İrəvandan yeni işğala HAZIRLIQ, odla oynayan QONŞU ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvandan yeni işğala HAZIRLIQ, odla oynayan QONŞU ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ordunun son təlimləri də kəşfiyyatın fikrincə, hücuma hazırlığın əlamətləridir.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillersonun mümkün əməkdaşlığı məsələsini şərh edib. Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan yeni işğallar üçün hərəkətə keçib. Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə keçirdiyi mətbuat konfransında Minsk-Moskva xəttində baş verənləri şərh edib. ABŞ-la İran arasında gərginlik hər keçən gün artır.

Zaxarovanın sözlərinə görə, ABŞ və Rusiya arasında heç bir rəsmi əlaqə olmadığından Dağlıq Qarabağ münaqişəsinin mümkün müzakirəsi barədə danışmaq məntiqli deyil: “Gəlin bu əlaqələrin olacağı zamanı gözləyək. Çünki yalnız bundan sonra tərəflər müəyyən məsələləri müzakirə edə bilər".

"Təhkəsizlik təhdidlərinin özünü qiymətləndirmək haqqı olan BŞ-ın mövqeyini şərh etmədən demək istəyirəm ki, münaqişənin özü, əlbəttə ki, ilk növbədə, Ermənistan və Azərbaycanın təhlükəsizlik, sabitlik və gələcək inkişafına birbaşa təhdiddir", - M.Zaxarova bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında xalq diplomatiyasının rolunu yüksək qiymətləndirir. Onun sözlərinə görə, münaqişə tərəfləri ictimaiyyətə münaqişənin sülh yolu ilə həllinin alternativinin olmadığını çatdırmalıdır: “İstənilən təşəbbüs buna yönəlməlidir. Biz istənilən ictimai təşəbbüsləri dəstəkləyirik”.

Zaxarova həmçinin, Rusiya və İsrail vətəndaşlığına malik olan bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası məsələsinə toxunub. O, deyib ki, Moskva Rusiya vətəndaşlarının üçüncü ölkəyə verilməsinin yolverilməzliyində israr edərək, Andrey Lapşinin Azərbaycana verilməsinə qarşı çıxır.

Qeyd edək ki, A.Lapşin haqqında Azərbaycan tərəfindən cinayət işi açılıb. Lapşin Belarusda saxlanılıb, onun Azərbaycana ekstradisiyası nəzərdə tutulur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Belarus prezidenti bu gün Minskdə jurnalistlərə bildirib ki, Aleksandr Lapşini Azərbaycana ekstradisiya etməməyə heç bir əsası yoxdur. O, jurnalistləri bu mövzunu şişirtməməyə çağırıb.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun dövlətlərarası axtarışa verdiyi Aleksandr Lapşin barəsində Minsk məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan yeni işğallar üçün hərəkətə keçib. Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin sözlərinə görə, Erməni lobbisinin Həmşin bölgəsində (Rize və Artvin) apardığı gizli fəaliyyət Türkiyənin Qara dəniz bölgəsinin Ermənistana verilməsinə səbəb ola bilər.

Onun sözlərinə görə, ermənilər Qara dəniz bölgəsində gizli plan quraraq lobbinin bütün qüvvələrini səfərbər edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskvada MƏXFİ GÖRÜŞ: böyük müharibənin qarşısını kim və necə aldı?

2015-ci il noyabrın 24-də Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə müharibənin kandarına qədər gəlib çıxdı. Lakin təxminən 9 aylıq gərginlikdən sonra barışıq əldə olundu və bu gün Moskva ilə Ankara bir çox məsələdə birgə hərəkət edirlər. İki ölkənin münasibətlərinin düzəldilməsində Kremlin ideoloqu, Avrasiya hərəkatının lideri Aleksandr Duqinin mühüm rol oynadığı da artıq təsdiqlənib. Lakin həmin vaxt proseslərin necə cərəyan etdiyi haqda yeni detallar ortaya çıxıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ənənəvi dostlar” - Rusiya və Belarus arasında münasibətlər getdikcə gərginləşir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) son qərarı münasibətlərdəki soyuqluğu daha da artırmış oldu. FTX Belarusla sərhəd boyunca “sərhəd zonası rejimi” tətbiq edib. Əmr layihəsinin izahedici mətnində deyilir ki, FTX ölkə sərhədlərinin qorunması şəraitini və hüquqpozmalarla mübarizəni yaxşılaşdırmaq məqsədi güdür.

Lakin Rusiya və Belarus arasında tikilən sərhəd hələ də tamamlanmayan Avrasiya İqtisadi İttifaqının dağılmasının başlanğıcı ola bilər. Kremldə belə bir ehtimalı inkar edirlər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ümid etdiyini bildirib ki, ittifaqın dağılması qeyri-realdır.

Ekspertlər də birmənalı düşünmür. Belarusla “sərhəd zonası rejimi” Avrasiya İqtisadi İttifaqında yalnız Belarusu deyil, həm də qurumun digər üzvlərini təzyiq altında saxlayır. Belarus KİV-i isə ölkənin nəinki Avrasiya İqtisadi İttifaqından, həmçinin Rusiya ilə Belarus arasındakı İttifaq Dövləti sazişindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxma ehtimalından yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Belarus prezidenti Aleksandr Lukaşenkonun özü isə bu gün Minskdə keçirdiyi mətbuat konfransında Minsk-Moskva xəttində baş verənləri şərh edib. Prezident Rusiyanı Belarusla dövlətlərarası müqavilələri pozmaqda ittiham edib.

