Nida Təhlil
İki gün sonra Ermənistana vurulacaq zərbə: Bakıda hazırlanan SÜRPRİZ
Aprelin 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına (KTMT) üzv dövlətlərin rəhbərlərinin Bişkekdə
qeyri-formal görüşü keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti Dmitri
Peskov deyib.
Peskov həmçinin, Bişkekdə Avrasiya İqtisadi İttifaqının da
iclasının keçiriləcəyini açıqlayıb. Lakin Kremlin sözçüsü
toplantılarda konkret nələrin müzakirə ediləcəyi haqda məlumat
verməyib.
Avrasiya İqtisadi İttifaqında Belarus, Ermənistan, Qazaxıstan,
Qırğızıstan və Rusiya təmsil olunur. KTMT-də isə Belarus,
Ermənistan, Qazaxıstan və Qırğızıstanla yanaşı, Tacikistan da yer
alır.
Bişkek toplantısı KTMT-yə yeni sədrin seçilməsi baxımından
əhəmiyyətlidir. Təşkilatın keçmiş sədri Nikolay Boryuja
səlahiyyətlərini bu ilin 1 yanvar tarixində müavini Valeri
Semerikova həvalə etdi. Halbuki, KTMT-yə sədr ötən ilin oktyabr
ayında İrəvanda keçirilən toplantıda seçilməli idi. Əlifba sırasına
görə yeni sədr Ermənistandan olacaqdı. İrəvan üçün KTMT-yə baş
katibin erməni olması iki aspektdən önəmlidir.
1. KTMT-nin dəstəyini tam şəkildə almaq.
2. Qarabağda mümkün hərbi toqquşmalar zamanı ötən il baş verən
“aprel müharibəsi”ndə yaşanan təcrübənin təkrar olunmaması.
“Aprel müharibəsi”ndə İrəvan KTMT-nin dəstəyini gözləsə də,
ümidləri boşa çıxdı. Təşkilatın üzvü Qazaxıstan və Belarus açıq
şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi, Rusiya isə
neytrallıq nümayiş etdirdi.
İrəvan hesab edir ki, KTMT-yə erməni baş katibin seçilməsi şansını
həyata keçirərsə, bu, Qarabağ məsələsində təşkilatın ən az sözlə
dəstəyini təmin etməsinə kömək edər.
Birinci şans ötən ilin oktyabrında İrəvanda
keçirilən toplantıda yaranmışdı. Hətta Ermənistanın namizədləri də
hazır idi. Lakin Qazaxıstan prezidenti Nursultan Nazarbayev
xəstələndiyini əsas gətirərək, İrəvana gəlməkdən imtina etdi.
Təşkilata üzv dövlətlərin birinin rəhbərinin iştirak etməməsi, baş
katib seçkisinin təxirə salınması deməkdir və beləliklə,
ermənilərin ilk ümidləri boşa çıxdı.
İkinci şans ötən ilin dekabrında Sankt-Peterburqda
keçirilən toplantıda yarandı. Hansı ki, İrəvan rus torpaqlarında
arzusuna nail olacağına əmin idi. Bu dəfə isə Belarus prezidenti
Aleksandr Lukaşenko Ermənistanın arzusunu gözündə qoydu. Lukaşenko
ölkəsində dövlət çevrilişi təhlükəsinin olduğunu əsas gətirərək,
toplantıya qatılmadı.
Və nəhayət, İrəvan üçün üçüncü imkan yaranıb. Bişkekdə KTMT-yə yeni
baş katibin seçilməsi nəzərdə tutulur.
Rəsmi Bakı İrəvanın arzusunun hədəfini yaxşı anlayır, buna görə də
diplomatk manevrlərlə düşmən ölkənin məqsədinə nail olmasının
qarşısını alır. İrəvan isə artıq əmindir ki, birinci və ikinci
imkanların itirilməsinə dözdü və üçüncü dəfə hər şey istəyinə uyğun
olacaq. Lakin həqiqətənmi bu baş verəcək?
Bu sual fonunda Ermənistanın “lragir” saytının ötən həftə
yazdıqları yada düşür.
Aprelin 3-də Qazaxıstan prezidentinin Bakıya səfərini şərh edən
sayt İham Əliyevlə Nursultan Nazarbayevin Ermənistan üçün sürpriz
hazırladığını yazırdı: “KTMT-yə erməni baş katibin təyinatı ötən
ilin dekabrında keçirilən iclasda olacaqdı. Lakin Lukaşenko
gəlmədiyi üçün məsələ yenə təxirə düşdü. İndi gözlənilir ki, erməni
baş katib KTMT-nin apreldə keçiriləcək sammitində təyin oluna
bilər. Mümkündür ki, bu təyinatın olmaması üçün Əliyevlə
Nazarbayevin hansısa planı var”.
Rusiyalı ekspert Vadim Dubnov isə hesab edir ki, KTMT-yə erməni baş
katibin seçilməsini əslində Moskvanın özü istəmir.
“Belə deyilir ki, Lukaşenko erməni baş katibin seçilməməsi üçün
KTMT-nin Sankt-Peterburq iclasına bilərəkdən gəlməyib. Mən belə
düşünmürəm. Burada gözdən qaçan detal var. Belə ki, Moskva
Lukaşenkonun gəlməməsinə və erməni baş katibin seçilməməsinə görə
şad oldu. Və bundan istifadə etdi”, - deyə Dubnov qeyd edir.
Rusiyalı ekspertin fikirləri Moskvanın da erməni baş katibə qarşı
olduğunu göstərir.
Gözləniləndir ki, Ermənistan aprelin 14-də də arzusuna nail ola
bilməyəcək.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?