Çin üç saata Rusiyaya hücum edəcək: ilk addım atıldı – GÖZLƏNİLMƏZ İŞĞAL PLANI
Bizi izləyin

Nida Təhlil

Çin üç saata Rusiyaya hücum edəcək: ilk addım atıldı – GÖZLƏNİLMƏZ İŞĞAL PLANI

Çinin Rusiyaya müdaxiləsi 99,9 faizdir.

Çinin Rusiyaya müdaxiləsi 99,9 faizdir. Çünki Çin əhalisi bu ölkənin indiki sərhədlərinə sığışmır.

Publika.az xəbər verir ki, bu proqnozla Rusiyada Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Alladin çıxış edib.

Çinin Rusiyanı işğal planı

Onun sözlərinə görə, Çin Rusiya sərhədləri istiqamətində genişzolaqlı beton yolun inşaasını aparır: “Bu yollar ona görə betondan inşa olunur ki, ağır texnika və silah yükünə dözümlü olsun. Bu yolun istifadəyə verilməsindən sonra Çin rahat şəkildə Rusiya ərazisinə hərbi texnika çıxara və strateji əhəmiyyətli istiqamətlər üzrə hücum əməliyyatları apara biləcək. Hərbi hücum başlayan kimi Çin bir hissəsinə sahib olduğu Böyük Ussurskiy adasından (bu adanın bir hissəsinə Rusiya, digər hissəsinə isə Çin nəzarət edir - red) bölgənin mərkəzi hesab olunan Xabarovsk şəhərinə üç saat içində ordu çıxaracaq və bu müddətdə heç kimin gözləmədiyi halda hücum başlanacaq. Çin ordusu buradan Rusiyanın başqa ərazilərinə də çıxış əldə edəcəklər. Əvvəllər adada hərbi qoşun var idi və hərbi vəziyyət zamanı şəhəri müdafiə edə bilirdi. İndi həmin qüvvələr ləğv olunub və şəhər müdafiəsiz qalıb. Şəhərin alınması zamanı Amurda dəmir yol körpüsü götürüləcək, avtomobil yolları kəsiləcək və Uzaq Şərq Rusiyadan alınacaq. Bölgənin taleyini Çin özü həll edəcək. Rusiya praktiki olaraq o bölgəyə heç nə ilə kömək edə bilməyəcək. Çünki onun belə gücü yoxdur, ordu dağıdılıb, silahlanma yararsız vəziyyətdədir, yeni texnikalar yoxdur. Rusiyada ordunun müasirləşdirilməsindən sonra 85 fərsiz briqadadan başqa heç nə qalmadı. Ordudan kütləvi ixtisarlar nəticəsində zabit heyəti Uzaq Şərq və Şərqi Sibiri tərk etdi”.

Urala qədər ərazilər ələ keçiriləcək və ruslar məhv ediləcək

Çinin Rusiya torpaqlarına soxulacağı haqda dəhşətli proqnozları başqaları da verirdi. Rusiya mənbələrinə görə, hətta XIX əsrdə gələcəyi görmə qabiliyyətinə malik olan insanlar da bu müdaxilədən danışıblar.

Bu gün Çinin hərbi büdcəsi 78 milyard dollardır. Lakin iddialara görə, bu, rəsmi Pekinin açıqladdığı rəqəmdir, reallıqda büdcə deyiləndən bir neçə dəfə böyükdür. Bununla yanaşı, 200 milyona yaxın aktiv əsgər istənilən an hücuma hazır vəziyyətə gətirilə bilər.

A.Alladin hesab edir ki, Çinin müdaxilə əməliyyatı Rusiyanın Urala qədər ərazilərinin işğalı ilə başa çatacaq: "Bundan sonra Uraldan rusları deportasiya edəcəklər, yaxud məhv edəcəklər. Qalibləri heç kim mühakimə etmir”.

İqtisadi işğal artıq başlanıb

Uzaq Şərqdə və Sibirdə Çinin Rusiya ilə iqtisadi əməkdaşlığı artıq işğalın başlanğıcı hesab edilir.

A.Alladin deyir ki, Rusiya Uzaq Şərqin və Şərqi Sibirin xammal bazasını çinlilərə verəcək: “Razılaşmaya görə, yataqların hazırlanması birgə aparılacaq, lakin yenidən emal və istehsal edən müəssisələr Çin ərazisində tikiləcək. Çin bizim ərazimizdə sərhəd buraxılış məntəqələri, körpülər, yataqlara yollar tikəcək. Həmçinin, evlər və kərpic zavodları inşa edəcək. Bu, əslində işğala hazırlıqdır və hazırda inşa olunan infrastruktur ordunun və hərbi texnikanın Rusiyaya daha sürətli hücumunu təmin etməyə imkan verəcək”.

Onun sözlərinə görə, qızıl, gümüş, molibden, mis, vanadium, volfram kimi strateji yataqlar Çinin istismarına verilib: “Bütün bu metallar tanklar, təyyarələr, raketlər şəkilində Rusiyaya qayıdacaq. Çinlilər tərəfindən həmin bölgədə tikilən evlər gələcəkdə öz vətəndaşlarının yaşaması üçündür. Çünki Çin bura həmişəlik gəlir”.

Yaxın onilliklərdə...

Hərbi analitik Aleksandr Xramçikin də Alladinlə razıdır.

Onun fikrincə, Rusiya-Çin sərhədinə doğru inşa olunan yolların cəbhə boyu yollar kimi ixtisaslaşması müşahidə olunur: “Yəni yollar cəbhə xəttinə paraleldir. Çin həqiqətən Rusiyanın Uzaq Şərq bölgəsinə müdaxilədə maraqlıdır. Sadəcə olaraq, bunun üçün lazımi şəraiti gözləyir. Məsələ ondadır ki, Çin öz ərazisini genişləndirmədən sağ qala bilməyəcək. Buna görə də Rusiya ərazilərinin zorla alınması planı var və hesab edirəm ki, bu yaxın bir neçə onillikdə baş verəcək”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm