Nida Təhlil
Qarabağla bağlı Putinin 2018-ci il PLANI: Sarkisyanın dirənişi və varis oyunu
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan
2018-ci ildə postundan gedəcək. Onun yerinə isə hazırkı müdafiə
naziri Viqen Sarkisyan gələcək.
Publika.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti
yazıb.
Qəzet mənbələrə istinadən qeyd edir ki, müdafiə naziri postunda
Viqen Sarkisyanı Ermənistanın polis rəisi Vladimir Qasparyan əvəz
edəcək.
Bu, təsdiqlənməmiş məlumatlar olsa da, Erməniastanda, xüsusilə
Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən siyasi prosesər
fonunda diqqət çəkir.
Viqen Sarkisyan Serj Sarkisyanın varisi hesab olunur. Təsadüfi
deyil ki, parlament seçkilərində hakim Respublika partiyasının
namizədlər siyahısına məhz o, rəhbərlik edirdi. Aprel döyüşlərində
məğlubiyyətdən sonra Rusiyaya yaxın Seyran Ohanyanı istefaya
göndərdi, əvəzində Viqen Sarkisyanı gətirdi. Lakin bu təyinat
Rusiyanın adamı olan, “Qazprom”un əməkdaşı Karen Karapetyanın baş
nazir postuna gətirilməsindən sonra həyata keçirilmişdi. Sarkisyan
bununla Rusiyanın İrəvanda kadrlarını yerləşdirmək gedişinə qarşı
əks-həmlə etdi.
Viqen Sarkisyanın xarici siyasətə təsiri ehtimalı ilk dəfə fevralın
20-də gündəmə gəldi. 21-22 fevral tarixində Moskvaya səfər edən
xarici işlər naziri Edvard Nalbandyan fevralın 20-də Müdafiə
Nazirliyində ordu rəhbərliyi ilə görüşmüşdü. Bu, fevralın 25-də
erməni hərbi birləşmələrinin cəbhədə təxribat hücumuna hazırlığı
hesab olunurdu.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Lakin həm də Sarkisyanın varisinin xarici siyasətə təsirinin ilk
həmləsi idi.
Viqen Sarkisyanın xarici siyasət idarəsinə rəhbərlik edəcəyinə dair
informasiyalar Ermənistanda parlament seçkiləri ilə ABŞ Mərkəzi
Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” beyin
mərkəzinin məlumatı yada düşür.
“Moskva İrəvanda təsir dairəsini gücləndirmək üçün Sarkisyanın
aparatında müxtəlif gücləri ələ alır. İnformasiyalar var ki, xarici
işlər naziri Edvard Nalbandyan Rusiya ilə ailə əlaqələrinə
malikdir. Lakin Moskva üçün yeni müdafiə naziri Viqen Sarkisyan
əlverişli görünmür. Çünki o, Dağlıq Qarabağ məsələsində Ermənistan
siyasətini tətbiq edir və Kremlin Ermənistan daxilindəki hansısa
adamının danışıqlara rəhbərlik etməsinə imkan verməyi düşünmür”, -
deyə “Stratfor” yazırdı.
Hesab etmək olar ki: Sarkisyan Rusiya ilə qohumluq
əlaqələrinə malik olan Edvard Nalbanydanı göndərir, yerinə isə
“Qarabağ məsələsində Ermənistan siyasətini tətbiq edən” Viqen
Sarkisyanı gətirir; beləliklə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı planlarının qarşısını almaq gedişi edir.
Bu, İrəvanda Qarabağ üçün rus planının tətbiq olunacağı qorxusunun
qaldığını göstərir. Hansı ki, ruslar ilkin mərhələdə işğal
altındakı 5 rayonun qaytarılmasını, ardınca qaçqınların qayıdışını,
sonra iki rayonun qaytarılmasını nəzərdə tuturdular. Moskvanın əsas
istəyi isə rus ordusunu sülhməramlı adı altında Qarabağa
yeritməkdir. Ən son mərhələdə isə Qarabağın yekun statusu
müzakirəyə çıxarılır.
Sülhməramlıların Qarabağa yerləşdirilməsi əlverişli olmasa da, Bakı
münaqişənin “ölü nöqtə”dən tərpənməsi üçün bu planı müzakirə etməyə
hazırdır. Lakin Sarkisyan hakimiyyəti üçün bircə rayonun belə
qaytarılması siyasi iqtidarın əldən getməsi ilə nəticələnə
bilər.
Burada daha bir ehtimal ön plana çıxır: Ermənistan seçkidən sonra
de-yure olaraq, parlament üsul-idarəsinə keçdi, bu keçidin de-fakto
reallaşması isə 2018-ci ildə, Sarkisyanın səlahiyyət müddəti başa
çatandan sonra olacaq. Rusiya 2018-ci ildə baş nazir Karen
Karapetyanın timsalında İrəvanda hakimiyyəti tam olaraq ələ
keçirəndən sonra Qarabağ planının həyata keçirilməsinə start
verəcək. Sarkisyan da Viqeni xarici siyasət idarəsinin başına
gətirməklə, rusların gələcək həmlələrinə qarşı “barrikada”lar
qurur.
Asif Nərimanlı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"