“Hansısa bir nazir, “fsbeşnik” (Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovu nəzərdə tutur –red.) və başqası bir anda bütün razılaşmaların üstündən xətt çəkir, öz əmrini dərc edir - 801, 802, 803. Mən hətta bu əmrlərin nömrələrini açıqlayıram”, - deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə kəskinləşmə ona görə baş verib ki, Rusiyada Belarusun Qərbə gedəcəyi barədə sayıqlama ortaya çıxıb. Bundan başqa, Lukaşenko vurğulayıb ki, Rusiya rəhbərliyində olan müxtəlif siyasi güclər var, onlardan bir hissəsinin mövqeyi Rusiya prezidentinin mövqeyi ilə ziddiyyət təşkil edir.

Belarus prezidenti Rusiyanın Baytarlıq və Fitosanitariyaya nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor") rəhbəri Sergey Dankvertə barəsində cinayət işi qaldırmağl təklif edib. O, Rosselxoznadzor"un başçısını Rusiyaya Belarus məhsullarının çatdırılmasına mane olmaqda günahlandırıb.

Lukaşenkonun sözlərinə görə, Belarus Avrasiya İqtisadi İttifaqında bərabər olmayan qiymətlər və şərtlərə görə 15 milyard dollar itirib. Bununla belə, dövlət başçısı əminliyini ifadə etdi ki, Moskva və Minsk bütün mübahisəli məsələləri həll edərək razılaşa biləcək.

Belarus prezidentinin sözlərinə görə, ölkədə və onun sərhədlərindən kənarda Belarusda sülh və sabitliyi arzu etməyən güclər var. “Ölkədə və xaricdə Belarusu xaosa və münaqişələrə cəlb etməyi arzulayan qüvvələr var. Bizim sakit həyatımız hamının xoşuna gəlmir”, - deyə Belarus lideri bildirib.

ABŞ-la İran arasında gərginlik hər keçən gün artır. ABŞ prezidenti Donald Tramp Vaşinqton-Tehran münasibətlərini daha da gərginləşdirəcək sərt ifadələr işlədib. Tramp sələfi Barak Obama kimi İranla bağlı “xeyirxah” olmayacağını bildirib.

“İran odla oynayır. Prezident Obama onlara qarşı xeyirxah idi. Amma mən olmayacağam!” – prezident “Tvitter”dəki hesabında yazıb.

ABŞ prezidentinin təhdidinə Tehranın cavabı gecikməyib. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın təhdidlərinə boyun əymədiklərini bildirib. “Bu mesajlar əsla bir müharibəni başlada bilməz”, - deyə İran xarici siyasət idarəsinin başçısı “Tvitter” səhifəsində qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Senatında Respublikaçılar və Demokratlardan ibarət 22 senator Donald Trampa məktub yazıb. Senatorlar Trampdan ballistik raket sınağı həyata keçirən İrana sanksiya tətbiq edilməsini istəyib. Onlar bu sınaqların siyasi sabitliyi təhlükə altına atdığını bildiriblər:

“İran liderlərinin ballistik raket sınağı həyata keçirərək siyasi sabitliyi pozması təhlükəli haldır. Onlar təzyiq hiss etməlidirlər. Artıq mövcud sanksiyaların tam tətbiq olunması və ballistik raket sınağı üçün əlavə sanksiyaların hazırlanması lazımdır”.

ABŞ dövlət katibinin keçmiş müşaviri Mark Kimmit isə Türkiyənin ölkəsi üçün əhəmiyyətindən danışıb. “Türk-Amerika əlaqələri: Yeni başlanğıc” konfransında çıxış edən Mark Kimmit söyləyib ki, Liviyadan Əfqanıstana, Ukraynadan Suriyaya qədər olan bölgədəki böhranlar birbaşa və dolayısı yolla ABŞ-ın maraqlarına təsir edir. “Bu böhranların əsas kəsişmə nöqtəsi məhz Türkiyədir. ABŞ Yaxın Şərq və Avropadakı böhranları Rusiya ilə həll edə bilməz. Türkiyə olmasa, bu böhranların həlli mümkün olmayacaq”, - keçmiş müşavir qeyd edib.

Ukraynanın şərqində vəziyyət bir neçə günlük döyüşlərdən sonra sakitləşsə də, həyacanlı xəbərlər artmaqdadır. “RBK-Ukrayna” agentliyinə Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsindəki mənbə bildirib ki, Rusiya Donbasda hücuma hazırlaşır.

Kəşfiyyatçıların məlumatına görə, Rusiyanın hücuma hazırlaşdığını Donbasda işğal altında olan ərazilərdəki hərbi birliklərin strukturundakı dəyişikliklər də göstərir. Xüsusi halda, motoatıcı briqadaların sayı 3-dən 2-yə qədər ixtisar edilib və tank briqadalarının sayı 1-dən 2-yə qədər artırılıb.

Bundan başqa, Ukrayna sərhədlərində Rusiya ordusunun son təlimləri də, Ukrayna kəşfiyyatının fikrincə, hücumu hazırlığın əlamətləridir.

Agentliyin yazdığına görə, işğal edilmiş ərazidə döyüşçülər və Rusiya hərbiçilərinin ümumi sayı 32 min nəfər təşkil edir. Onlardan 40 faizi müxtəlif ölkələrdən, həmçinin Rusiyadan olan muzdlular, 30 faizi yerli separatçılar, qalan 30 faizi isə Rusiyanın nizami qoşununun hərbiçiləridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm