidara gələn Fransua
Ollandın sağçılığın gücləndiyi vaxtda bəxti gətirmir. Hər şeydən
əvvəl bu, ideologiyaların mübarizəsi kontekstində
dəyərləndirilməlidir. İqtisadi çətinlik, ictimai kataklizimlər sağ
ideologiyasına güc verir, beləliklə, tərəzinin əks gözünün -
solçuluğun dəyər şkalasının aşağıya doğru yuvarlanmasına səbəb
olur. Lakin Ollandın siyasi kursu fransızları heç də qane etmədi.
Ölkədə işsizlik də daxil olmaqla bir çox iqtisadi və sosial
problemlər var. Bunun fonunda Fransanın terrorun hədəfinə
çevrilməsindən sonra Ollandı ölənlər üçün tökdüyü göz yaşları belə
xilas etmədi. Fransızlar artıq “kef edə bilmir” və onlar günahkarı
deyəsən tapıblar: Bu, prezidentdir.
Əgər sağçılar bu iki açar ölkədə qalib
gələrlərsə...
Almaniya 2017-ci ilin sentyabr ayında seçkiyə gedir. Merkelin əsas
rəqibi sağçıların ümid yeri olan Frauka Petridir. Bir neçə ay öncə
keçirilən rəy sorğusunda Merkelin yenidən kansler seçilməsini
istəməyənlər istəyənləri üstələdi. Eyni taleyi Olland da yaşayır.
Onun əsas rəqibi “Milli Cəbhə” Partiyasının lideri Marine Le Pen
hesab olunur. Sağçı Cümhuriyyət Partiyası isə iki gün öncə Fransois
Fillonun gələn ilin may ayında keçiriləcək prezident seçkilərində
namizədliyini irəli sürüb. Lakin əsas diqqət Le Penin üzərindədir.
O, seçkilərdə Fransanın prezidenti olacağına əminliyini ifadə edib.
Sağçılar iki ölkədə hakimiyyətə gələrsə, bu, Avropanın “ələ
keçirilməsi” hesab oluna bilər.
“Avropa ölə bilər”: Fransanın baş naziri Manuel
Valss bu sözlərlə sağçıların hökmran olacağı Avropanın gələcəyinə
diqqət çəkdi. Bəli, Avropanın sonu görünür; fransız Le Pen
prezident olacağı təqdirdə, Avropa İttifaqından çıxacağı vədində
israr edir; Merkelə alternativ olan Frauka Petri də eyni
fikirdədir; çəhrayı Hollandiyada Qerts Vilders Hitlerin qələminin
məhsulunu başının üzərinə qaldırarkən, hər şeyi bəyan etmişdi.
Avropa İttifaqı dağılır, NATO hərbi birlik olaraq arxivə
gedir, “Qoca Qitə”ni xaos bürüyür.
Sağçı Avropanın gələcəyini belə xarakterizə edirlər. Lakin Qitənin
hansı rəngə bürünəcəyini, hansı nəticələrin baş verəcəyini zamanın
aydınlaşdıracağı da ayrıca həqiqətdir.
Burada ən maraqlı məsələ sağçıların təbii yüksəlişinin kimlərin və
necə yönləndirdiyidir. Yaxud...
Avropanın qətlinin sifarişçiləri kimlərdir?
İlk nəzərlər ingilislərin üzərində cəmləşir. “Brexit”dən sonra
Böyük Britaniyanın özünün qurduğu Avropanı almanlara və fransızlara
buraxmayacağı həqiqəti aydın idi. Burada “Brexit”dən sonra
Britaniya adasından qaçan investisiyanın geri qaytarılması kimi
iqtisadi və Avropa İttifaqının Merkel və Olland liderliyində
güclənərək anqlosakson güclərə qarşı cəbhə açmasının qarşısını
almaq kimi siyasi səbəblər mövcuddur.
Lakin II Dünya Müharibəsindən sonrakı dövrə nəzər yetirdikdə,
dünyanın yeni cizgilərinin formalaşdırıldığı fikri öncə çıxır.
“Avropa İttifaqı” birliyinin yaradıcıları İngiltərənin baş naziri
Çörçil və ABŞ prezidenti Ruzvelt idi. Onlar II Dünya Müharibəsindən
sonra bugünkü Suriya xarabalıqlarını xatırladan Avropanı
canlandırmaq və gücləndirmək istəyi ilə bu addımı atdı. Və Çörçilin
bu istəyinin hədəfində bir neçə siyasi sistemin mərkəzə bağlı
olduğu dünya hökumətinin qurulması idi. Avropa İttifaqı bu
layihənin ilk mərhələsi hesab oluna bilərdi.
Çorçilin yaratdıqlarını sələfləri dağıdır:
Avropanın vəziyyətində bu tarixi nüans diqqətdən qaçmır. Hesab
etmək olar ki; 70 il öncə ingilislər Avropanı yenidən dizayn
etdilər və bu gün onu dağıdırlar. “Brexit”lə bunun baş verəcəyi
onsuz da əvvəldən görünürdü. Və bu ehtimallar fonunda Amerikada
Donald Trampın qələbə qazanmasında da anqlosakson faktoru
boylanır.
Lakin burada açıq qalan suallar var: Avropa İttifaqının
dağılması kimə sərf edir?
İndiki məqamda cavab Böyük Britaniyadır və ingilislər zamanında
Amerikanın dəstəyi ilə yaratdıqlarını indi elə Tramp Amerikasının
dəstəyi ilə dağıtmağı planlaşdırırlar. Obama administrasiyasının
Avropa İttifaqına dəstək verdiyi açıq görünürdü. Nə qədər Avropa
İttifaqını ikinci planda saxlamağa çalışsa da, Ukraynadan sonra
Rusiyaya qarşı Brüsseli gücləndirmək istiqamətində addımları da
bunu göstərirdi. Tramp isə Brüsselin əsas gücü olan NATO-dan
dəstəyi çəkəcəyini, Avropa İttifaqına arxa çevirəcəyini bəyan edir.
Bəli, bu, ingilislərin xeyrinədir. Lakin...
Rusların Qərbə hücumunda önünü açmaq ingilislərə sərf
edirmi?
Avropanın “ölümü” qarşı cəbhənin – Rusiya və Çinin əlinə
oynamaqdır. Hansı ki, bu gün Avropada siyasi zirvəyə cana atan
radikal sağçıların demək olar ki, əksəriyyəti “rusların adamı”
hesab olunur. Onlar hakimiyyətə gələrsə, Putinin Avropaya təsiri
güclənəcək. Hesab etsək ki, bu proseslərin arxasında ingilislərin
oyunu var. O zaman “Amerika-İngiltərə birliyinin əks
cəbhənin əlini gücləndirəcək addımı atmasının” səbəbləri
və arxa planda dünya üçün hansı ssenarilərin qurulduğu müəmmalı
olaraq qalır.
Burada yalnız iki ehtimal önə çıxır:
1. Yeni döyüş meydanı Avropaya köçürülür.
2. “Amerika-İngiltərə birliyi Rusiyanı (eləcə də digər
ölkələri) açıq savaşla ələ ala bilmədiyini anladı. İndi üslub
dəyişdirilir, müdaxilə siyasəti Trampın timsalında “dost” və
“sevimli” Amerika timsalında yenidən başlanır”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Lakin burada “Dünyanın güc mərkəzi dəyişirmi?”
məsələsi də xüsusi xətlə keçir. Bu ehtimal diqqəti
anqlosaksonlardan yəhudi gücünə doğru yönəldir və “Trampın
seçilməsi ABŞ-dakı yəhudilərin planıdır” ehtimalını önə
çıxarır.
Dünyanın “güc mərkəzi” Qərbdən Şərqə keçir:
Nasistlərin Avropada hakimiyyətə gəlişi və yəhudilərə qarşı
soyqırımı siyasəti yürütməsinin arxasında elə yəhudi güclərinin
olduğu haqda iddialar günümüzə qədər hələ də aktual olaraq qalır və
burada gətirilən əsaslar belə idi: İsrail dövlətinin yaradılması
hələ I Dünya Müharibəsindən sonrakı dövrdə nəzərdə tutulmuşdu.
Dünya yenidən bölüşdürüləcək və bu mənzərədə İsrail dövləti
yaradılacaqdı. Müharibə başa çatdı, lakin Avropadakı yəhudilər
nəzərdə tutulan dövlətə getmək istəmirdilər. Onları Avropadan
çıxarmağın yeganə yolu məhz hücumlara məruz qalmaları idi. Bu, belə
də oldu. Hitler yəhudi soyqırımını törətdi və bundan sonra onlar
qaçmağa başladılar. II Dünya Müharibəsindən sonra İsrail dövləti
yaradıldı və Avropadan qaçanların gedə biləcəyi yeganə yer bura
idi.
Bütün bunlar təsdiqini tapmamış iddialardır. Lakin yəhudi yazıçısı
Əli Amirin “Yasəmən” romanında Avropa yəhudilərinin Şərq
torpaqlarındakı İsraildə yaşamaq istəmədiklərinə dair bədii
qeydləri dolayısı ilə bəzi məsələlərə də işıq salır.
Hesab etmək olar ki; İsrail dövlətinin yaradılması üçün
yəhuidilərin “Şərqə qaçışı”nı təşkil edənlər indi dünyanın “güc
mərkəzi”ni də bura gətirirlər. Radikal sağçıların hakimiyyətə
gəlişi ilə taqətdən düşəcək Qərb öz yerini Şərqə verir.
Asif Nərimanlı
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü