Qarabağ üçün ən REAL VARİANT, Amerikanın istəmədiyi PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağ üçün ən REAL VARİANT, Amerikanın istəmədiyi PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Onun sözlərinə görə, bu plana qarşı yalnız Amerika çıxır.

Kremlin ideoloqu Aleksandr Duqin Moskvanın Qarabağ planını açıqlayıb. Vladimir Putinin mediadakı əsas adamı hesab olunan Dmitri Kiselyov, həmçinin, Kremlin əsas təbliğatçısı olan Vladimir Solovyevin İrəvanda dediyi sözlər Ermənistanı qarışdırıb. Bu gün dünyanın diqqəti Rusiya paytaxtındadır: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya səfər edib. Almaniyadan sonra Niderland da Türkiyəyə qarşı “soyuq müharibə”yə qoşulub.

“Rusiya Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirmək niyyətindədir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, münaqişənin hərbi həlli yoxdur: “Rusiya, Fransa və ABŞ prezidentlərinin indiyə qədər verdikləri bəyanatlarda da bu məsələ öz əksini tapıb. Münaqişənin dayanıqlı həllinə nail olmaq üçün indiyə qədər əldə edilən bütün razılaşmalara əməl edilməsi vacibdir. Həmsədr ölkələr Azərbaycan və Ermənistan prezidentlərini münaqişəni güc tətbiq etməmək, ərazi bütövlüyünün təmin edilməsi və xalqların öz müqəddəratını təyin etmə hüququ çərçivəsində həll etməyə çağırır”.

Zaxarova əlavə edib ki, münaqişənin həlli ilə bağlı üçtərəfli səylərlə yanaşı, Rusiya Azərbaycan və Ermənistanla sıx münasibətləri nəzərə alaraq, müstəqil səylər də göstərəcək.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Azərbaycana səfərə gəlib. Digər həmsədrlər - Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) isə axşam saatlarında Bakıya gəlməsi gözlənilir. Həmsədrlər sabah görüşlər keçirəcəklər.

Kremlin ideoloqu hesab olunan məşhur rus millətçisi, Beynəlxalq Avrasiya Hərəkatının lideri Vladimir Duqin əmindir ki, Dağlıq Qarabağda tərəfləri müharibəyə ABŞ təhrik edir. “Obama dövründə bu istiqamətdə daha aktiv iş aparılırdı. İndi ABŞ-da administrasiya dəyişdi və vəziyyət tədricən yaxşılaşacaq. Bu şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nəzərdə tutulan “Lavrov planı” reallaşacaq”, - Duqin deyib.

Duqin hesab edir ki, münaqişənin həlli üçün “Lavrov planı” ən real variantdır: “Bu plana əsasən, Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır. Bundan sonra vəziyyət sakitləşəcək və biz sakit dövr mərhələsinə daxil olacağıq”.

Onun sözlərinə görə, bu plana qarşı yalnız Amerika çıxır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putinin mediadakı əsas adamı hesab olunan “Rossia seqodnya”nın baş redaktoru Dmitri Kiselyov, həmçinin, Kremlin əsas təbliğatçısı olan jurnalist Vladimir Solovyevin İrəvanda dediyi sözlər Ermənistanı qarışdırıb.

Martın 7-də Putinə yaxın olan hər iki jurnalist İrəvanda mətbuat konfransı keçiriblər.

Erməni jurnalistlərin “Rusiya niyə Azərbaycana silah satır” sualına Kiselyov belə cavab verib: “Azərbaycan ABŞ-dan, İsraildən və Rusiyadan silah ala bilər. Rusiyanın Azərbaycana silah satmasında mətnaltı məna axtarmağa ehtiyac yoxdur. Azərbaycan və Rusiya bununla işgüzar münasibətlər saxlayır. Bu münasibətlərin yoxluğu daha pisdir. Əslində, Rusiyanın Azərbaycana silah satması Ermənistanın xeyrinədir. Əgər bizdə əlaqələr varsa, təsir etmək imkanımız var, yoxdursa, heç nə bacarmarıq”.

Ermənistan KİV-i Kiselyovun bu açıqlamalarını erməni əhalisinin başını qatmaq kimi dəyərləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp Con Hantsmanı Rusiyaya səfir təyin etmək istəyir. “NBC News” telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Hantsman Trampın təklifini artıq qəbul edib. C.Hantsman 2009-2011-ci illərdə Çində səfir olub. Onun böyük diplomatik təcrübəyə malik olduğu deyilir. Daha sonra o, Yuta ştatından qubernator seçilib. 2016-cı il prezident seçkilərində Trampın əleyhinə çıxış etsə də, sonradan münasibətləri bərpa edilib.

Trampın Con Hantsmanı Rusiyaya səfir təyin etmək istəyində diqqətçəkən nüans Hantsmanlar ailəsinin Ermənistana yaxınlığıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyan isə Rusiyaya yeni səfir təyin edib. Vardan Toqanyan Ermənistanın Rusiyadakı səfiri vəzifəsini yerinə yetirəcək. Vardan Toqanyan Oleq Yesayanı əvəz edib.

Erməni politoloq İqor Muradyanın sözlərinə görə, ölkənin siyasi rəhbərliyi hələ də alçaldıcı vəziyyətdən çıxıb, ölkənin inkişafı üçün alternativ marşrut təqdim edə bilməyib. “Lragir.am” saytındakı məqalədə bildirilir ki, Ermənistanda ən lazımlı vəzifələrə Rusiya agenturasından olan insanların təyin edilməsi davam edir.

“Bu insanlar ölkəni Rusiya orbitinə çəkməyi dayandırmırlar. Ermənistan liderləri həm də anlayırlar ki, artıq Qərb ictimaiyyətindən təcrid olunmaqla yaşamaq mümkün deyil. Gürcüstanın vəziyyəti göstərir ki, bu ölkə nə dərəcədə önə gedib və iqtisadi cəhətdən çiçəklənib. Ermənistanın beynəlxalq vəziyyətində onu radikal dəyişikliklər gözləyir. Rus imperiyası formalaşmadan dağılır. Moskva qorxur ki, məhz imperiya onu böhrana yuvarladacaq və Rusiya əlindəki mövqeləri də itirəcək. Ruslar avropalı və daha çox amerikalı olmaq istəyirdilər, onların avrasiyalı olmaq kimi planı yox idi”, – deyə o bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Moskvaya səfər edib. Türkiyə nümayəndə heyətinin tərkibində 8 nazir və Baş qərargah başçısı general Hulusi Akar yer alıb.

Günorta saatlarında ilk olaraq Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında məhdud tərkibli görüş keçirilib. Görüşdən əvvəl mətbuata açıq hissədə Putin qeyd edib ki, Rusiya və Türkiyə son vaxtlar dünyada, o cümlədən Suriyada böhranın aradan qaldırılması üçün fəal işləyirlər. Putin bildirib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr bərpa olunur.

Ərdoğan isə öz növbəsində deyib ki, Rusiya və Türkiyə arasında əməkdaşlığın əsas elementləri müdafiə sənayesi və energetikadır.

Məhdud tərkibli görüş 1 saat 15 dəqiqə davam edib. Bundan sonra nümayəndə heyətləri arasında görüş başlanıb. Rəcəb Tayyib Ərdoğan Vladimir Putini Türkiyəyə səfərə dəvət edib.

Daha əvvəl isə Türkiyə KİV-I Türkiyə prezidentinin Moskvaya səfərindən müzakirə olunacaq əsas mövzular barədə yazmışdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.

R. T. Ərdoğan münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasını zəruri hesab etdiklərini bildirib: "ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində qabaqcıl rol oynaya biləcəyinə inanırıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya getdiyi saatlarda isə İstanbulun Böyükçəkməcə mahalında helikopter qəzaya uğrayıb. Helikopter televiziya qülləsinə dəyərək yerə düşüb. Hadisə nəticəsində 7 nəfər həyatını itirib. "Eczacıbaşı Qrupu"na aid vertolyotda 7 nəfər - 2 pilot, 4 əcnəbi və 1 türk sərnişin var idi. İstanbul valisi Vasip Şahinin “Hürriyyət” nəşrinə verdiyi məlumata görə, əcnəbilər rusiyalı biznesmenlərdir.

Almaniyadan sonra Niderlanda da Türkiyəyə qarşı “soyuq müharibə”yə qoşulub. Niderland hökumətinin açıqlamasında deyilir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu referendum üçün türk cəmiyyətindən səs istəməyə gəlsə, xoş qarşılanmayacaq.

Açıqlamada qeyd edilir ki, ölkənin xarici işlər naziri Bert Koenders türkiyəli həmkarına zəng edərək səfərə qarşı olduqlarını və gələcəyi halda rəsmi qarşılanmanın olmayacağını bildirib.

Açıqlamada baş nazir Mark Ruttenin dünən Brüsseldə keçirdiyi mətbuat konfransında mövzu ilə bağlı sözləri xatırlanıb:

“Məsələ Çavuşoğlunun Niderlanda gəlməsi deyil. Mauritius muzeyini, ya da bu mövsümdə açıbsa, lalələri görməyə gələ bilər. Amma siyasi toplantıların keçirilməsini istəmirik."

Çavuşoğlu isə bütün maneələr və irqçi ifadələrə baxmayaraq Rotterdama gedəcəyini bildirib.

Cənubi Koreyanın Konstitusiya Məhkəməsinin prezident Pak Kın Xenin impiçmentini təsdiq etməsindən sonra paytaxt Seulda onun tərəfdarları ilə rəqibləri arasında toqquşmalar baş verib. Seulun mərkəzində baş verən toqquşmalar zamanı iki nəfər həlak olub.

Qeyd edək ki, dünən Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiq edib. Konstitusiyaya əsasən, prezident seçkiləri 60 gündən sonra keçiriləcək. İmpiçmet haqqında ilk qərar 9 oktyabr 2016-cı ildə çıxarılıb.

Siyasi qalmaqala prezidentin falçısı və yaxın rəfiqəsi Çxve Sun Sil səbəb olublar. O, onlarla böyük firmalara iki qeyri-kommersiya fonduna pul köçürmələri üçün təzyiq göstərməkdə ittiham edilir. Burada 65,6 milyon dollardan söhbət gedir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Qazaxıstan Respublikasının konstitusiyasına dəyişikliklər və əlavələrin daxil edilməsi Haqqında” qanunu imzalayıb. Əlavə və dəyişikliklər hakimiyyətin qanadları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsini nəzərdə tutur.

Yeni Konstitusiya parlamentin rolunu artırır və Nazirlər Kabinetinin fəaliyyətinə nəzarət etmək səlahiyyətini gücləndirir. Prezident idarəçiliyi isə dəyişməz qalır. Prezidentin bəzi səlahiyyətləri parlament və hökumətə təhvil verilir. Konstitusiya dəyişikliyi prezidentin maliyyə, iqtisadiyyat və inzibati sahələr daxil olmaqla, 35 səlahiyyətinin parlamentə təhvil verilməsini nəzərdə tutur. Ancaq islahatların 26 ildir prezident olan Nazarbayevin mövqeyində gerçək bir dəyişiklik etməsi gözlənilmir.

Rusiyanın Suriyada yerləşdirdiyi yeni hava hücumundan müdafiə sistemləri ABŞ-ın regiondakı hərbi əməliyyatlarının gedişinə təsir edə bilər. Bunu Senatda dinləmələr zamanı ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Cozef Votel söyləyib. O, Rusiya hərbçiləri ilə insidentə yol verməmək üçün ABŞ-ın müəyyən addımlar atmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, Rusiya Suriyaya S-400, S-300 və Antey-2500 sistemləri yerləşdirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm