Biqmak əvəzinə terror və Amerika qadınlarını zorlayanlar: Taxta kim çıxacaq? - - FOTOLAR
Bizi izləyin

Nida Təhlil

Biqmak əvəzinə terror və Amerika qadınlarını zorlayanlar: Taxta kim çıxacaq? - - FOTOLAR

Sərhədlər silinir, millətlər yox olur, bazarlar daha da açılır...

Son onilliklər ərzində biz dünyanın fasiləsiz qloballaşmasına öyrəşdik. Sərhədlər silinir, millətlər yox olur, bazarlar daha da açılır. Planet dəqiq əmək bölgüsü ilə böyük sexə çevrilir: ABŞ-da ayfonu fikirləşirlər, Çində istehsal edirlər, Parisdə geyimi hazırlayırlar, Banqladeşdə tikirlər. Ancaq indi hər şey düz gözlərin qarşısında dəyişir və xüsusilə Donald Tramp prezident seçildikdən sonra Amerika özünə qapanaraq qloballaşmadan imtina etmək niyyətindədir.

Publika.az xəbər verir ki, Lenta.ru saytı “Valday” klubu tərəfindən təşkil edilmiş konfransda dünya birliyinin lokomotivi rolunda ABŞ-ı əvəz edə biləcək ölkəni müəyyənləşdirməyə çalışıb.

“Qlobal idarə sistemi hazırda kritik nöqtədədir. Beynəlxalq sferada müşahidə olunan indiki qarışıqlıq iqtisadi qloballaşmanın nəticəsi deyil. İqtisadi qloballaşma “Zənginlik” adlı böyük tortdur. Amma tortu bişirənlər qabaqcadan onun necə bölüşdürüləcəyi barədə razılaşmadılar”, - Çin parlamentinin beynəlxalq məsələlər üzrə komitəsinin başçısı Fu İn “Rusiya və Çin qlobal çağırışlar qarşısında” konfransında deyib.

Onun sözlərinə görə, indi bütün dünya cəmiyyətinin qarşısında dayanan əsas problem odur ki, daha yaxın vaxtlara qədər qloballaşmanın əsas müdafiəçisi olan Vaşinqton Trampın Ağ Evə gəlişindən sonra kursunu kəskin dəyişdi. Onilliklər bundan əvvəl tam sürətlə buraxılan qatar maşinistindən qəflətən məhrum idi.

Biqmak əvəz olaraq terror

"Qloballaşma” termini 1980-ci illərin sonlarında siyasətçilər və politoloqların söz ehtiyatına daxil oldu. ABŞ “soyuq müharibə”də qələbə qazandıqdan sonra hesab etdi ki, liberal demokratiya kommunizmdən daha yaxşıdırsa, o hər yerə yayılmalıdır. Kompüter şəbəkələri informasiya baryerlərini sürətlə keçirdi, Ümumdünya Ticarət Təşkilatının yaradılması qlobal bazarın formalaşdığını göstərdi. Yeni dünya ideyası yeni reallıqlar tələb edirdi. Dərhal aydın idi ki, burada aparıcı rolu tək qalmış super dövlət – ABŞ oynamalıdır. Amerikasayağı qloballaşma o demək idi ki, uzaq cəngəlliklərdə yaşayan istənilən yerli biqmak yeyə, Hollivud filminə baxa, beysbolka geyinə və demokratik azadlıqlardan istifadə edə biləcək. Amma təbii ki, öz bazarı və resurslarına əvəz olaraq. Qəzəblənmiş anti-qlobalistlərin etirazlarını heç kəs diqqətə almırdı.

Amma 2016-cı ildə aydın oldu ki, model əldən düşüb. Qloballaşma çox gözlənilməz nəticələr gətirdi. Yalnız biqmak deyil, həm də terrorizm və narkotiklərlərin yayılmasına icazə verdi. Amerika və Avropa istehsalı olan məhsulların xaricə çıxarılması qısamüddətli perspektivdə inkişaf etmiş ölkələrdə onların sahiblərini zənginləşdirirdi, amma uzunmüddətli dövrdə üçüncü dünya ölkələri xarici pulun hesabına öz sənayesini inkişaf etdirirdi. Qərb analitikləri inandırırdılar ki, postsənaye dövrü gəlib və istehsalın xaricə çıxarılmasından pis heç nə yoxdur. Amma bu, zəhmətkeşlər üçün zəif təsəlli idi, onların pulu və iş yerləri zəhmətsevən asiyalılara gedirdi. ABŞ istehsalçı ölkədən xidmətlər və innovasiyalar ölkəsinə çevrildi.

Amerikanın əvəzinə qloballaşmanın əsas benefisiarının Çin olduğunu Barak Obama anladı. O, Trans-Sakit Okean Əməkdaşlığı (TTP) sazişinin köməyi ilə vəziyyəti dəyişdirməyi planlaşdırırdı. Bu, ticarət meqabloku ona daxil olan ölkələrin bazarlarını Çin mallarından qorumalı idi. Amma eyni zamanda TTP Amerika bazarını ittifaq üzrə partnyorlara açırdı. ABŞ-ın bir çox vətəndaşları üçün bu qloballaşma üzrə əvvəlki kursun davamını bildirirdi. Məhz elektoratın bu hissəsi prezident seçkilərində səsləri Donalda Trampa verdi.

İstehsalı ölkəyə qaytarmağın vaxtıdır

Tramp Amerikadan şirələri soran qloballaşmaya son qoymağı vəd edir. Əlverişsiz ticarət razılaşmalarından çıxmaq, xaricdə sərmayə qoyan şirkətlər üçün vergiləri yüksəltmək, Amerika qadınlarını zorlayan və Amerika kişilərindən işi oğurlayan miqrantları ölkədən çıxarmaq, Azad Ticarət Zonasını (NAFTA) təkrar gözdən keçirmək, TTP-ni unutmaq və nəhayət, bundan sonra Amerika siyasi modelini uzaq ölkələrə sırımamaq.

“Ən böyük şirkətlər Çində və başqa ölkələrdə deyil, Amerikanın özündə ayfon və kompüterləri istehsal etməyə başlayacaq. Malları ölkəmizdə istehsal edəcəyik, burada iş yerləri yaradacağıq. Görünür, Obama və Klinton sadəcə istəyirlər ki, başqa ölkələr bizim hesabımıza müvəffəqiyyət qazansınlar. Biz buna son qoyacağıq. Bizim yollarımızla Amerika maşınları gedəcək, səmanı Amerika təyyarələri dolduracaq və Amerika gəmiləri dəniz sularını yaracaq”, - Tramp hələ prezident seçilməmişdən əvvəl, 2016-cı ilin sentyabrında söz verirdi.

Təəccüblü deyil ki, çoxları bu sözləri heyranlıqla qəbul etdilər. Hamı ABŞ-ın 45-ci prezidentinin bunları həyata keçirə biləcəyinə əmin deyil. Hazırda ABŞ-da satılan geyimin 97 faizi xaricdə istehsal edilir. Bundan başqa, amerikalı işçilərə Banqladeşdən gələn miqrantdan daha çox ödəmək və işçiləri yenidən öyrətmək lazımdır.

10 illik proqnoz

Amma optimistlər Trampa inanırlar.

“Anlamaq lazımdır ki, ABŞ hazırda yeni texniki dövrə tullanmağa hazırlaşır. Bu dövr təxminən 10 il sonra başlanacaq. Bu dövrün başlanması ilə dərhal lider mövqeyi tutmaq üçün ABŞ-a resursları, maliyyə və insanları səfərbər etmək, elmi, sənaye və hərbi sferanı yenidən qurmaq lazımdır”, - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) dosenti Andrey Bezrukov hesab edir.

ABŞ-da reindustrializasiya artıq 2000-ci illərin ortalarından gedir: qeyri-müntəzəm, enmə və qalxmalarla, amma tədricən sürətlənərək. Ekspertlər iddia edirlər ki, Trampın seçilməsi reindustrializasiyanın son mərhələsini göstərir.

Taxta sonda kim oturacaq?

Amma hamı bununla razı deyil. “İndiki dünyanın əsas problemləri qloballaşma ilə bağlı deyil”, - yanvarın 17-də Davos İqtisadi Forumun iştirakçılarına müraciətində Çin lideri Si Szinpin bildirdi. Üç gün sonra isə Donald Tramp rəsmən ABŞ prezidenti oldu.

Bu nitq partlamış bomba effekti yaratdı. Çin Kommunist Partiyasının lideri liberal iqtisadi dünya nizamını xilas etməyə və Tramp tərəfindən vəd edilən ölçülərin həyata keçirilməsinə maneə olmağa çağırırdı. Çoxları bu çıxışda qloballaşmanın əsas gücü roluna Çinin sifarişini gördülər. Bu roldan ABŞ asanlıqla imtina edib. Hazırda dünyanın səsləndirdiyi əsas suallardan biri Çinin bu rolu üzərinə götürüb-götürə bilməyəcəyi ilə bağlıdır.

“Si Szinpin möhkəm ittifaqı yaratmağı təklif edirdi. Bu ittifaq onun bütün iştirakçılara xeyir verə, bütün ölkələr münaqişələrin həlli, ümumi təhlükəsizlik və iqtisadi çiçəklənmə üzərində birlikdə işləyə bilərdilər”, - Fu İn qey edib.

Şərqi Çin Pedaqoji Universiteti yanında Rusiyanın öyrənilməsi üzrə Mərkəzin direktoru Fen Şaoley bildirir ki, qloballaşmanın indiki modelində ölkələr və regionların rifahındakı fərq qaçılmazdır və bu qloballaşma prosesi üçün təhlükədir: “Bəzi ölkələr indiyə qədər hesab edir ki, Qərb aparıcı rolu oynamalıdır və onun maraqları ən mühüm qiymətə malikdir. Yeni dünya nizamının əsasında ədalət, azadlıq və təhlükəsizlik dayanmalıdır”.

Beynəlxalq və Avropa İqtisadi Araşdırmaları İnstitutunun direktoru Timofey Bordaçev qeyd edir ki, son 25 il ərzində həyata keçirilən qloballaşma Çinə iqtisadi gücü toplamağa imkan verib və qloballaşmadan qazanclı çıxanlardan biridir. Bordaşev hesab edir ki, buna görə də Pekinin qloballaşmanı saxlamaq arzusu tamamilə başadüşüləndir. Amma onun fikrincə, çətin ki, hər hansı ölkə lider rolunu oynaya biləcək. O, ABŞ-ın dünya maliyyə sistemində aparıcı roldan imtina edəcəyinə də inanmır.

Bordaçevanın fikrincə, Moskva yeni şəraitdə düşünülmüş siyasət aparmalıdır. “Rusiya bazarı ABŞ, Avropa İttifaqı və Çinlə müqayisədə kiçik bazardır. Bizdə istehsal azdır. Buna görə də Rusiya iqtisadiyyatın rəqabətə davamlı sahələrini seçərək son dərəcə ehtiyatlı hərəkət etməlidir. Gələcəyin qarma-qarışıq və zidd qloballaşmasından yalnız belə xeyir götürmək olar”, - ekspert hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm