Nida Təhlil
Azərbaycanlılar türk deyil? - Deputatın Rusiya mediasına müsahibəsi QALMAQAL YARATDI
Milli Məclisin deputatı Arif Rəhimzadə Rusiyanın km.ru
saytına açıqlamasında azərbaycanlıların türk olmadığını deyib.
Publika.az xəbər verir ki, A.Rəhimzadə çar Rusiyasının
məhz azərbaycanlıları türk hesab etdiyi üçün ermənilərə dəstək
verdiyini açıqlayıb.
“Rusiyanın azərbaycanlıları türk hesab etməsi bizim
bədbəxtliyimizdir. Amma azərbaycanlılar türk deyil. Bu, səhv
yanaşmadır. Bəli, biz azərbaycanlılar türklərlə ümumi köklərə
malikik, lakin tamamilə müxtəlif xalqlarıq”, - deyə o bildirib.
“Arif müəllim çox yaxşı bilir ki...”
Milli Məclisin deputatı, Atatürk Mərkəzinin müdiri Nizami
Cəfərov Publika.az-a açıqlamasında məsələyə münasibət
bildirib.
N.Cəfərov deyib ki, Arif Rəhimzadə müdrik adamdır: “O, çox yaxşı
bilir ki, bizim kökümüz türkdür. Lakin Arif müəllim siyasətçidir və
görünür, Rusiyanın Türkiyə ilə uzun zaman apardığı nüfuz
mübarizəsinə görə belə deyib. Rusiyada həmişə bizə türk, tatar kimi
baxıblar. Arif müəllim də azərbaycanlıların, Türkiyə türklərinin,
tatarların, özbəklərin, qırğızların və digər türkdilli xalqların
türk olduğunu yaxşı bilir. Sadəcə olaraq, hər ölkədə müxtəlif etnik
qruplar yaşayır. Arif müəllim də etnik tarixi yaxşı bilir”.
“O, türk dünyasına bağlı adamdır”
Onun sözlərinə görə, Arif Rəhimzadə türk dünyasına bağlı adamdır:
“Hesab etmirəm ki, o, bu sözləri başqa mənada deyib”.
N.Cəfərov Arif Rəhimzadənin “türklər və azərbaycanlılar fərqli
xaqlardır” sözlərinin doğru olduğunu bildirib.
“Türkiyə türkləri, biz, qırğızlar, tatarlar, özbəklər fərqli
xalqlardır. Misal üçün, ruslar, ukraynalılar və belorusların dili
90 faiz eynidir, lakin onlar başqa-başqa xalqlardır. Rusiyada
müəyyən mərkəzlər ukraynalılarla rusların eyni xalq olduğunu desə
də, ukraynalılar bunu qəbul etmirlər. Bizimlə türklər də ayrı-ayrı
xalqlardır, sadəcə olaraq kökümüz eynidir. Sadəcə olaraq, Arif
Rəhimzadə “bədbəxtliyimizdir” ifadəsini elə-belə işlədib, bu
ifadəyə ehtiyac yoxdur”, - deyə o bildirib.
“Arif Rəhimzadə pis insan deyil, amma...”
Türkoloq Firudun Cəlilov isə
Publika.az-a açıqlamasında Arif Rəhimzadənin səhv
dediyini bildirib: “Arif Rəhimzadə pis insan deyil, amma bu, onun
sahəsi deyil. Ona görə də səhv deyib. Bu elə məsələdir ki, bununla
bağlı ancaq mütəxəssislər söz deyə bilər”.
“Onun özü dəqiq türk deyil”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar
Cəlaloğlu isə Arif Rəhimzadəni sərt şəkildə tənqid
edib.
“Bizim antropologiyamız, dilimiz, etnik mədəniyyətimiz, əxlaqımız
klassik türklükdən gəlir. Dünyada da türk deyəndə məhz
azərbaycanlılar nəzərdə tutulur. Tarixi şəxsiyyətlərimiz də
özlərini türk adlandırırdılar. Misal üçün, XV əsrdə Şah İsmayıl
Xətai türk dilində şeirlər yazırdı, dövlət dili də türk dili idi.
Türkmənlər, özbəklər və digərləri isə türk tayfalarıdır, biz isə
eramızdan əvvəl də türk idik, indi də. Biz aborigen türklərik II
Dünya müharibəsində bizi türk olduğumuz üçün Orta Asiyaya köçürmək
haqda qərar qəbul etmişdilər”, - deyə o bildirib.
S.Cəlaloğlu Arif Rəhimzadənin türk olmadığını deyib: “Arif
Rəhimzadənin özü dəqiq türk deyil. Onun antropologiyasına baxanda
da bu bilinir. Onun kimi insanlar Azərbaycanda 1000-1500 nəfər
olar, lakin bu ölkədə
əksəriyyət türklərdir”.
“Bu, Heydər Əliyevə qarşı çıxmaqdır”
ADP sədri A.Rəhimzadənin Heydər Əliyev siyasətinə qarşı çıxdığını
da bildirib.
“Heydər Əliyev “iki dövlət bir millət” konsepsiyasını irəli
sürmüşdü. Bu gün Arif Rəhimzadə Heydər Əliyevin yaratdığı dövlət
quruluşunda onun siyasi baxışlarının əleyhinə çıxış edir”, - deyə o
bildirib.
Asif
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı