Nida Təhlil
Lapşinin ekstradisiyası və Qarabağ üçün ikinci mərhələ - TƏHLİL
Dağlıq Qarabağa qanunsuz səfər edərək, ermənilərin hüzurunda o torpağın sahibi olan Azərbaycana qarşı çıxışlar edən rus-yəhudi bloger bəlkə də bir gün qolunda qandal DTX əməkdaşları tərəfindən Bakıya gətiriləcəyini heç düşünməmişdi. Uzaqbaşı Azərbaycan Xarici İşlər Nazirliyi onu da Qarabağa səfər edən digərləri kimi “qara siyahıya” salacaq, o da əl-qolunu sallayaraq, ürəyi istəyəni edəcəkdi.
Lapşinlə yanaşı, çoxları da düşünməzdi ki, rəsmi Bakı bu məsələnin
üzərində ciddi şəkildə dayanacaq və Putinin müttəfiqi Lukaşenko da
rus liderini yox, Azərbaycan liderini dinləyərək, blogerin
Azərbaycana ekstradisiyasına icazə verəcəkdi.
Və çoxları həm də onu düşünmürdü ki, Rusiyanın tələblərinə rəğmən,
Azərbaycan öz mövqeyində sona qədər israrla dayanacaq.
Azərbaycan çoxlarının gözləmədiyi şeyi gerçəkləşdi və əməli ilə bir
daha sübut etdi ki, “Dağlıq Qarabağ məsələsində heç də
zarafat etmir”. İşğal olunmuş torpaqlarımıza səfər edib
foto-obyektə gülümsəyən bloger artıq Bakıdadır və Azərbaycanın
Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq
çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət
sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə mühakimə
olunacaq.
Üç hədəf
1. Ötən il açıqlanan rəsmi məlumatda göstərilir
ki, Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə Azərbaycan XİN-in
“qara siyahısı”na düşənlərin sayı 529 nəfərdir. Bu şəxslər
Azərbaycan ərazisinə daxil olmaq hüququndan məhrum olunublar.
Onların cəzası yalnız bundan ibarətdir. Lapşinin ekstradisiyası ilə
hər şeydən öncə “cəzasızlıq mühiti” darmadağın edildi.
2. Lapşinin ekstradisiyası Azərbaycanın Qarabağa
qanunsuz səfər edənlərə qarşı hərəkətə keçməsi üçün presedent
yaratdı. Bundan sonra işğal olunmuş torpaqlara səfər edən istənilən
şəxs haqqında cinayət işi açılacaq və beynəlxalq axtarışa
veriləcək.
3. Bununla rəsmi Bakı Ermənistana ciddi zərbə
endirdi. Artıq bundan sonra Dağlıq Qarabağa gəlmək istəyən
əcnəbilər ən azı iki dəfə düşünəcəklər. Xüsusilə bu, xarici
ölkələrin parlamentariləri, tanınmış şəxsləri və siyasətçilərini
işğal etdikləri torpaqlara gətirərək, legitimlik əldə etmək
cəhdlərini heçə endirəcək.
Bu məqamlar Lapşinin ekstradisiyası ilə Azərbaycanın nail olduğu
hədəfləri göstərir.
Lakin Lapşinin ekstradisiyasının arxasındakı siyasi məqamlar da
diqqət çəkir. Rəsmi Bakı bununla təkcə Ermənistana zərbə endirmək
və “cəzasızlıq mühiti”ni yox etmək gedişi etmədi. Burada Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların
pərdəarxasında yaranmış situasiya və diplomatik manevrlər diqqətdən
yayınmamalıdır.
***
Rusiya xarici işlər naziri Sergey Lavrovun 2017-ci ilin ilk
günlərində verdiyi “İşğal olunmuş ərazilərin azad olunması
ilə eyni vaxtda Dağlıq Qarabağın statusu həll olunmalıdır”
və “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi
deyil” açıqlamaları aprel döyüşlərindən sonra münaqişənin
həlli ilə bağlı Bakının xeyrinə yaranmış vəziyyətdə bəzi şeylərin
dəyişdiyini göstərdi.
2016-cı ilin aprelindən başlayaraq, münaqişənin həlli ilə bağlı
aparılan danışıqlarda ciddi nəticələr əldə olunmasa da, danışıqlar
prosesi “Madrid prinsipləri” və “mərhələli həll” variantlarını
özündə ehtiva edən “Kazan düsturu” çərçivəsində gedirdi. Masada
“işğal olunmuş 5 rayon qaytarılır, bölgədə silahsızlaşdırma
prosesi başlanır, 2 rayonun taleyi daha sonra həll edilir,
qaçqınlar geri qayıdır və yalnız sonda Qarabağın yekun statusu
müzakirə edilir” məsələsi var idi. Ötən ilin avqustundan
başlayaraq, Qarabağ məsələsi Suriya münaqişənin kölgəsində qaldı.
Baş verən geosiyasi proseslər fonunda bunu müəyyən mənada anlayışla
qarşılamaq olardı. Lakin Rusiya danışıqların dondurulması ilə
Ermənistana hərbi yardımı gücləndirdi. Nəhayət, ilin sonunda – 29
dekabrda erməni diversiya qrupları münaqişə zonasında deyil, məhz
Azərbaycanla sərhəddə təxribata əl atdı. Azərbaycan Ordusunun
əsgəri Çingiz Qurbanov şəhid oldu və onun cəsədi düşmən tərəfindən
girov götürüldü. (şəhidimizin nəşi yalnız 39 gün sonra,
Lapişinin Bakıya ekstradisiyasından iki gün öncə alındı).
Bu hadisənin üzərindən təxminən bir neçə gün sonra Lavrov siyasi
mənzərənin qarışdığına işarə edən açıqlamalar verdi.
Rusiyanın “ərazilərin qaytarılması ilə Qarabağın statusunun
həlli”nin eyni vaxtda həyata keçirilməsi istəyi münaqişənin Bakının
yox, İrəvanın (dolayısı ilə Moskvanın) maraqlarına uyğun “paket
həll” variantı çərçivəsində həllinin ön plana çıxarıldığını
göstərdi. Hansı ki, bu variantda işğal olunmuş rayonlar qaytarılsa
da Dağlıq Qarabağ faktiki olaraq itirilir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Görünən o idi ki, Rusiya aprel döyüşlərindən sonra verdiyi sözə
əməl etmir və danışıqlarına ruhuna zidd addım atır.
Bakı bununla razılaşmadığını açıq şəkildə ifadə etdi və təkbaşına
“mərhələli həll” variantının tətbiqinə start verdi.
Prezident İlham Əliyevin aprel müharibəsində işğaldan azad
edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və
qaçqınların köçürülməsi ilə bağlı sərəncamı da məhz bu variantın
həyata keçirilməsinin başlanğıcıdır.
Bu diplomatik manevrin ardınca ikinci addım atıldı:
2011-2012-ci illərdə Dağlıq Qarabağa səfər edən və bundan sonra
işğal edilmiş torpaqlarda yaradılan qondarma “DQR”-i beynəlxalq
arenada müstəqil dövlət kimi təbliğ edən Aleksdandr Lapşin
haqqında Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər
üzrə istintaq idarəsində cinayət işi başlandı, bloger barəsində
dövlətlərarası axtarış elan edildi.
Lapşinin məhz Belarusda həbs olunaraq, Bakıya ekstradisiya
edilməsində iki ölkə arasındakı yaxın münasibətlərlə yanaşı, son
günlər müşahidə olunan Minsk-Moskva gərginliyi də rol oynadı. Yəni
rəsmi Bakı bu situasiyadan uğurla istifadə edə bildi.
Hesab etmək olardı ki, Lapşini də Qarabağa qanunsuz səfər etmiş
yüzlərlə şəxsdən biri kimi “qara siyahı”ya salmaqla kifayətlənmək
lazım idi. Bəs, Azərbaycan bu məsələnin üzərinə niyə bu qədər
getdi?
Lapşinin ekstradisiyası Azərbaycanın start verdiyi “mərhələli həll”
variantının davamı və Sergey Lavrovun dediyi “Dağlıq Qarabağ
münaqişəsi Azərbaycanın daxili işi deyil” açıqlamasına
cavabdır:
- Bakı Lapşinin ekstradisiyası ilə göstərdi ki, Dağlıq
Qarabağ Azərbaycan torpağıdır və ora qanunsuz səfər etmiş şəxs
Azərbaycanın daxili qanunvericiliyi ilə mühakimə olunmalıdır;
Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb və münaqişə
başqasının deyil, birbaşa Azərbaycanın daxili işidir.
***
Lapşinin Bakıya gətirildiyi gün baş verənlər Prezident İlham
Əliyevin Qarabağ məsələsində necə prinsipial olduğunu, böyük
güclərə və təhlükələrə baxmayaraq, milli maraqları sonuna qədər
irəli sürdüyünü, digər ölkələrə də bunu qəbul etdirdiyini
göstərdi.
- Fevralın 5-də şəhid Çingiz Qurbanovun nəşi düşməndən
alınaraq, torpağa tapşırıldı. Şəhidin nəşi nə az, nə çox, düz 39
gün düşmən girovluğunda qalmışdı. Lakin bu müddətə baxmayaraq,
Azərbaycan öz şəhidini geri aldı.
- Fevralın 7-də “Milli Qəhrəman” Mübariz İbrahimovun doğum
günü idi. Prezident İlham Əliyev məhz həmin gün Çingiz Qurbanova
“Milli Qəhrəman” adı verdi.
- Həmin günün axşamı Lapşin DTX əməkdaşları tərəfindən
Bakıya gətirildi.
Bir-biri ilə zəncirvari əlaqəsi olan bu məqamlardır və Prezident
İlham Əliyevin məhz fevralın 7-də şəhid Çingiz Qurbanova “Milli
Qəhrəman” adı verməsi təsadüfi deyil. Bu tarix məqsədli şəkildə
seçilmişdi və bununla düşmənə, həmçinin, ərazi bütövlüyümüzə qarşı
olanlara açıq mətnlə mesaj verilirdi: Azərbaycan nəyin bahasına
olursa, olsun, öz torpağı Qarabağdan imtina etməyəcək və bunun üçün
bütün addımları atmaq iqtidarındadır.
***
Əsas ehtimallar arasında ekstradisiyadan sonra Azərbaycana qarşı
hansı addımların atıla biləcəyi də var.
İsrail: Təl-Əvivin İsrail vətəndaşı olan Lapşinin
esktradisiyasına görə Bakı qarşısında hansısa tələb irəli sürməsi
gözlənilmir. Əgər belə bir şey olsaydı, bu, indiyə qədər baş
verərdi. Güman ki, Bakı bu məsələni öncədən Təl-Əvivlə həll edib.
Lakin israilli siyasətçilərin birindən əldə etdiyim məlumata görə,
Knessetin növbəti iclasında Lapişinə görə İsrail hökuməti
qarşısında Azərbaycanla hərbi müqavilələrin ləğvi məsələsi
qaldırıla bilər.
İsrail hökumətinin buna getməyəcəyi məlum məsələdir.
1. Azərbaycanla çoxmilyardlı müqavilələrin ləğvi
ilk növbədə silah istehsalçısı olan İsrailin özünə ziyandır.
2. İsrail bazardan çıxan kimi, onun yerini
avtomatik olaraq Rusiya tutacaq. (Son zamanlar Rusiyadan
Azərbaycana qarşı ziddiyyətli bəyanatların səslənməsinin arxasında
bu amilin dayandığı da diqqətdən qaçmır).
3. Trampdan sonra ABŞ və İsrail İrana qarşı sərt
siyasət yürütməyə başlayıb. Bu məsələdə İsrail üçün Azərbaycan
bölgədə yeganə müttəfiq ölkədir.
Çox güman ki, Knessetdə Azərbaycanla bağlı məsələ indiyə qədər
qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı çağırışlar edən
bir qrup deputat tərəfindən qaldırılacaq. Bunun ciddi nəticələr
verməyəcəyi əvvəlcədən bəllidir.
Rusiya: Moskvanın Lapşin məsələsində Azərbaycanın
üzərinə gələcəyi gözləniləndir. Lapşin Belarusda saxlanandan sonra
Rusiya xarici siyasət rəhbərliyi dəfələrlə bu haqda danışıb.
Peskovun “Bakı ilə Lapşin məsələsində danışıqlar aparılmır” sözləri
isə Moskvanın Bakı ilə ehtiyatlı davrandığını göstərir. Sadəcə
olaraq, ruslar Lapşinin müdafiəsinə çalışacaq. Rusiyanın Bakıdakı
səfirliyinin Lapşinlə görüş tələbi artıq “müdafiə cəhdləri”nin
başlandığı deməkdir. Lakin Moskva Bakının əleyhinə ciddi addım ata
biləcəkmi? Siyasi situasiya bunun Kremlə sərf etmədiyini deməyə
əsas verir. Xüsusilə Prezident İlham Əliyev Belçikaya səfəri ilə
bir çox mesaj vermiş oldu.
Hazırda gözlənilən əsas təhlükə cəbhədə erməni təxribatlarının
artacağı ilə bağlıdır. Hansı ki, dünən axşamdan etibarən erməni
hərbi birləşmələrinin atəşkəsi pozması halları intensivləşib. Rəsmi
İrəvan Lapşinin ekstradisiyasına etiraz edən ermənilərin diqqətini
yayındırmaq üçün də cəbhədə yeni hücumlar edə bilər.
Bütün bunların fonunda artıq bir məsələ aydındır: Azərbaycan ərazi
bütövlüyünün bərpası istiqamətində addım-addım irəliləyir.
Əgər aprel müharibəsi Qarabağ münaqişəsi ətrafında yeni reallığın
yaranması idisə, Lapşinin Bakıya gətirildiyi gün də növbəti
mərhələnin başlanmasıdır.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...