• USD 1,7000 0,00% EUR 1,9979 -0,34%
    • GBP 2,2247 +0,14% RUB 0,0231 -0,43%

Müharibə, ərazilərin qaytarılması və İrəvanın HÜCUM PLANI – Qarabağda nələr gözlənilir?

Müharibə, ərazilərin qaytarılması və İrəvanın HÜCUM PLANI – Qarabağda nələr gözlənilir?

Ermənistanda keçirilən parlament seçkilərində Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası qalib gəldi. 49,12 faiz səs toplayan hakim partiya yeni hökuməti təkbaşına quracaq. “Sarukyan” bloku 27,32 faiz səslə ikinci, “Çıxış” bloku 7,77 faiz səslə üçüncü, Daşnaksütyun partiyası isə 5,57 faiz səslə dördüncü yerdə qərarlaşdı. Bu partiyalar parlamentdə fraksiya yaratmaq hüququnu da qazandılar. İndi əsas suallardan biri seçkinin nəticələrinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə necə təsir edəcəyi ilə bağlıdır.

Publika.az “moscow-baku” portalına istinadən xəbər verir ki, rusiyalı politoloqlar Ermənistandakı seçkilərin nəticələrinin Qarabağ münaqişəsinin nizama salınması prosesinə təsirini şərh edib.

Rusiya İctimai Palatasının üzvü, Kremlə yaxınlığı ilə seçilən politoloq Sergey Markov hesab edir ki, Serj Sarkisyanın bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə görüşməsi onun xeyrinə işlədi: “Sarkisyan Qarabağ münaqişəsi üzrə sərt mövqe tutaraq, əhalinin əhval-ruhiyyəsindən istifadə etdi”.



Lakin Markov qeyd edib ki, seçkiqabağı dövrdə təcavüzkar ritorika seçən Serj Sarkisyan seçkidən sonra münaqişənin həlli üçün danışıqlar masasına gəlməyə məcbur olacaq: “Çünki bu münaqişənin həlli ilk növbədə erməni xalqının iqtisadi və təhlükəsizliyi üçün lazımdır. ATƏT-in Minsk qrupu, elə Azərbaycan rəhbərliyi də anlayırdı ki, Ermənistanda seçkilərdir və bu danışıqlar prosesinin zəifləməsinə səbəb olur. Lakin artıq seçki başa çatdı və bundan sonra heç kəs Ermənistanın bəhanəsini qəbul etməyəcək”.

Rusiyalı politoloq onu da bildirib ki, Ermənistanın parlament üsul idarəsinə keçid Serj Sarkisyan hakimiyyətinin ömrünü uzatmaq məqsədinə xidmət edir: “Son nəticədə Sarkisyan baş nazir olacaq”.

“Yeni Rusiya” ictimai-siyasi hərəkatın rəhbəri Nikita İsayev bildirib ki, seçkidən sonra da Sarkisyanın Azərbaycana qarşı təcavüzkar ritorikası davam edəcək.

“Sarkisyanın seçkidən öncə “İskəndər”lər haqda bəyanatı Ermənistanın yeni eskalasiyaya hazırlaşdığını təsdiq edir. Ehtimal var ki, Qarabağ münaqişəsinin bütün iştirakçılarını qızğın dövr gözləyir. Qorxuram ki, münaqişə zonasında yeni toqquşmalar ola bilər”, - deyə o qeyd edib.

Politoloq Oleq Kuznetsov da əmindir ki, Sarkisyanın Azərbaycana qarşı təcavüzkar ritorikası güclənəcək: “Məhz indi Sarkisyan öz qüdrətinin zirvəsinə nail oldu və gələcək hakimiyyətini bərpa etdi. Onun üçün təcavüzkar ritorika qələbənin alətidir və bundan daim istifadə edəcək. Müharibə onun üçün siyasi varlığın əsasını təşkil edir. Ona görə də inanmıram ki, seçkidən sonra Qarabağ münaqişəsi üzrə danışıqlar “ölü nöqtə”dən tərpənəcək”.



Politoloq hesab edir ki, Serj Sarkisyan Qarabağ münaqişəsinin həll olunmamasını istəyir.

“İstənilən digər erməni siyasətçi ölkənin başına keçsə, dərhal danışıqlar masasına əyləşər. Çünki bu münaqişə Ermənistan üçün böyük təhlükələr yaradır”, - deyə o bildirib.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR