“Qırmızı xətt” NAĞILI, hamı müharibəyə HAZIRLAŞIR… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

“Qırmızı xətt” NAĞILI, hamı müharibəyə HAZIRLAŞIR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

O, yeni toqquşmalar barədə xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprel döyüşlərinin ildönümü ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlama verib. Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqramlarının rəhbəri Dağlıq Qarabağda yeni toqquşmalar barədə xəbərdarlıq edib. Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinə terror təhlükəsi barədə xəbərdarlıq edib. Suriyada “Fərat qalxanı” əməliyyatını başa çatdıran Türkiyə ordusu yeni hücuma hazırlaşır. Şimali Koreyanın növbəti ballistik raket sınağını keçirməsi regionda gərginlik yaradıb.

Mariya Zaxarova deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar aprel eskalasiyasından sonra Dağlıq Qarabağ regionunda və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin stabilləşməsi üçün aktiv səylər göstərir. Onun sözlərinə görə, danışıqlar prosesinin qaytarılması üçün həmsədrlər və digər vasitəçilər əllərindən gələni edirlər.

“Ötən il keçirilmiş Vyana və Sankt-Peterburq görüşləri münaqişənin nizamlanmasına həsr olunub. Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq və dialoqu bərpa edəcəklər”, - deyə Zaxarova vurğulayıb.

“Fransa bir daha əmin olduğunu bildirir ki, Dağlıq Qarabağla bağlı hazırkı status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur”. Bu sözlər Fransanın ATƏT yanındakı daimi nümayəndəliyinin ötən il aprelin 2-dən 5-nə kimi münaqişə zonasında baş verən hərbi əməliyyatların dayandırılmasının 1 illiyi ilə bağlı bəyanatında yer alıb.

Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqramlarının rəhbəri Maqdalena Qrono “reliefweb” portalında dərc olunan məqaləsində Dağlıq Qarabağda yeni toqquşmalar barədə xəbərdarlıq edib. “2016-cı ilin aprel döyüşlərindən bir il keçsə də, bu gün Dağlıq Qarabağ münaqişəsi zonasında daha sərt toqquşmaların olması təhlükəsi mövcuddur. Münaqişə bölgəsində yeni toqquşmalar regionda dəhşətli humanitar böhrana səbəb ola bilər”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada “Fərat qalxanı” əməliyyatını başa çatdıran Türkiyə ordusu yeni hücuma hazırlaşır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Fərat qalxanı əməliyyatının birinci etapı başa çatdı, davamı olacaq” deməsi də bunu təsdiqləyir.

Məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri hər cür hücuma hazır vəziyyətdədir. Lakin hücumun hara olacağı hazırda dəqiq deyil. Hərbi mütəxəssislərə görə, Suriyada ABŞ və Rusiya ilə razılaşmadan Münbiç, Afrin və Kobani bölgələrinə təktərəfli əməliyyat keçirmək çətindir. ABŞ Rakka əməliyyatında YPG (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) güclərindən istifadə edəcəyi üçün türk əsgərlərinin bu əməliyyatda iştirakı mümkün deyil.

Ehtimallara görə, yeni hədəf Sincardır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kərkükdə gərginlik hər keçən dəqiqə artır. Türkiyənin “Yeni Şafak” nəşrinin yazdığına görə, İran və ABŞ-ın oynadığı oyunlarla Kərkükdə qarşıdurmanın baş verməsi an məsələsinə çevrilib.

“Bayraq böhranı” ilə başlayan gərginlik Kərkük Vilayət Məclisinin dünən qəbul etdiyi referendum qərarı ilə daha da artıb. Türkman və ərəblərin boykot etdiyi iclasda qəbul edilən qərar şəhərin Şimali İraq Regional Kürd Muxtariyyətinə birləşdirilməsi üçün referendumun keçirilməsini nəzərdə tutur.

Nəşrin yazdığına görə, əvvəl “bayraq böhran”ı, daha sonra isə referendum qərarı İran, PKK və Təlabaninin birbaşa iştirakı ilə Kərkükdə bir qarşıdurmanın siqnalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyanın İdlib vilayətində kimyəvi silah hücumu nəticəsində xeyli sayda insanın ölümündən sonra Bəşər Əsədə yönəlik beynəlxalq reaksiyalar artsa da Rusiyanın mövqeyində dəyişiklik yoxdur.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Suriya rejiminə dəstək verməyə davam edəcək. “Rusiya ABŞ-la münasaibətlərə zərər vermək riskinə rəğmən, İdlibdəki kimyəvi silah hücumundan sonra da Əsəd dəstək verməyə davam edəcəkmi” sualını cavablandıran Peskov Rusiya və rus ordusunun Suriya ordusunun terrorla mübarizəsinə dəstək verməyə davam edəcəyini bildirib.

ABŞ dövlət katibi Reks Tillerson isə deyib ki, İdlibdə həyata keçirilən kimyəvi bombardman Əsədin barbarcasına addımlar atdığının nümunəsidir. “Rusiya və İran da daxil olmaqla Əsədi dəstəkləyib müdafiə edənlər, onun niyyətinin nə olduğunu bilməlidirlər. Öz xalqına qarşı kimyəvi silahdan istifadə edən hər kəs insanlığı unudub”, - Tillerson bildirib.

ABŞ Dövlət Departamenti də verdiyi bəyanatında terrorizmlə mübarizə sahəsində Suriya hökuməti ilə əməkdaşlıq etmək niyyətində olmadıqlarını açıqlayıb.

Xatırladaq ki, ABŞ 2013-cü ildə kimyəvi silah tətbiq edərək minlərlə insanın ölümünə səbəb olan Suriya rejiminin “qırmızı xətt”i keçdiyini bildirərək ona qarşı hərbi əməliyyatlara başlamaq istəsə də, Moskvanın səyləri nəticəsində Bəşər Əsəd üçün bu təhlükə aradan qalxıb.

Qeyd edək ki, Suriyanın İdlib şəhərinə rejim tərəfindən xlor qazı ilə zəngin bombaların atılması nəticəsində azı 100 nəfər ölüb, 500 nəfər yaralanıb.

Rəsmi Ankara isə bu fikirdədir ki, sözügedən hadisə Suriya böhranının həlli üzrə aparılan Astana danışıqlarını poza bilər.

Şimali Koreyanın növbəti ballistik raket sınağını keçirməsi regionda gərginlik yaradıb. Cənubi Koreya qoşunları Koreya Xalq Demokratik Respublikasının (KXDR) son raket sınaqları ilə əlaqədar tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş qərargahının bəyanatında qeyd edilir ki, Cənubi Koreya qoşunları şimalın istənilən təxribatlarına cavab verməyə hazırdır.

Qeyd edək ki, Şimali Koreya Yapon dənizi istiqamətində növbəti ballistik raketini buraxıb. ABŞ-ın Sakit okean komandanlığının məlumatına əsasən, KXDR “Pukkıkson-2” tipli orta mənzilli ballistik raketi “sınaqdan keçirib. Raketin 60 kİlometr məsafə qət etdiyi bildirilir. Yaponiya hökuməti Şimali Koreyanın növbəti dəfə ballistik raketini sınaqdan keçirməsini pisləyib.

Şimali Koreya isə kiçik təxribat halında belə Cənubi Koreyadakı bütün ABŞ bazalarını məhv edəcəyini bəyan edib. Şimali Koreyanın rəsmi qəzeti olan “Nodon Sinmun” müxtəlif silahlara sahib olan Pxenyanın istənilən vaxt ABŞ-ı yer üzündən silmək qabiliyyətində olduğunu bildirib. “Nodon Sinmun” Şimali Koreyanın bütün hücum vasitələrinin ABŞ-ın Cənubi Koreya, Asiya-Sakit okean və Şimali Amerikadakı ABŞ bazalarına yönəldiyini vurğulayıb.

Fransa tarixində prezident seçkilərindən əvvəl keçirilən debatlarda ilk dəfə bütün namizədlər bir araya gəldi. BFMTV və CNews telekanalları, həmçinin RMC radiostansiyası tərəfindən təşkil edilən debatda 11 namizəd iştirak etdi.

Bunlar keçmiş təhsil naziri Benua Amon, sabiq baş nazir Fransua Fiyon, sabiq iqtisadiyyat naziri Makron Emmanuel, “Milli Cəbhə” Partiyasının lideri Marin Le Pen, "Sol cəbhənin" təmsilçisi Jan-Lyuk Melanşon, “Ayağa qalx, Fransa” partiyanın sədri Nikolya Düpon-Enyan, "İşgüzar mübarizə" partiyasının nümayəndəsi Natali Arto, "Yeni Antikapitalist Partiyası"nın lideri Filipp Putu, "Həmrəylik və Tərəqqi" hərəkatının sədri Jak Şeminad, mərkəzçi deputat Jan Lassal və "Respublika Xalq Birliyi" partiyasının sədri Fransua Asselino idilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Təşkil olunmuş cinayətlər, narkotrafik, həmçinin korrupsiya və daxili siyasi vəziyyətə xarici ölkələrin təsiri MDB ölkələrində təhlükəsizlik üçün əsas təhdidlərdir”. Bu haqda Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşündə deyib.

Putin MDB-nin bütün ölkələrini terrorçuların hücumlarının potensial hədəfi adlandırıb.

“Sankt-Peterburq metrosundakı partlayış təsdiq edir ki, terrorizm təhlükəsi ilə bağlı vəziyyət yaxşılaşmır. Bütün MDB ölkələri, praktik olaraq hər kəs terror hücumlarının potensial hədəfidir. Sizin qarşısınızda çox mürəkkəb və müxtəlif məsələlər dayanıb. Mənim üçün qeyd etmək çox xoşdur ki, əməkdaşlıq effektiv inkişaf edir”, - deyə Rusiya prezidenti vurğulayıb.

O əminliyi ifadə edib ki, MDB-nin xüsusi xidmət orqanlarının başçıları qarşılıqlı əməkdaşlığın qiymətini anlayırlar və bu əməkdaşlığı daha da inkişaf etdirəcəklər.

“Amerika ordusunda yeni Rusiya raketlərindən müdafiə sistemi yoxdur”. Bu haqda ABŞ-ın strateji komandanlığının başçısı, general Con Hayten bildirib.

“Nüvə yükünü minlərlə kilometr daşıya bilən Rusiyanın yeni raket sistemi kontinental Avropanın çox hissəsini təhdid edir. Avropa müttəfiqlərinin müdafiəsi planında ABŞ-da bu raketlərdən müdafiə sistemi yoxdur", - amerikalı general deyib.

Onun sözlərinə görə, Kreml silahlanmaya yeni raketləri daxil etməklə orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilənin (RSMD) şərtlərini pozur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm