Qarabağ üçün ən yaxşı VARİANT, 8 illik siyasətə YOX… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağ üçün ən yaxşı VARİANT, 8 illik siyasətə YOX… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan yenidən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub və əvvəlki təkliflərini səsləndirib. Suriya ordusuna aid aviabazanın ABŞ tərəfindən vurulması ilə əlaqədar gərginlik davam edir. Qərb daha açıq səslə Suriya lideri Bəşər Əsədin hakimiyyətdən getməli olduğunu bildirir.

Bu ilin birinci rübündə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin diqqət mərkəzində oduğunu deyən Azərbaycan Respublikasının Prezidenti Prezident bildirib ki, ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda parlament seçkiləri başa çatdı və bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların dalandan çıxıb-çıxmayacağı maraqlıdır. Xüsusilə İrəvan danışıqlar masasına gətiriləcəkmi, yoxsa, əvvəlki kimi qeyri-konstruktiv yanaşma davam edəcək?!

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın birinci prezidenti, “Erməni milli konqresi”nin lideri Levon Ter-Petrosyan yenidən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub və əvvəlki təkliflərini səsləndirib. “Hazırda danışıqlar masasında olan variant ən yaxşı təklifdir. Ərazilərin qaytarılması və təhlükəsizliyin təmin edilməsi lazımdır. Vaxt keçdikcə, bu, bizim ziyanımıza işləyir”, - deyə o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp Rusiyanın Suriyadakı addımlarına görə Putin hökumətinə qarşı yeni sanksiyalar irəli sürmək niyyətindədir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Trampın Rusiya və İrana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

“ABŞ-ın Suriya siyasətində bir neçə prioritet var. Birincisi, təkcə Əsədin getməsi yox, həm də İŞİD-in məhv edilməsidir. İkincisi, Əsəd prezident olduğu müddətdə Suriyada sülh görmürük. Üçüncüsü, İranın Suriyadakı nüfuzunu qırmaq və problemin həllinə nail olmaqdır. Rejim dəyişikliyinin reallaşacağını düşünürük”, - deyə o bildirib.

Dövlət Dumasının xarici əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçev isə bildirib ki, Tramp Suriyaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edərsə, bu, iki ölkənin münasibətlərini pozacaq.

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson “Tabloid Sun” nəşrinə müsahibəsində Vaşinqtonun Suriyaya yeni raket zərbələri vura biləcəyi barədə xəbərdarlıq edib. Nazir vurğulayıb ki, ABŞ Suriyada öz hərəkətləri ilə Qərbin aydın siqnalını çatdırıb.

“Onlar bunu yenidən edə bilərlər. Şübhə yoxdur ki, ABŞ-ın hərəkətləri əslində Suriyada vəziyyəti dəyişdirir”, - Conson qeyd edib.

“Tayms” qəzeti isə yazıb ki, Boris Conson Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çalışacaq. “Conson G7 ölkələrinə Moskvanın Suriya Prezidenti Bəşər Əsədi dəstəkləməyi dayandırması ilə bağlı birgə bəyanat yaymağı təklif edəcək. Əgər Rusiya bundan imtina etsə, o zaman genişmiqyaslı sanksiyalara izn veriləcək. Sanksiyalar paketi hazırdır və G7 ölkələrinin XİN rəhbərlərinin İtaliyadakı görüşündə təqdim ediləcək”, – “Tayms” yazıb.

Daha əvvəl isə ABŞ prezidentinin müşaviri general Gerbert Makmaster Amerikanın Suriya hökumət qüvvələrinin bazalarına endirilən raket zərbələrini artıra biləcəyini söyləyib.

Xatırladaq ki, aprelin 7-də ABŞ Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib. Zərbələr nəticəsində müxtəlif məlumatlara görə, 4-dən 10-a qədər Suriya hərbçisi ölüb, bazasının infrastrukturu dağıdılıb. Vaşinqton bu addımı Əsəd rejiminin İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq atdığını bildirib.

İdlibə gerçəkləşdirilən kimyəvi hücumun günahkaları arasında Ağ Ev də var. Bunu jurnalistlərə açıqlamasında amerikalı senator Con Makkeyn söyləyib.

“Kimyəvi hücuma əsas səbəblərdən biri də ABŞ-ın açıqlamasıdır. Əsədi devirməyin əsas prioritet olmadığını deyən Vaşinqton bununla da Suriya hakimiyyətini ümidləndirmiş oldu. Şayrata endirilən raket zərbələri son 8 ilin siyasətindən geriyə edilən dönüş oldu. Biz Suriya Hərbi Hava Qüvvələrinin bütün bazalarını yox etməliyik”, – deyə o bildirib.

ABŞ Hərbi Hava Qüvvələrinin Suriya ordusuna aid aviabazanı raket atəşinə tutması Dəməşqin ən yaxın himayəçilərindən olan Moskva ilə Vaşinqton arasında münasibətləri daha da gərginləşdirib. ABŞ-Rusiya münasibətlərinin inkişafını dəyərləndirən KİV və ekspertlər hərbi qarşıdurmanı da istisna etmirlər.

“Rossiyskaya Gazeta”ya görə, rusiyalı ekspertlər Rusiya-ABŞ münasibətlərində aşağıdakı mümkün ssenarilərinin olduğunu bildirirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Suriya hökumət qüvvələrinə aid hərbi hava bazasına raket zərbələrinin endirilməsi barədə atasının qərarına əhəmiyyətli təsir göstərib. Bu haqda öz mənbələrinə istinadən “The Independent” nəşri məlumat yayıb.

Mənbələrə əsasən, İvanka Tramp Suriyanın İdlib vilayətində kimyəvi silah hücumu edilən yerdən çəkilən şəkillərdən həqiqətən də silkələnib. Onun mövqeyi Oval kabinetin qərarına əhəmiyyətli təsir göstərib.

Aviabazanın vurulmasından sonra isə Trampın qızı tvitter səhifəsində yazıb ki, atasının qərarı ilə fəxr edir. İvanka Tramp hazırda prezidentin xüsusi məsləhətçisi vəzifəsini tutur və Ağ Evdə ictimai əsaslarla işləyir.

Türkiyə hökuməti Astana görüşündən əvvəl Suriyada atəşkəsə zəmanətçi olan ölkələrin (Rusiya, İran, Türkiyə) Tehranda qapalı görüş keçirməsini istəyib. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Suriya Xarici İşlər nazirinin müavini Faysal Mikdad söyləyib. O, görüşün Tehranda aprelin 18-i və 19-da keçiriləcəyini bildirib.

Mikdad Astanadakı danışıqların yeni raundunun Tehran görüşünün nəticələrindən asılı olacağını söyləyib.

Qeyd edək ki, Astana görüşü mayın 3-də keçiriləcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Telefon söhbətində İŞİD terror qruplaşması ilə mübarizə, Suriya böhranının həlli və ölkə prezidenti Bəşər Əsədin siyasi gələcəyi barədə məsələlər müzakirə edilib.

“RİA Novosti”yə müsahibəsində Suriya Xarici İşlər nazirinin müavini Faysal Mikdad xəbərdalıq edib ki, Əsəd hakimiyyətdən getsə, Suriya dövlət olaraq yox olacaq və parçalanacaq. “Biz hər zaman demişik ki, bu hakimiyyət olmasa, Suriya yox olacaq. Bizim rəhbərlik ölkədə islahatların keçirilməsinin mahiyyətini anlayır”, – deyə o bildirib.

Rusiya ordusunun ehtiyatda olan general-polkovniki Yevgeni Bujinski isə hesab edir ki, Suriyanın dövlət başçısı Bəşər Əsədi hərbi yolla devirmək mümkün deyil. General deyib ki, Suriyada vəziyyətin kifayət qədər çətin olmasına baxmayaraq, Bəşər Əsəd xarici müdaxilələrə uduzmur:

“Rusiya və İran hərbi yardımı davam etdirdiyi təqdirdə, Bəşər Əsədi hərbi yolla devirmək mümkün olmayacaq. İndiki halda isə Bəşər Əsəd xaricdən zəif görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, Əsəd zəifləyən kimi Rusiya və İran onu gücləndirməyə çalışacaq”.

Almaniya hökumətinin sözçüsü Steffen Seybert isə deyib ki, Əsəd prezident olduğu müddətdə Suriyada dinclik olmayacaq: “Əsəd heç vaxt sülhə razı olmayıb. Böhranın həll olunması üçün Əsəd vəzifəsindən getməlidir. Yoxsa Suriyada heç vaxt sülh və sabitlik hökm sürməyəcək”.

Moskva isə ABŞ-la Suriya üzrə genişmiqyaslı saziş naminə Bəşər Əsədə dəstəyindən imtina variantına baxmır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ-ın Suriyaya raket zərbələri endirməsi səhv idi. Bu ilk dəfə baş verdi. Təkrarı çox təhlükəli nəticələrə yol aça bilər. Bunu İran prezidenti Həsən Ruhani paytaxt Tehranda Prezident Sarayında təşkil etdiyi mətbuat konfransında deyib.

ABŞ gözlənilmədən Cənubi Koreya sahillərinə “Carl Vinson” atom təyyarədaşıyanının başçılıq etdiyi zərbə qrupunu göndərib. Cənubi Koreyanın “Renxap” informasiya agentliyinin məlumatlarına görə, Amerika gəmilərinin zərbə qrupu əvvəlcə Avstraliya sahillərinə getməyi planlaşdırsa da, hazırda Sinqapurdan Koreya yarımadasına doğru hərəkət edir. Zərbə qrupunda “Carl Vinson” təyyarədaşıyandan başqa, iki esmines və idarə olunan raketlərlə təchiz edilən bir kreyser daxildir. Kreyser ballistik raketləri zərərsizləşdirə bilən sistemlə də təchiz olunub.

Daha əvvəl NBC kanalının verdiyi xəbərə görə, ABŞ Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaratdığı nüvə təhdidi probleminin həlli üçün bir neçə variant təklif edib. Variantlar arasında Cənubi Koreya ərazisində Amerikanın nüvə raketlərinin yerləşdirilməsi, kiberhücumlar, həmçinin KXDR-in lideri Kim Çen Inın qətli var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın dövlət katibi Reks Tillerson isə bildirib ki, Şimali Koreyada rejim dəyişikliyi Vaşinqtonun əsas hədəfi deyil. O, ABŞ-ın Koreyada əsas məqsədinin nüvəsiz yarımada yaratmaqdan ibarət olduğunu bildirib.

ABŞ prezidenti Donald Trampın köməkçilərindən olan Sebastiyan Qorka Liviyanı üç hissəyə bölməyi təklif edib. Bu haqda İngiltərənin “The Guardian” nəşri yazıb.

Nəşrin yazdığına görə, Trampın köməkçisi salfetin üstündə çəkdiyi xəritə ilə Liviyanı Osmanlı dövründəki üç ayrı bölgənin sərhədləri üzərindən bölünməsini təklif edib. O, xəyali dövlətlərin sərhədlərini də göstərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Türkiyənin Adana vilayətindəki İncirlik hərbi hava bazasını tərk etməyə hazırlaşır. Bu haqda İsrail kəşfiyyatına (MOSSAD) yaxınlığı ilə tanınan “Debka” saytı bildirib.

Saytın yazdığına görə, ABŞ İncirlik əvəzinə Suriyanın şimalında qurulan 5 hərbi hava bazasına yerləşməyi planlaşdırır. Bazalardan ikisi Kamışlı, digərləri isə Rimeylan, Tabka və Kobanidə yeləşir. Bütün bazalar istifadə üçün hazır vəziyyətə gətirildikdikdən sonra ABŞ Suriyada əməliyyatları iki dəfə artıracaq.

Daha əvvəl yayılan məlumata görə, NATO missiyası çərçivəsində İncirlik bazasında yerləşdirilən Almaniyanın kəşfiyyat təyyarələrinin Cənubi Kipr və İordaniyadakı bazalara köçürülməsi planlaşdırılır.

Cənubi Osetiya Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendumun keçirilməsi üçün Moskva ilə müzakirələri davam etdirəcək. Bunu jurnalistlərə açıqlamasında qondarma Cənubi Osetiyanın yeni seçilən “prezidenti” Anatoli Bibilov söyləyib.

Qeyd edək ki, dünən qondarma respublikada prezident seçkisi keçirilib. Seçkinin ilkin nəticələrinə əsasən, Bibilov səslərin 57,98 faizini toplayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm