İndiki dünyanın adamı: 2500 illik PLAN və üç ölkəni BİRLƏŞDİRƏN TORPAQ
Bizi izləyin

Nida Təhlil

İndiki dünyanın adamı: 2500 illik PLAN və üç ölkəni BİRLƏŞDİRƏN TORPAQ

Bir qədər sakitlikdən sonra martın 9-da Rusiya prezidenti Vladimir Putinin beynəlxalq görüşlərin gərgin qrafiki başlandı. Elə həmin gün Moskvaya İsrailin baş naziri Benyamin Netanyahu gəldi, bu gün isə Putinin qonağı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Bundan başqa, Vladimir Putin Almaniyanın yeni xarici işlər naziri Ziqmar Qabriellə görüşdü və Almaniya kansleri Angela Merkeli Moskvaya dəvət etdi. Ancaq bu görüşlərin mərkəzində İsrail və Türkiyə liderlərinin Moskvaya səfərləri dayanır.

Netanyahunun bu səfəri son bir il ərzində üçüncü idi. Kremlin saytının xəbərinə əsasən, liderlər 12 ay ərzində 12 dəfə telefon danışığı keçiriblər. İsrail baş nazirinin səfərinin formatı yekun mətbuat konfransını deyil, mətbuat üçün sadə bəyanatı nəzərdə tuturdu. Putin və Netanyahu yalnız bir-biri fotokameraların parıltıları altında salamlamağa və bağlı qapılar arxasında danışmağa məcbur idi.

Qeyd edək ki, Netanyahunun Moskvaya səfəri Purim bayramından (Purim Persiyada – indiki İranda yəhudilərin qurtuluşunun xatirəsinə qeyd olunan bayramdır –red.) bir gün sonraya təsadüf edirdi. Putin mətbuat üçün açıq hissədə İsrailin baş nazirini bayram münasibətilə təbrik etdi.

Netahyanu isə müasir İranın bu gün də yəhudiləri hədələdiyini bildirdi.

“Təbrikinizə görə təşəkkür edirəm. Qədim İranda yəhudi xalqını məhv etmək cəhdi uğursuz oldu. Və bu gün qədim İranın davamçısı olan İran tərəfindən yəhudi dövlətini məhv etmək cəhdləri davam edir. Onlar bu haqda açıq danışırlar və öz qəzetlərində açıq-aydın yazırlar”, - Netanyahu qədim İranla bugünkü İran arasında paralellik apardı.

Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra Qüdsə qayıtmalarına icazə verilib. Amma yəhudilər bunun üçün tələsməyiblər. Bu isə qədim persiyalıları qəzəbləndirib. İran ordusunun baş komandanı Aman Persiya imperatoru Kserksin (Kir) yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin məşuqəsi, yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir (bəzi tarixi mənbələrdə Etser) ərinin qəbul etdiyi qərarı 180 dərəcə dəyişdirməyə nail olur.

Netanyahu davamında bildirib kui, bu gün yəhudilərin öz ölkəsi və ordusu var, onlar özlərini qoruya bilərlər. Amma baş nazir vurğulayıb ki, bu, radikal şiə terrorunun təhlükələrini azaltmır. İsrail baş naziri həmçinin bildirib ki, onun dövlətini Rusiya ilə canlı körpü - rusca danışan israillilər bağlayır. Onun sözlərinə görə, Putinlə görüşlərin tezliyi möhkəmləndirilən qarşılıqlı münasibətləri göstərir.

“Və əlbəttə, istəməzdik ki, radikal sünni terroru İranın rəhbərliyi altında radikal şiə terroru ilə əvəz edilsin”, - Netanyahu yekunlaşdırıb.

Putin isə Netanyahunun danışdığı hadisələrin eramızdan beş əsr əvvəl baş verdiyini xatırlatdı.

“Biz artıq başqa dünyada yaşayırıq, gəlin indi bu haqda danışaq”, - Putin qeyd etdi. Bununla da görüşün ictimai hissəsi başa çatdı.

Türkiyə prezidentinin səfəri isə əksinə, açıq və informativ olacaq. Tərəflər əvvəlcə məhdud, daha sonra genişləndirilmiş tərkibdə danışıqlar aparacaq. Görüşlərin nəticələrinə görə birgə mətbuat konfransı olacaq. Netanyahudan fərqli olaraq, Ərdoğan Rusiyada tez-tez görünən qonaq deyil. Ötən 12 ay ərzində o, yalnız bir dəfə - avqustda Sankt-Peterburqda olub. Amma yarım il ərzində liderlər arasında 17 telefon söhbəti baş tutub.

Moskvan və Ankara arasında münasibətlər ötən ilin iyununa qədər praktik olaraq dondurulmuşdu. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının 2015-ci il noyabrın 24-də Rusiyanın Su-24 bombardmançısını vurmasından sonra liderlər ünsiyyət saxlamırdılar. Ərdoğanın başsağlığı verməsi və hadisəyə görə üzr istəməsindən sonra ölkələr arasında iştiləşmə başlandı. Son ayların faciəli hadisələri – Suriyada Rusiya Hərbi Hava Qüvvələrinin səhvən endirdiyi zərbədən üç türk hərbi qulluqçusunun ölməsi və Ankarada Rusiya səfiri Andrey Karlovunun qətli münasibətlərin möhkəmlənməsinə mane olmadı.

Kremldə Rusiya, İsrail və Türkiyə arasında kəsişən məsələnin Suriya olduğunu bildirirlər. “Yəqin, Suriya tək kəsişmə nöqtəsidir”, - Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib.

Netanyahunun özü də Moskvaya səfəri ərəfəsində bildirib ki, İranın Suriyada hərbi mövcudluğunu həmişəlik saxlamaq cəhdinə mənfi münasibətini sərt şəkildə göstərməyi planlaşdırır. İsrailin baş naziri Suriya böhranının nizamlanması üzrə istənilən razılaşmaya İran qoşunlarının bu ölkədən çıxarılması şərtini daxil edilməsini tələb etməyə hazırlaşırdı.

Ankara və Tehran da həmçinin bir neçə dəfə bir-birinin Suriya üzrə siyasətinə görə tənqid edib. Türkiyənin Xarici İşlər Nazirliyi fevralının sonunda bəyanatla çıxış edərək Yaxın Şərqdə gərginlik və qeyri-sabitliyə görə məsuliyyəti məhz İranın üzərinə qoydu.

Amma, Rusiya İranın müsbət rolunu vurğulayır. Xarici işlər naziri Serqey Lavrov bir neçə vurğulayıb ki, Tehran bölgədəki vəziyyəti bilir. Lavrov Rusiya, Türkiyə və İranı “perspektivli üçlük” adlandırdı. Bundan başqa, məhz Astanada keçirilən görüşdə üç dövlət Suriyada atəşkəsə nəzarət mexanizminin yaradılması üzrə razılaşdı. İsrail işlərin durumuna təsir edə biləcəkmi, bu artıq yaxın vaxtlarda aydınlaşacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm