Trampın QƏLƏBƏSİ, Putinin 4 gündə aldıği İKİ MESAJ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Trampın QƏLƏBƏSİ, Putinin 4 gündə aldıği İKİ MESAJ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 2-də Azərbaycanda rəsmi səfərə gəldi. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ konfliktinin həlli üzrə danışıqlarda razılaşdırılmayan, amma mürəkkəb məsələlərin qaldığını açıqladı. Ermənistanda parlament seçkiləri keçirildi. Sankt-Peterburq şəhərinin metrosunda terror aktı törədildi. Bu günlərdə beynəlxalq gündəmin əsas mövzularından biri Suriyanın İdlib vilayətində kimyəvi silah hücumu nəticəsində çoxsaylı insanın ölümü və zəhərlənməsidir. ABŞ prezidenti Donald Tramp isə Dəməşqin hərəkətinə cavab olaraq BMT Təhlükəsizlik Şurası və Konqresin icazəsini almağı lazım bilməyərək Suriya ordusuna aid aviabazanın vurulması barədə əmr verdi. Suriyada “Fərat qalxanı” əməliyyatını başa çatdıran Türkiyə ordusu yeni hücuma hazırlaşır. Şimali Koreyanın növbəti ballistik raket sınağını keçirməsi regionda gərginlik yaradıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 2-də Azərbaycana rəsmi səfər edib. Aprelin 3-də Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri Ermənistanda ciddi təşvişə səbəb olub. “Lragir” saytı “İlham Əliyevlə Nazarbayev Ermənistan üçün yeni sürpriz hazırlayır” deyə yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Novoye Vremya” nəşrinə müsahibəsində bildirib ki, Dağlıq Qarabağ konfliktinin həll prosesində əksər məsələlərdə razılıq əldə etmək mümkün olub. “Bir neçə, amma daha mürəkkəb məsələ qalıb. Lakin aydındır ki, işə yekun vurulması, ilk növbədə, ölkələrin öz siyasi iradəsindən və onların kompromis qərarlara getməyə hazır olmasından asılıdır", – deyə o bildirib.

Lavrov “Bakinski raboçi” nəşrində dərc olunan məqaləsində də Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Rusiya xarici siyasət idarəsinin başçısı “Etibara əsaslanan əməkdaşlıq: Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 25 illiyinə” adlanan məqalədə qeyd edib ki, münaqişənin nizama salınmasının baza prinsipləri əsasən uyğunlaşdırılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "Azərbaycan və Rusiya: zamanın sınağından keçmiş əlaqələr" adlı məqaləsində qeyd edib ki, Ermənistan hər vəchlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan yayınmağa çalışır.

“Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın prezidenti Serj Sarkisyan arasında Sankt-Peterburqda keçirilmiş son danışıqlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsiylə bağlı həlli uzadılmış məsələsinin müsbət həll ediləcəyinə ümid yaratmışdı. Lakin təəssüf ki, bu görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etməsinin qarşısını almağa çalışır", - Elmar Məmmədyarov qeyd edib.

Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqramlarının rəhbəri Maqdalena Qrono “reliefweb” portalında dərc olunan məqaləsində Dağlıq Qarabağda yeni toqquşmalar barədə xəbərdarlıq edib. “2016-cı ilin aprel döyüşlərindən bir il keçsə də, bu gün Dağlıq Qarabağ münaqişəsi zonasında daha sərt toqquşmaların olması təhlükəsi mövcuddur. Münaqişə bölgəsində yeni toqquşmalar regionda dəhşətli humanitar böhrana səbəb ola bilər”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aprelin 2-də Ermənistanda konstitusiyaya edilən dəyişikliklərdən sonra ilk parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim Respublika Partiyası seçicilərin 49,12 faizinin səsini alıb.
“Sarukyan” bloku ikinci (27,33 faiz), “Çıxış” bloku (7,75) isə üçüncü olub. Seçkiqabağı kampaniyada işğal edilən Azərbaycan torpaqlarının qaytarılması təklifi ilə çıxış edən Levon Ter-Petrosyan isə uğursuzluğa düçar olub. Onun lideri olduğu “Erməni Milli Konqresi” 1,63 faiz səs toplayıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ermənistandakı parlament seçkilərini izləyən müşahidə missiyasının koordinatoru İqnasio Sançes Amor deyib ki, seçicilərin ələ alınması seçkinin nəticələrinə ciddi təsir göstərib. Onun sözlərinə görə, seçkilərdə vətəndaşlara təzyiq göstərilib, həmçinin, müəssisələr öz işçilərinin səsini ələ alıb.

“Erməni milli konqresi”nin lideri Levon Ter-Petrosyan da seçkilərin nəticələri haqda danışarkən deyib ki, bundan sonra Qarabağda qurban gedən hər bir əsgərə görə parlamentdəki siyasi qüvvələr məsuliyyət daşıyır.

“Əraziləri könüllü qaytarmasaq, onu bizdən sanksiyalarla alacaqlar. Ermənistanın gələcəyi üçün bu addımı atmalıyıq. Sonrakı nəticələr daha dəhşətli olacaq”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda keçirilən parlament seçkilərində Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası qalib gəldi. 49,12 faiz səs toplayan hakim partiya yeni hökuməti təkbaşına quracaq. İndi əsas suallardan biri seçkinin nəticələrinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə necə təsir edəcəyi ilə bağlıdır.

Rusiyalı politoloqlar Ermənistandakı seçkilərin nəticələrinin Qarabağ münaqişəsinin nizama salınması prosesinə təsirini şərh ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aprelin 3-də Sankt-Peterburq şəhərinin metrosunda partlayış törədildi. “Texnoloji institut” və "Sennaya ploşad" stansiyaları arasında baş verən partlayışda 14 nəfər öldü, 50-dən çoxu yaralandı. Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti Sank-Peterburqda metroda terror aktı törətməkdə şübhəli sayılan şəxsin adını açıqlayıb. Qırğızıstanın Oş vilayətində anadan olmuş, hazırda Rusiya vətəndaşı olan 22 yaşlı Akberjon Cəlilov terror aktında iştirakda şübhəli bilinir.

Rusiya İstintaq Komitəsi Sankt-Peterburq metrosunda törədilən terror aktında Akberjon Cəlilovun iştirakını təsdiqləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sankt-Peterburq şəhərinin metrosunda baş verən partlayışla digər iki hadisənin üst-üstə düşməsi diqqətdən qaçmayıb. Həmin gün Vladimir Putin Sankt-Peterburda olub. O, hadisənin baş verdiyi dəqiqələrdə Belarus prezidenti Aleksandr Lukaşenkonu qəbul edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, trror aktının Rusiya prezidentinin ora səfəri zamanı törədilməsi xüsusi xidmət orqanları tərəfindən xüsusi təhlil edilməlidir.

Digər bir hadisə isə Putinin “Yeni SSRİ”si adlandırılan Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasıdır. Memorandum Moldova prezidenti İqor Dodon və Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sərkisyan tərəfindən imzalanıb.

Sankt-Peterburq metrosunda qatarının partladılması və “Ploşad Vosstaniya” stansiyasında bombanın qoyulması İŞİD terror təşkilatında hazırlıq keçmiş şəxs tərəfindən edilib. Bu haqda Fontanka.ru saytına xüsusi xidmət orqanlarından bildirilib.

Polşa baş prokurorluğu Smolenskdə Tu-154M təyyarəsinin qəzaya uğramasına görə Rusiya dispetçerləri və “üçüncü şəxs”in ünvanına ittihamlar səsləndirib. İttihamları Varşavada Polşanın baş prokurorunun müavini Marek Poşenek mətbuat konfransında irəli sürüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada “Fərat qalxanı” əməliyyatını başa çatdıran Türkiyə ordusu yeni hücuma hazırlaşır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Fərat qalxanı əməliyyatının birinci etapı başa çatdı, davamı olacaq” deməsi də bunu təsdiqləyir. Məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri hər cür hücuma hazır vəziyyətdədir. Lakin hücumun hara olacağı hazırda dəqiq deyil. Ehtimallara görə, yeni hədəf PKK-nın gücləndiyi İraqın Sincar bölgəsidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kərkük Vilayət Məclisi türkmanların (azərbaycanlılar - red.) tarixi torpağı bu şəhərin kürdlərə verilməsi üçün referendumun keçirilməsi haqda qərar çıxarıb. Qərar türkman və ərəb üzvlərin iştirak etmədiyi iclasda çıxarılıb.

Kərkük Vilayət Məclisinin sədri Rebvar Talabani bildirib ki, referendumla bağlı qərarı İraq mərkəzi hökumətinə təqdim ediblər. Referendumda “Kərkük İraq mərkəzi hökumətinə tabe olsun, yoxsa Şimali İraq Kürd Muxtariyyətinə birləşdirilsin?” məsələsi səsverməyə çıxarılacaq.

Qərar Ankara tərəfindən hiddətlə qarşılanıb.

Türkiyənin “Yeni Şafak” nəşrinin yazdığına görə, İran və ABŞ-ın oynadığı oyunlarla Kərkükdə qarşıdurmanın baş verməsi an məsələsinə çevrilib.

“Bayraq böhranı” ilə başlayan gərginlik Kərkük Vilayət Məclisinin referendum qərarı ilə daha da artıb. Nəşrin yazdığına görə, əvvəl “bayraq böhran”ı, daha sonra isə referendum qərarı İran, PKK və Təlabaninin birbaşa iştirakı ilə Kərkükdə bir qarşıdurmanın siqnalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada rejim qüvvələrinin İdlib vilayətində müxalifət qüvvələrinə qarşı aprelin 4-də keçirilən hava əməliyyatının gedişatında kimyəvi silahdan istifadə etməsi həftənin əsas hadisələrindən idi. Hücum nəticəsində 100-dən çox dinc sakin ölüb, 500-dən çoxu qazdan təsirlənib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə şərhində beynəlxalq ictimaiyyəti konkret addımlar atmağa çağırdı. O, Suriyada öldürülən dinc sakinlərin qanının qatil Əsədin əllərində olduğunu bildirdi.

ABŞ vitse-prezident Maykl Pens “Foks Nyus” kanalına bildirdi ki, İdlibdə həyata keçirilən kimyəvi hücumdan sonra bütün variantlar müzakirə olunub. “Rusiya daha əvvəl də Əsədin kimyəvi silahdan istifadə etməməsini istəmişdi. Ancaq göründüyü kimi, Əsəd qulaq asmadı. Keçmiş Prezident Barak Obama 2012-ci ildə “Əsədin öz xalqına qarşı kimyəvi silahdan istifadə etməsi qırmızı xətti keçməkdir və onun bu addımı cəzasız qalmayacaq”, - demişdi. Ancaq görürük ki, Obamanın hər hansı bir qırmızı xətti yox imiş”, - Pens bildirib.

ABŞ prezidenti Donald Tramp bir gün sonra Vaşinqtonda səfərdə olan İordaniya kralı II Abdullahla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bombardmanın anonsunu verdi. “Mənim Suriya və Bəşər Əsədə qarşı münasibətim çox dəyişdi. Bu hadisə “Qırmızı xətt”in keçilməsidir. Suriyadakı kimyəvi silah hücumuna qarşı hərəkətə keçmək üçün məsuliyyətim var. Dünən edilənlər mənim üçün qəbuledilməzdir. Hücum olduqca dəhşətlidir. Günahsız insanlar, uşaqlar və gözəl körpələr öldü. Əsəd rejiminin iyrənc fəaliyyətinə icazə verilə bilməz”, - o bildirib.

Nəhayət, ABŞ aprelin 7-də yerli vaxtla saat təxminən 4-də Suriya ərazisində yerləşən Şayrat aerodromun raket zərbələri endirdi. ABŞ-ın iddiasına görə, raket zərbələri Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir. Aralıq dənizində olan ABŞ-ın iki hərbi gəmisindən azı 59 "Tomaqavk" raketi atılıb. Müxtəlif məlumatlara görə, 4-dən 10 nəfərə qədər Suriya hərbçisi ölüb.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi isə bildirib ki, Suriya aviabazasına zərbə endirməzdən əvvəl Rusiya hərbçiləri xəbərdar edilib. Onun sözlərinə görə, xəbərdarlıq iki ölkənin hərbçiləri arasında insidentlərin qarşısının alınması məqsədi ilə müəyyən edilmiş rabitə kanalları vasitəsi ilə ötürülüb.

İsrailin baş naziri Benyamin Netanyahu yazılı açıqlamasında Donald Trampa tam dəstək verdiyini bəyan etdi. “Biz həmçinin, bu qərarın təkcə Suriyada Bəşər Əsəd rejiminə qarşı deyil, həm də İrana və Şimali Koreyaya qarşı da həyata keçirilməsini istəyirik. Ümid edirəm ki, ABŞ prezidenti dünyanı təhdid edən İran və Şimali Koreyaya qarşı da eyni addımı atacaq”, - Netanyahu Trampdan gözləntilərini gizlətməyib.

Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyada hərbi obyektlərə hücumu suveren dövlətə qarşı təcavüz adlandırıb. “Prezident Putin Amerikanın Suriyaya, həm də uydurulmuş bəhanələrlə zərbələrini suveren dövlətə təcavüz və beynəlxalq hüquq normalarının pozulması hesab edir”, - Peskov bildirib.

Dmitri Peskov “Rusiya-24” telekanalına açıqlamasında deyib ki, ABŞ-ın hücumundan sonra Suriyada Rusiya-Amerika toqquşmasının riski artır. “ABŞ-ın hansı məqsədə hərəkət etdiyini bilmirik. Lakin bunu de-fakto olaraq İŞİD və digər terror qruplaşmalarının maraqlarına xidmət etdiyi bir həqiqətdir”.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriyanın Lazkiyə bölgəsində rusların istifadə etdiyi hərbi hava bazası ilə Tartus hərbi dəniz bazasının S-300 və S-400 raketləri ilə qorunduğunu açıqlayıb.

ABŞ tərəfindən Suriyanın hökumət güclərinə aviazərbələrin endirilməsini Ankara da dəstəkləyib. Hökumət sözçüsü Numan Kurtulmuş Suriyaya raket zərbələrini dəstəklədiyini bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriya hərbi hava bazasına endirdiyi raket zərbələri ilə bağlı açıqlamasında zərbələrin kifayət etmədiyini bildirib.

Türkiyəli strateji mütəxəssis Hakan Akbaş ABŞ-ın bomba yağışının Putindən daha çox, İrana mesaj olduğunu açıqlayıb.

H.Akbaş qeyd edib ki, əslində İrana qarşı hərbi hücum hazırlığı aparılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Suriya Prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi üçün əməliyyat hazırlayır. Bu barədə bəyanatı ABŞ-ın dövlət katibi Reks Tillerson yayıb. O, İdlibdəki kimyəvi hücuma görə Əsəd rejiminin məsuliyyət daşıdığını bildirib. Tillerson həmçinin Rusiyanın Bəşər Əsədə dəstəyini dayandırmasını istəyib.

Şimali Koreyanın aprelin 4-də növbəti ballistik raket sınağını keçirməsi regionda gərginliyi artırıb. Cənubi Koreya qoşunları Koreya Xalq Demokratik Respublikasının (KXDR) son raket sınaqları ilə əlaqədar tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

ABŞ Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaratdığı nüvə təhdidi probleminin həlli üçün bir neçə variant təklif edib. NBC kanalının məlumatına görə, variantlar arasında Cənubi Koreya ərazisində Amerikanın nüvə raketlərinin yerləşdirilməsi, kiberhücumlar, həmçinin KXDR-in lideri Kim Çen Inın qətli var.

Fransa tarixində prezident seçkilərindən əvvəl keçirilən debatlarda ilk dəfə bütün namizədlər bir araya gəldi. BFMTV və CNews telekanalları, həmçinin RMC radiostansiyası tərəfindən təşkil edilən debatda 11 namizəd iştirak etdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Təhlükəsizlik məsələləri üzrə Kiyev forumunda çıxışı zamanı Ukrayna prezidenti Pyotr Poroşenko deyib ki, Rusiya 2018-ci il prezident seçkilərinin yaxınlaşması ilə daxili problemlərdən diqqəti yayındırmaq üçün Ukraynaya qarşı təcavüzünü genişləndirəcək. “Kreml 2018-ci il prezident seçkilərinə hazırlaşır. O zəif yerlərini gizlətmək üçün daha da təcavüzkar olur”, - Poroşenko bildirib.

Avropa Parlamenti Ukrayna vətəndaşlarının Avropa Birliyinə üzv olan ölkələrə vizasız gediş-gəlişini nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun bu ilin iyunundan qüvvəyə minəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Moskva hesab edir ki, Şərqi Qüds Fələstin dövlətinin, Qərbi Qüds isə İsrailin paytaxtı olmalıdır”. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Şərqi Yerusəlimin Fələstin dövlətinin paytaxtı kimi müəyyən edilməsi də daxil olmaqla nizamlanmanın prinsipləri haqqında BMT qərarlarına sadiq olduğumuzu bildiririk. Eyni zamanda bəyan etməyi zəruri hesab edirik ki, bu baxımdan Qərbi Qüds İsrail dövlətinin paytaxtı qismində nəzərdən keçirilməlidir”, -bəyanatda bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranda mayın 19-da keçiriləcək prezident seçkilərində mühafizəkarların namizədinin kimliyinə aydınlıq gəlib. Keçmiş baş prokuror İbrahim Rəisinin Seçkilərin Müşahidə Mərkəzindəki vəzifəsindən istefa verməsi ilə onun prezidentliyə namizədliyi qətiləşib.

Dünən İsveçin paytaxtı Stokholmun mərkəzində naməlum şəxs idarə etdiyi yük maşınını insanların üstünə sürüb. Hadisə nəticəsində üç nəfər həlak olduğu bildirilir.

İsveçin baş naziri Stefan Leven hadisəni terror aktı kimi qiymətləndirib. Baş nazir əlavə edib ki, polislər artıq şübhəlini saxlayıblar. Yük avtomobilinin məxsus olduğu “Spendrups” şirkəti avtomobilin qaçırıldığını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm