Nida Təhlil
Türkləri Avropadan qovmaq planı – TƏHLİL
Türkiyədə keçiriləcək referendumda “bəli” - “xeyr” antonimi
qardaş ölkənin sərhədlərini aşdı. Bir çox Avropa ölkəsi hakim
Ədalət və İnkişaf Partiyasının (AKP) “Köhnə Qitə”dəki türklər
arasında seçki kampaniyası aparmaq üçün göndərdiyi nazirlərə
qadağalar qoyur. Lakin məsələnin Türkiyədəki referendumla bağlı
təbliğat kampaniyasının aparılmasının yox, məhz “bəli”
tərəfdarlarının qarşısını almaq olduğu görünür.
Hər şey casus imamlarla başladı: Fevralın 2-də
Angela Merkel Ankara səfərində Almaniyadakı türk imamları
casusluqda ittiham etdi. Daha sonra 6 türk imamına casusluq
ittihamı irəli sürüldü. Ankara buna adekvat addım olaraq, “Die
Welt” nəşrinin Türkiyə üzrə müxbiri Dəniz Yuceli casusluqda ittiham
edərək, həbs etdi. Bundan sonra Ankara-Berlin xəttində əsəblər
tarıma çəkildi. Rəsmi Berlin Türkiyənin ədliyyə naziri Bəkir
Bozdağın Almaniyada yaşayan türklər arasında “bəli” kampaniyası
aparmasını qadağan etdi. Merkel bununla “qərarları yerli
idarəçilər”, yəni bələdiyyələr verdiyi bəhanəsini irəli sürdü.
Lakin eyni yanaşmanı “xeyir” kampaniyasına sərgilənmədi. Almaniya
HDP-nin “xeyir” kampaniyasından sonra CHP-nin da eyni təbliğat
kampaniyasına icazə verdi.
Almaniya ilə başlanan hücum Hollandiyada pik nöqtəyə çatdı. Türkiyə
xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin bu ölkəyə
enişinə icazə verilmədi. Ardınca ailə və sosial siyasət naziri
Fatma Betül Sayan Kayanın ölkəyə girişinə qadağa qoyuldu.
Türkiyəli nazir isə avtomobil yolu ilə Hollandiyaya daxil olmaq
istəyəndə saxlanıldı. Hollandiyadakı türklər ayağa qalxaraq etiraz
etdi, holland polislər itlərlə onlara hücum edərək,
aksiyanı dağıtdı. İki ölkə rəsmiləri arasında siyasi ritorika sərt
müstəviyə keçdi. Türkiyə-Hollandiya münasibətləri uçurumun
kandarına qədər gəldi. Hollandiyanın fonunda bir sıra Avropa
İttifaqına üzv ölkələr də Türkiyəyə qarşı cəbhədə yer aldılar.
Danimarka bu ölkəyə səfər edəcək Türkiyə Baş naziri Binəli
Yıldırıma səfəri təxirə salmağı tövsiyə etdi. Avstriyada da “bəli”
kampaniyasına qarşı çıxdı. Və ümumi mənzərədə Avropa İttifaqı ilə
Türkiyə arasında ciddi böhran yarandı.
Baş verənlərin ümumi mənzərəsində ilk görünən hədəflər belədir:
- Prosesin Almaniyadan başlayaraq, “domino effekti” yaratması
təsadüfi deyil. Berlin Avropa İttifaqının əsas aparıcı ölkəsi kimi,
təsir edə biləcəyi ölkələrin Türkiyəyə qarşı cəbhədə yer almasını
təmin etdi.
- Kulminasiya nöqtəsi Hollandiya oldu. Bu qarşıdurmada Hollandiya
hökuməti maraqlı görünür. Çünki martın 15-də bu ölkədə parlament
seçkiləridir və baş nazir Mark Rutter türklərə qarşı hücumla
millətçi elektoratın səsini almaq, beləliklə, səs itkisini
sığortalamaq niyyətindədir. Hollandiyanı idarə edən koalisiyanın –
liberal VVD və sosial-demokrat PvdA – nüfuzu son dövrlər xeyli
zəifləyib, əvəzində millətçi Azadlıq Partiyası (PVV) sürətlə
yüksəlir. Rutter məhz millətçilərin kartından istifadə etdi.
Bu amil birbaşa Hollandiyanın daxili siyasətinə bağlıdır və ümumi
mənzərədə detallardan biri hesab oluna bilər. Lakin bütövlükdə
Almaniyanın rəhbərliyi ilə Avropada başlanan anti-türk hücumun
kökündə bir-biri ilə üzvü şəkildə bağlı olan iki amil dayanır.
Birinci: Türkiyə aprelin 16-da referenduma gedir
və xalq ölkədə prezident üsul-idarəsinə keçid məsələsini həll
edəcək. Türkiyə daxilində konstitusiya islahatlarına qarşı çıxan
səslərin olması normal qarşılana bilər. Çünki bu ölkə həm də
onlarındır və “xeyir” cəbhəsində yer alanlar ölkələrinin gələcəyini
“bəli”də görmürlər. Amma Avropanın “bəli”yə qarşı çıxaraq, “xeyir”
cəbhəsinə açıq dəstək verməsi referendumda müsbət nəticənin olacağı
təqdirdə Türkiyənin güclənməsini istəməyən qüvvələrin olduğunu açıq
şəkildə göstərdi.
“Bəli” cəbhəsi qalib gələrsə: Türkiyədə əsas söz
sahibi prezident olacaq; bu, ölkənin taleyüklü məsələlərində fikir
ayrılığının aradan qalxmasına səbəb olacaq; Türkiyənin daxili
işlərinə müdaxilə çətinləşəcək; yeni dünya nizamında daha güclü
Türkiyə mübarizədə öz maraqlarını müdafiə edə biləcək. Qərbin
“xeyir” cəbhəsinə dəstəyinin kökündə bu nüanslar dayanır.
İkinci: məhz “xeyir” cəbhəsinin güclənməsi üçün
“bəli” cəbhəsinin nümayəndələri Avropaya buraxılmır. Almaniya və
Hollandiya yaşayan türklərin ümumi sayı 3 milyondan çoxdur. Avropa
İttifaqı “bəli”çilərin qarşısını almaqla, “xeyir”çilərin qələbəsinə
çalışır. Məsələ məhz 3 milyondan çox türkün səsi uğrunda
mübarizədən gedir.
Lakin burada açıq qalan suallar var:
a) “Bəli”yə qarşı hücumlar Ərdoğanın
arqumentlərini gücləndirdiyi halda, Avropa niyə buna gedir?
Ərdoğan referendumla bağlı əsas arqumenti belədir: “Bəli” güclü
Türkiyə deməkdir, buna qarşı çıxanlar Türkiyənin güclənməsini
istəməyənlərdir. Türkiyə lideri bununla həm daxildəki, həm də
xaricdəki “xeyir”çilərə işarə edir. Avropada baş verənlər faktiki
olaraq, bu arqumenti gücləndirir. Və mümkündür ki, bu hadisələrdən
sonra Türkiyədə “bəli”çilərin sayı sürətlə artacaq. Avropa bunu
istəyirmi? Xeyr. Bəs, nədən bu arqumentlərin güclənməsinə səbəb
olacaq addımlar atır?
Burada açıq görünən cavab belədir: türk qorxusu.
Tarix boyu Avropa türkləri özü üçün təhlükə hesab edib və eyni
düşüncə indi də davam edir. Hesab etmək olar ki, Qərb Türkiyənin
Avropadakı türklərlə daha yaxın təmas qurmasını və onları siyasi
cəbhədə təşkilatlandırmasını istəmir.
b) Gərginlik niyə bu həddə çatdırıldı və bu
kimlərə sərf edə bilər, yaxud görünməyən məqsəd nə ola bilər?
Hollandiyada pik həddə çatan gərginliyin qeyd etdiyimiz kimi, bu
ölkədəki seçkilərlə bağlılığı aydındır. Lakin hücumun demək olar
ki, bütün Avropa boyunca aparılması hədəfdə türklərin Avropada
sıxışdırılması olduğu ehtimalı ön plana çıxarır.
Avropa hökumətlərinin qərarlarına etiraz olaraq türklər ayağa
qalxır; etiraz aksiyalarına polis müdaxilə edir və qarşıdurmalar
yaranır; Avropa cəmiyyətində anti-türk əhval-ruhiyyəsi güclənir;
türklər Avropadan tədricən sıxışdırılıb çıxarılır.
Hollandiya bu prosesin başlanğıcı ola bilər.
Asif Nərimanlı
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı