Rusiyaya qarşı MÜHARİBƏ ANONSU, Suriyadan sonra QARABAĞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Rusiyaya qarşı MÜHARİBƏ ANONSU, Suriyadan sonra QARABAĞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İrəvan xarici işlər naziri Edvard Nalbandyanı hazırkı müdafiə naziri Viqen Sarkisyanla əvəz etməyi planlaşdırır. Rusiya prezidenti Vladimir Putin Suriyada yeni təxribatların hazırlandığı barədə xəbərdarlıq edib. G7 (“Böyük yeddilik”) ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiya və Suriya barəsində sanksiyalar haqqında qərar qəbul edilməyib. Lakin G7-yə daxil olan bütün ölkələr Suriya prezidenti Bəşər Əsədin ölkənin gələcəyinin bir hissəsi olmasının mümkün olmadığı fikrində razılaşıblar. Türkiyə Bəşər Əsəd rejiminin əlində hələ də kimyəvi silahların olduğunu açıqlayıb. Koreya yarımadası ətrafında vəziyyət gərginləşir.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 2018-ci ildə postundan gedəcək. Onun yerinə isə hazırkı müdafiə naziri Viqen Sarkisyan gələcək. Bu barədə “Jamanak” qəzeti yazıb.

Qəzet mənbələrə istinadən qeyd edir ki, müdafiə naziri postunda Viqen Sarkisyanı Ermənistanın polis rəisi Vladimir Qasparyan əvəz edəcək. Bu, təsdiqlənməmiş məlumatlar olsa da, Erməniastanda, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən siyasi prosesər fonunda diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Donald Tramp müharibəni rəsmi səviyyəyə çıxararaq, Suriyada Obama tərəfindən başlanmış siyasəti davam etdirir”. Bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, hazırda Vaşinqton Suriya üzərindən Rusiyaya tələblərini diktə etməyə çalışır: “Suriyada təyyarə bazasının vurulması Moskvanın reaksiyasının yoxlanılması testi idi”.

Q.Trofimçuk hesab edir ki, Amerika müxtəlif vasitələrlə regionda öz təsirini genişləndirəcək.

“Vaşinqton Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da öz yanaşmasını təqdim edəcək və bu yanaşma əvvəlkindən daha kəskin olacaq. ABŞ Rusiyanı Qarabağ münaqişəsinin nizama salınmasından uzaqlaşdırmağa çalışacaq. Xüsusilə Vaşinqton Suriya məsələsində öz mövqeyini irəli çəkməyi bacaracaqsa, Qarabağ üzərində də Rusiyanın mövqelərinə hücum edəcək. Ümumiyyətlə, Suriyada çox şey aşkar olacaq. Biz Rusiyanın ya bütün istiqamətlər üzrə zəifləməsini, ya da möhkəmlənməsini görəcəyik”, - deyə rusiyalı politoloq qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Suriyada yeni təxribatlar hazırlanır. Hədəf Suriya hakimiyyətini kimyəvi silahdan istifadədə ittiham etməkdir”.

Rusiya prezidenti Vladimir Putin bunu italiyalı həmkarı Sergio Mattarella ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Bizdə müxtəlif mənbələrdən informasiya var ki, belə təxribatlar hazırlanır. Suriyanın başqa regionlarında, həmçinin Dəməşqin cənub şəhərətrafında hansısa bir maddəni atmağa və Suriyanın rəsmi hakimiyyətini ittiham etməyə hazırlaşırlar”, - Putin deyib.

Kreml lideri hesab edir ki, ABŞ-ın Suriyaya raket zərbələri ətrafında yaranan vəziyyət 2003-cü ildə İraqa hücumu xatırladır:

“Bu, 2003-cü il hadisələrini xatırladır. ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı nümayəndələri İraqda guya kimyəvi silahın tapıldığını göstərirdilər. Bundan sonra İraqda hərbi kampaniya başlandı. Ölkənin dağıdılması terror təhlükəsinin artması və İŞİD-in yaranması ilə nəticələndi”.

Rusiya prezidentinin fikrincə, Avropa ölkələri ABŞ-ın Suriyaya zərbələrini dəstəkləyərək Donald Tramp administrasiyası ilə münasibətləri qaydaya salmağa çalışır.

"Bəşər Əsəd rejiminin əlində hələ də kimyəvi silahlar var". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Əlimizdəki dəlillər Suriya rəhbərliyinin hələ də kimyəvi silah arsenalına sahib olduğunu göstərir. Əsədsiz Suriya üçün Rusiya razı salınmalıdır”, - o, Suriya mövzusu üzrə G7 (“Böyük yeddilik”) zirvəsindən sonra danışıb.

G7 (“Böyük yeddilik”) ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiya və Suriya barəsində sanksiyalar haqqında qərar qəbul edilməyib. Bu haqda Fransanın xarici işlər naziri Jan-Mark Eyro bildirib.

Eyni zamanda nazir qeyd edib ki, G7-yə daxil olan bütün ölkələr Suriya prezidenti Bəşər Əsədin ölkənin gələcəyinin bir hissəsi olmasının mümkün olmadığı fikrində razılaşıblar. Öz növbəsində, “Blomberg” agentliyi xəbər verib ki, Moskvaya qarşı sanksiyaların genişləndirilməsi haqqında məsələ ümumiyyətlə müzakirə edilməyib.

Daha əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib ki, G7-nin İtaliyada keçirilən sammitində Rusiya barəsində sanksiyaların sərtləşdirilməsini tələb etmək niyyətindədir.

“Əsəd ailəsinin iqtidarı sona yaxınlaşır”. Bu barədə ABŞ Dövlət katibi Reks Tillerson “G7” sammitindən sonra verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, ABŞ-ın Suriya və İraqda əsas hədəfi İŞİD-lə mübarizədir.

“Əsədin kimyəvi silahlarının İŞİD və ya digərlərinin əlinə keçməsinə icazə verməyəcəyik. Moskvanın Əsəd, İran və Hizbullahla qurduğu ittifaq Rusiyanın maraqlarına xidmət etmir. Rusiya Suriyanın kimyəvi silahlarının məhv edilməsi ilə bağlı verdiyi sözə əməl etmədi”, - deyə o bildirib.

İtaliyada G7 (“Böyük yeddilik”) ölkələrinin xarici işlər nazirlərinin sammitində iştirak edən ABŞ-ın dövlət katibi Reks Tillerson 11-12 aprel tarixlərində Moskvada səfərdə olacaq. Britaniyanın “The Telergraph” nəşrinin informasiyasına əsasən, Qərb diplomatiyası Bəşər Əsədə dəstəkdən imtinaya əvəz olaraq Rusiyanı G7-yə qaytara bilər. Tillersonun da Moskvaya bu təkliflə getdiyi iddia olunur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bir neçə gün ərzində dünyada Rusiyanın ətrafında vəziyyət 180 dərəcədə dəyişdi. Vəziyyəti dəyişdirən hadisə isə aprelin 4-də Suriyanın İdlib vilayətində həyata keçirilən kimyəvi silah hücumu oldu.

Gazeta.ru yazır ki, Rusiyaya növbəti “kürəyə bıçağı” Türkiyə sancmağa hazırlaşır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD terror qruplaşmasının başçıları Rusiyada terror aktları hazırlayırlar. Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, Milli terrorçuluğa qarşı komitənin (NAK) sədri Aleksandr Bortnikov qurumun iclasında deyib.

“Hazırda bu barədə xeyli operativ informasiya var. İŞİD liderləri dünyanın müxtəlif regionlarında, həmçinin Rusiyada terror hücumlarını həyata keçirməyə hazırlaşırlar”, - Bortnikov bildirib.

Onun sözlərinə görə, Rusiya, Böyük Britaniya, İsveç və Misirdə son həftələrdə törədilən terror aktları buna nümunədir.

Suriyada iki Rusiya hərbi qulluqçusu döyüşçülərin hücumu nəticəsində həlak olub. Rusiya Müdafiə Nazirliyi daha bir rus hərbçisinin ağır yaralandığını açıqlayıb. Məlumata görə, hərbi qulluqçular Suriya qoşunlarının bölmələrindən birində olarkən minaatandan atəşə məruz qalıb. Ölən hərbçilər atıcılıq hazırlığı üzrə təlimatçılar idilər.

Koreya yarımadasına Amerika hərbi donanmasının zərbə qrupunun göndərilməsi ABŞ-ın təcavüzkar niyyətlərini göstərir. Bu haqda Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlik bildirir ki, Pxenyan Vaşinqtonun istənilən təxribatına cavab verməyə hazırdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm