Bakının 2017-ci il planı və “rus ssenarisi” – ABŞ KƏŞFİYYATI
Bizi izləyin

Nida Təhlil

Bakının 2017-ci il planı və “rus ssenarisi” – ABŞ KƏŞFİYYATI

Ötən üç il ərzində Rusiya Qərbin təzyiqi ilə üzləşdi və bir çox strategiyasını təxirə saldı.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzinin analitikləri 2017-ci ildə Rusiyanın izləyəcəyi siyasəti təhlil edib.

Publika.az
xəbər verir ki, amerikalı analitiklər Rusiyanın 2017-ci ili səbirsizliklə gözlədiyini hesab edirlər.

“Ötən üç il ərzində Rusiya Qərbin təzyiqi ilə üzləşdi və bir çox strategiyasını təxirə saldı. 2014-cü ildə baş verən Maydandan sonra Ukraynan Avropa İttifaqı və NATO ilə yaxınlaşma dövrünə qədəm qoydu. Moldova və Gürcüstan kimi Rusiya periferiyasına daxil olan ölkələr ABŞ “kostyumu geyinməyə” başladılar. NATO qüvvələri Rumıniya və Baltikyanı bölgədə, həmçinin, Polşa sərhədi boyunca fəaliyyətini genişləndirdi. Eyni zamanda, ABŞ və Avropa İttifaqı Krıma görə Rusiyaya qarşı sanksiyaları artırdı. Bataqlığa yuvarlanan Rusiya iqtisadi neft qiymətlərinin aşağı düşməsi ilə daha da pisləşdi. Lakin 2017-ci il Rusiya üçün yeni mərhələ başlaya bilər”.

“Stratfor” yazır ki, 2016-cı ildə “Brexit”in baş verməsi ilə Rusiyaya qarşı birləşən Qərb cəbhəsində çatlar yarandı.

“Böyük Britaniyanın Avropa İttifaqından çıxması dərin çatları aşkar etdi. Donald Trampın ABŞ-da qələbəsi isə Moskvanın əlinin güclənəcəyini öncədən xəbər verir. 2017-ci ildə Fransa, Niderland, Almaniya və İtaliyanın ittifaqdan çıxması ehtimalı Avropanın gələcəyini təhlükə altına qoyur. Rusiya 2017-ci ildə Qərbdə yaranmış fikir ayrılığından maksimum istifadə etməyə çalışacaq”, - deyə təhlildə qeyd olunur.

Analitiklərin fikrincə, Rusiya keçmiş Sovet periferiyasında genişlənmə yolunu tutacaq: “Avropa İttifaqı ilə münasibətlərdə irəliləyiş əldə edə bilməyən və “aldadıqlarını” düşünməyə başlayan Ukrayna, Gürcüstan, Moldova kimi ölkələr Moskvaya üz tuta bilərlər. Hər-halda Rusiya bu ssenariləri indidən hazırlayır. Moldova bu məsələdə daha asan olacaq. Çünki son seçkidə prezident seçilən İqor Dodon Rusiyayönümlü mövqeyini gizlətmir. Ukrayna və Gürcüstan isə ərazi itkisinə görə ruslarla eyni masada oturmayacaq, lakin onlar Rusiya ilə ticarət əlaqələrini genişləndirə bilərlər”.

Mərkəz Rusiyanın Cənubi Qafqazda daha da güclənəcəyini diqqətə çatdırıb.

“İndiyə qədər neytrallığını saxlayan Azərbaycan Rusiya ilə daha çox yaxınlaşacaq, Özbəkistan da eyni siyasi xətti tutacaq. Həmçinin, Belarus da daxil olmaqla, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan Rusiya ilə əməkdaşlığı iki qat artıracaqlar. Rusiyanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi blokları daha aktiv fəaliyyət göstərəcəklər”, - deyə “Stratfor” yazır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm