Cənubi Qafqazda ölkələrin sayı azalacaq... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Cənubi Qafqazda ölkələrin sayı azalacaq... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Politoloq xəbərdarlıq edir ki, anti-Amerika mövqeyi tutan ölkələrin gələcəyi yaxşı olmayacaq.

Qarabağdan olan erməni hüquqşünasın sözlərinə görə, Sarkisyan və Petrosyan Qarabağın təcili qaytarılmasını istəyir. Rusiyalı şərhçi Stanislav Tasarov isə Türkiyənin 2017-ci ildə Qafqazda aktivləşəcəyini proqnozlaşdırıb. Rusiya Müdafiə Nazirliyi Suriyadakı hərbi qüvvələrinin ixtisarına başlayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dolayısı ilə ABŞ-ın İŞİD-ə dəstək verdiyini deyib. Rusiyanın ABŞ-dakı prezident seçkilərinə mümkün müdaxiləsi haqqında məsələ getdikcə daha kəskin hal almağa başlayır.

Qarabağdan olan erməni hüquqşünas Karen Oqandjanın sözlərinə görə, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ərazilərin qaytarılmasını istəyir. Hüquqşunas xatırladıb ki, məhz bu məsələ onun istefasına səbəb olmuşdu.

“Görünür, o, öz fikirlərindən əl çəkməyib”, - deyə Oqandjan bildirib. Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan da Petrosyanla eyni fikirdədir: “O da ərazilərin qaytarılmasını istəyir və faktiki olaraq bu məsələnin müzakirə olunduğu danışıqlarda iştirak edir. Petrosyan və Sarkisyan həmçinin, münaqişənin həlli açarının Rusiyada olduğunu bildirir. Bununla onlar kimin emissarları olduqlarını da etiraf edirlər”.

Qeyd edək ki, Levon Ter-Petrosyan bir müddət öncə ərazilərin təcili qaytarılmasının və münaqişənin həll olunmasının vacibliyini qeyd etmişdi.

Ərdoğan və Nazarbayevin Qarabağ PLANI: Ermənistan xəritədən silinəcək

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı şərhçi Stanislav Tasarov isə qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqların bu il hansı məcrada davam edəcəyi, ümumiyyətlə olub-olmayacağı şübhə altındadır.

Tasarov deyir ki, Türkiyə 2017-ci ildə Qafqaz siyasətini aktivləşdirəcək və bu işdə ona Qazaxıstan yardımçı olacaq.

Erməni politoloq İqor Muradyanın açıqlaması isə danışıqlar prosesində baş verənlər baxımından maraqlıdır. Muradyan deyir ki, danışıqların arxa planında Ermənistanın mövqeyi nəzərə alınmır. Politoloq xəbərdarlıq edir ki, anti-Amerika mövqeyi tutan ölkələrin gələcəyi yaxşı olmayacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkə tarixində bir ilkə imza atmağa hazırlaşır. “New York Times” nəşri yazıb ki, keçid qərargahı andiçmə mərasiminə qədər (yanvarın 20-si – red.) xarici ölkələrdəki bütün səfirlərinin geri çağırılması barədə sərəncam imzalayıb. Sərəncam 2016-cı il dekabrın 23-də Dövlət Departamentinin səlahiyyətlilərinə göndərilib.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutadır. O, 2015-ci ildən bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri səlahiyyətlərini yerinə yetirir. Sərəncamla onun da geri çağırılacağı gözlənilir.

İŞİD və ABŞ Türkiyəyə qarşı müharibə aparır - RƏSMƏN TƏSDİQLƏNDİ

“Rakkadan Əl Baba doğru gələn İŞİD terrorçularının koordinatlarını koalisiya qüvvələrinə versək də, terrorçulara heç bir hücum təşkil edilmir”. Bunu “New York Times” nəşrinə danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyə xarici siyasət idarəsinin başçısı bununla da “Aydınlıq” nəşrinin iddiasını təsdiqləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyədə hazırda müzakirə olunan məsələrdən biri də Yaxın Şərqdə anti-terror əməliyyatlarına qatılan koalisiya güclərinin İncirlik bazasından çıxarılması məsələsidir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin yeni baş katibi Antonio Quterreşlə görüşdən sonra deyib ki, Türkiyənin Adana vilayətindəki İncirlik aviabazasının bağlanması gündəmdə deyil.

Lakin M.Çavuşoğlu bildirib ki, Ankara İŞİD terror təşkilatı ilə mübarizədə iştirak edən ölkələrə bu bazadan istifadə etməyə icazə verib. Nazir qeyd edib ki, Türkiyə İŞİD terrorçuları ilə fəal mübarizə aparır: "Lakin son vaxtlar beynəlxalq koalisiya Türkiyəyə terrorçularla mübarizədə dəstək vermir".

Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və Baş nazirin müavini Veysi Kaynak rəsmi Ankaranın İncirlik" bazasındakı koalisiya qüvvələrinin çıxarılması imkanını nəzərdən keçirildiyini bildirib.

Ankaradan səslənən bəyanatlara Vaşinqtonun cavabı çox sərt olub. Ağ Evin mətbuat katibi Coş Ernest brifinq zamanı deyib ki, Amerika hərbçilərinin İncirlik bazasından istifadəsinin mümkün məhdudlaşdırılması Vaşinqtonun İŞİD terror qruplaşması ilə mübarizədə Ankaraya verdiyi dəstəyə mənfi təsir göstərəcək.

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İzmir məhkəməsi binasının qarşısında terror aktının törədilməsi barədə təlimatı PKK terror təşkilatının verdiyini deyib. Onun sözlərinə görə, erkən müdaxilə terrorçuların planını pozub və daha böyük itkilərdən qaçmaq mümkün olub. Xatırladaq ki, dünən İzmir məhkəməsi binasının qarşısında iki avtomobil partladılıb. Hadisə nəticəsində bir polis və bir məhkəmə işçisi şəhid olub, 7 nəfər yaralanıb. Partlayışdan sonra baş verən atışmada iki terrorçu öldürülüb, birinin axtarışları davam edir.

“Türkiyədə baş verənləri kimsə dayandıra bilməz” – TƏHDİD

Suriya prezidenti Bəşər Əsədin BAAS partiyasının nəzarətindəki parlamentin spikeri Xalid Abdud Türkiyəni təhdid edib. O, Suriya televiziyasının canlı efirində İŞİD terror təşkilatının içinə sızdıqlarını və təşkilatı istiqamətləndirdiklərini bildirib. Suriyalı siyasətçi Türkiyənin terror aktlarından qaçması üçün tək yolun olduğunu deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-dan isə İŞİD terror təşkilatına dəstəklə bağlı tarixi bir etiraf gəlib. Söhbət ABŞ dövlət katibi Con Kerrinin Suriya müxalifəti ilə görüşünün səs yazısındabn gedir. Səs yazısı mətbuata "Wikileaks" saytı tərəfindən ötürülüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Milli Kəşfiyyat direktoru Ceyms Klepperin ABŞ prezidenti Barak Obamaya təqdim etdiyi məruzədə deyilir ki, Rusiyadan olan vasitəçilər ABŞ Demokratlar Partiyasının Milli Komitəsindən oğurlanmış məktubları “Wikileaks” saytına verib.

Sənədin qeyri-məxfi versiyasının növbəti həftənin əvvəlində elan ediləcəyi gözlənilir.

“WikiLeaks” saytının banisi Culian Assanc yanvarın 3-də bildirib ki, sayt Rusiya və ya hər hansı başqa ölkə ilə əməkdaşlıq etmir. Onun sözlərinə görə, Barak Obama administrasiyası Moskvanı Amerika seçkilərinə müdaxilədə ittiham edərək qanunauyğun şəkildə prezident seçilmiş Donald Trampı qələbədən məhrum etmək istəyir.

ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsində Rusiya hakerlərinin ABŞ-da prezident seçkilərinin gedişinə müdaxiləsi haqqında dinləmələr keçirilib.

Dinləmələrin gedişatında Milli Kəşfiyyat direktoru Ceyms Klepper, Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers və Müdafiə Nazirliyinin kəşfiyyat üzrə müavini Marsel Lettr ifadə veriblər.

Milli Kəşfiyyat direktoru Ceyms Klepper deyib ki, Kreml kiberməkanda daha təcavüzkar xətti öz üzərinə götürüb, hökumət təşkilatlarını, beyin mərkəzlərini, siyasi təşkilatları və korporasiyaları hədəfə alıb.

Respublikaçı senator Con Makkeyn giriş çıxışında bildirib ki, ABŞ Rusiya prezidenti Vladimir Putinin ABŞ-a qarşı fəaliyyətinə, həmçinin Ukraynaya qarşı təcavüzə və Krımın tutulmasına effektiv cavabı verməlidir. Amma Con Makkeyn qeyd edib ki, kiberhücumlarda Rusiyanın iştirakı haqqında Amerika xüsusi xidmət orqanlarının məlumatları prezident seçkilərinin nəticələrini – respublikaçı Donald Trampın qələbəsini şübhə altına qoymur.

ABŞ-ın vitse-prezidenti Co Bayden PBS telekanalına müsahibəsində Birləşmiş Ştatların Rusiyanın haker hücumlarına yalnız rəsmi qaydada deyil, həm də məxfi hərəkətlərlə cavab verdiyini söyləyib: “Sizə bəzi cavab hərəkətlərimiz məlumdur, bəzilərisə məlum deyil”.

Vitse-prezident məlum hərəkətlər kimi sanksiyaların genişləndirilməsini və Rusiya diplomatlarının ABŞ-dan göndərilməsini nümunə gətirib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama dekabrın 29-da Rusiya barəsində yeni sanksiyalar haqqında fərmanı imzalayıb. Sanksiyalara məruz qalan təşkilatlar arasında Federal Təhlükəsizlik Xidməti və Rusiyanın Silahlı qüvvələrinin Baş qərargahının Baş kəşfiyyat idarəsi də var.

Bundan başqa, ABŞ Rusiyanın 35 diplomatını ölkə ərazisindən çıxarır. Rusiya diplomatlarının ABŞ-ı tərk etməsi üçün 72 saat vaxt verilib. Yüksək vəzifəli Amerika məmuru bildirib ki, Vaşinqtonun bu addımı Rusiya hakimiyyəti tərəfindən amerikalı diplomatların sıxışdırılmasına cavabdır.

Rusiya Müdafiə Nazirliyi Suriyadakı hərbi qüvvələrinin ixtisarına başlayıb. Bu haqda Rusiya Silahlı Qüvvələri Baş qərargahının başçısı, ordu generalı Valeri Qerasimov bildirib.

O deyib ki, bu barədə prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı Vladimir Putin qərar qəbul edib. Onun sözlərinə görə, ilk olaraq “Admiral Kuznetsov” təyyarədaşıyanı, “Böyük Pyotr” kreyseri və onları müşayiət edən gəmilər Suriyanı tərk edəcəklər.

Rusiya generalı qeyd edib ki, donanma qrupu öz missiyasını yerinə yetirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm