Daha dəhşətli SONLUQ, düşmənin MÜHARİBƏ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Daha dəhşətli SONLUQ, düşmənin MÜHARİBƏ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri Ermənistanda ciddi təşvişə səbəb olub. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizama salınmanın baza prinsiplərinin əsasən uyğunlaşdırıldığını bildirib. “Erməni milli konqresi”nin lideri Levon Ter-Petrosyan rəsmi İrəvana daha dəhşətli nəticələrlə bağlı xəbərdarlıq edib. Sank-Peterburqda metroda terror aktı törətməkdə şübhəli sayılan şəxsin adını açıqlayıb. Suriyanın hökumət qüvvələri müxalitin nəzarətində olan İdlib vilayətinə hücumları artırıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri Ermənistanda ciddi təşvişə səbəb olub. “Lragir” saytı “İlham Əliyevlə Nazarbayev Ermənistan üçün yeni sürpriz hazırlayır” deyə yazıb.

“Ötən il Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfər etdi. Bunun ardınca Qarabağa səfər etmiş Lapşin Bakıya təhvil verildi. Nazarbayevin Bakı səfərindən sonra da Ermənistan üçün yeni sürprizlərin olması mümkündür. Qazaxıstan prezidenti Avrasiya İqtisadi İttifaqının Astana sammitində İlham Əliyevin məktubunu oxuyaraq, Sarkisyanı pis vəziyyətə salmışdı. İndi əsas sual belədir: Əliyev və Nazarbayev bu dəfə Ermənistan üçün hansı sürprizi hazırlayır?”, - deyə sayt qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Bakinski raboçi” nəşrində dərc olunan məqaləsində Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Rusiya xarici siyasət idarəsinin başçısı “Etibara əsaslanan əməkdaşlıq: Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 25 illiyinə” adlanan məqalədə qeyd edib ki, münaqişənin nizama salınmasının baza prinsipləri əsasən uyğunlaşdırılıb.

Onun sözlərinə görə, tərəflər vasitəçilərin köməyi nəticəsində bir çox mübahisəli məsələlər üzrə mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşdırmağı bacarıblar və nizama salınmanın baza prinsipləri əsasən uyğunlaşdırılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "Azərbaycan və Rusiya: zamanın sınağından keçmiş əlaqələr" adlı məqaləsində qeyd edib ki, Ermənistan hər vəchlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan yayınmağa çalışır.

“Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın prezidenti Serj Sarkisyan arasında Sankt-Peterburqda keçirilmiş son danışıqlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsiylə bağlı həlli uzadılmış məsələsinin müsbət həll ediləcəyinə ümid yaratmışdı. Lakin təəssüf ki, bu görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etməsinin qarşısını almağa çalışır", - Elmar Məmmədyarov qeyd edib.

“Erməni milli konqresi”nin lideri Levon Ter-Petrosyan da seçkilərin nəticələri haqda danışarkən deyib ki, bundan sonra Qarabağda qurban gedən hər bir əsgərə görə parlamentdəki siyasi qüvvələr məsuliyyət daşıyır.

“Əraziləri könüllü qaytarmasaq, onu bizdən sanksiyalarla alacaqlar. Ermənistanın gələcəyi üçün bu addımı atmalıyıq. Sonrakı nəticələr daha dəhşətli olacaq”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın hüquq-mühafizə orqanları Udmurtiya Respublikasının başçısı Aleksandr Solovyevi saxlayıb. Rusiya İstintaq Komitəsi onun barəsində cinayət işi qaldırıb.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, söhbət təxminən 140 milyon rubl (təxminən 2,44 milyon dollar) rüşvətin alınmasından gedir. Onun körpülərin tikintisi zamanı podratçılardan rüşvət aldığı deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın xüsusi xidmət orqanları terrorçuların Sankt-Peterburq metrosunda terror aktını törətməyə hazırlaşdığını bilirdi. Bu haqda öz mənbələrinə istinadən “Kommersant” nəşri yazıb.

Qeyd edilir ki, terror aktına hazırlıq haqqında informasiyanı xüsusi xidmət orqanlarına Suriyada İŞİD terror qruplaşması ilə əməkdaşlıq edən və evə qayıdan rusiyalı bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sankt-Peterburq metrosunda terror aktının qurbanlarının sayı 14-ə çatıb. Bu haqda Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib. Onun sözlərinə görə, 11 nəfər hadisə yerində, üç nəfər isə aldığı yaralardan xəstəxanalarda dünyasını dəyişib.

Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti Sank-Peterburqda metroda terror aktı törətməkdə şübhəli sayılan şəxsin adını açıqlayıb. Qırğızıstanın Oş vilayətində anadan olmuş, hazırda Rusiya vətəndaşı olan 22 yaşlı Akberjon Cəlilov terror aktında iştirakda şübhəli bilinir.

Rusiya İstintaq Komitəsi Sankt-Peterburq metrosunda törədilən terror aktında Akberjon Cəlilovun iştirakını təsdiqləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Sankt-Peterburqda terror aktının Rusiya prezidentinin ora səfəri zamanı törədilməsi xüsusi xidmət orqanları tərəfindən təhlil edilməlidir.

“Sözsüz ki, terror aktının dövlət başçısının şəhərdə olduğu vaxt törədilməsi fikirləşməyə məcbur edir və diqqəti cəlb edir. Bu xüsusi xidmət orqanlarının analizi üçün predmetdir”, - Peskov bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya Dövlət Dumasının sabiq deputatı və Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan zabiti Gennadi Qudkov terror aktını Vladimir Putinin Sankt-Peterburqa səfəri ilə bağlayıb.

Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan hakerlər Cənubi Koreya Müdafiə Nazirliyinin serverini sındırıblar. Bu haqda KBS telekanalına öz mənbələri bildirib.

Mənbə qeyd edib ki, kibercinayətkarlar birinci səviyyəli məxfi sənədlərə giriş əldə ediblər. Onların arasında Şimali Koreyaya qarşı müharibə planı da var. 5027 adlı müharibə planı Koreya yarımadasında genişmiqyaslı hərbi əməliyyatların başlanacağı halda Seul və Vaşinqtonun birgə hərəkətlərini təsvir edir.

Cənubi Koreya Müdafiə Nazirliyi serverin qırılması faktını etiraf edib. Amma bildiriblər ki, hansı sənədlərin hakerlərin əlinə düşdüyünü dəqiq deyə bilmirlər. Cənubi Koreya Hərbi Prokurorluğu kiberhücumla əlaqədar araşdırmaya başlayıb.

Kərkük Vilayət Məclisi türkmanların (azərbaycanlılar - red.) tarixi torpağı bu şəhərin kürdlərə verilməsi üçün referendumun keçirilməsi haqda qərar çıxarıb. Qərar türkman və ərəb üzvlərin iştirak etmədiyi iclasda çıxarılıb.

Kərkük Vilayət Məclisinin sədri Rebvar Talabani bildirib ki, referendumla bağlı qərarı İraq mərkəzi hökumətinə təqdim ediblər. Referendumda “Kərkük İraq mərkəzi hökumətinə tabe olsun, yoxsa Şimali İraq Kürd Muxtariyyətinə birləşdirilsin?” məsələsi səsverməyə çıxarılacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Kərkük Vilayət Məclisinin referendum təyin etmək səlahiyyəti yoxdur.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Kərkükdəki bayraq böhranı ilə əlaqədar “o bayrağı dərhal endirin, yoxsa geri addım atmaq məcburiyyətində qalarsınız” deyib.

Qeyd edək ki, ötən həftə Kərkükün dövlət binalarına kürd bayraqlarını asılmasından sonra şəhərdə türkmanlar ayağa qalxıb. Bağdadın qərarından sonra kürd bayraqları endirilib. İndi Kərkükün taleyi ilə bağlı referendumun keçirilməsi haqda qərar tarixi türk torpaqlarının kürdlərə verilməsi planına xidmət edir. Bu plan Səddam Hüseynin devrildiyi 2003-cü ildən mövcuddur.

Suriyada müxalifət qüvvələrinin qalası hesab edilən Hələbi təmizləyən Bəşər Əsəd gözünü İdlibə dikib. Suriyada rejim qüvvələri İdlib vilayətində müxalifət qüvvələrinə qarşı hava əməliyyatının gedişatında kimyəvi silahdan istifadə edib.

İdlib vilayətindəki Mülki Müdafiə Qrupunun səlahiyyətlisi Enes Barakat “Anadolu” agentliyinə açıqlamasında deyib ki, bu səhər erkən saatlarında Suriya ordusuna aid döyüş təyyarələri, İdlib vilayətinin cənubunda yerləşən Xan Seyhun diyarına xlor qazı ilə hücum ediblər. Kimyəvi silah hücumunda 100 nəfər ölüb, 500-dən çoxu qazdan təsirlənib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kimyəvi silah hücumunun qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, hücum Suriya böhranın həlli üzrə aparılan Astana danışıqlarına zərər vurur. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu kimyəvi silah hücumunu insanlığa qarşı cinayət adlandırıb.

“Röyters” agentliyinə danışan Suriya ordusundan bir mənbə hücumda kimyəvi silahdan istifadə etdiklərinə dair iddiaları rədd edib.

Suriyanın şimalında yerləşən İdlib vilayətinin Şalkin və Cisr eş-Şugur mahallarında hava əməliyyatı təşkil edilib. Salkin mahalının mülki müdafiə səlahiyyətlilərindən olan Taha əl-Ömər Rusiya təyyarəsi olduğu təxmin edilən hərbi təyyarənin Salkində Ravda məscidi və bazarı bombaladığını bildirb.

Onun sözlərinə görə, məscid və bazarın bombalanması nəticəsində aralarında qadın və uşaqların da olduğu 16 nəfər ölüb, 35-dən çoxu yaralanıb. Cisr eş-Şugur mahalında təşkil edilən hava hücumunda isə 5 mülki şəxs həyatını itirib. Xeli sayda yaralının olduğu bildirilir.

İspaniya Ali Məhkəməsi Suriya prezidenti Bəşər Əsəd və ailəsinə məxsus 691 milyon dollar dəyərindəki evlərinə həbs qoyub. Məhkəmə Suriya dövlət başçısını çirkli pulların yuyulmasında ittiham edib və Bəşər Əsədin ailəsi haqqında cinayət işinin açılmasına qərar verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm