Bin Ladeni öldürən qrup dövlət başçısını qətlə yetirəcək - PLANIN İCRASI BAŞLANDI
Bizi izləyin

Nida Təhlil

Bin Ladeni öldürən qrup dövlət başçısını qətlə yetirəcək - PLANIN İCRASI BAŞLANDI

"Böyük müharibə və böyük qələbəyə “hazır ol!” çağırışı edilir”.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəsmi hakimiyyəti ölkədə olan xarici jurnalistlərə “böyük və vacib hadisə”yə hazır olması barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

Agentlik qeyd edir ki, Şimali Koreyada hazırda təxminən 200 xarici jurnalist var.

Şimali Koreya “böyük və vacib hadisə” barədə ətraflı məlumat vermir. Amma “Röyters” bildirir ki, bundan əvvəl hökümətin etdiyi analoji çağırışlar ölkə daxilində hansısa kiçik bir hadisə ilə bağlı olub.

“Bəli, bizə xəbərdarlıq etdilər, çox əhəmiyyətli vacib hadisə olacağını deyirlər. Bu Kim Çen Inın bəyanatı, dövlət bayramı, nüvə sınağı və ya raketin buraxılması ola bilər. Hərçənd həmkarlarımızla müzakirə edirik ki, Kim Çen Inın ABŞ donanmasının gəmilərinə hücüm əmri verməsi də mümkündür”, - hazırda Şimali Koreyada olan və məlum səbəblərdən ad və milliyyətini açıqlanmamasını xahiş edən jurnalist deyib.

O əlavə edib ki, insanlar burada artıq müharibəyə hazırdır:

“Həmçinin televiziyalar üzrə təbliğat gedir. Tramp hədələnir və imperialistin artıq yaxın olduğu bildirilir, böyük müharibə və böyük qələbəyə “hazır ol!” çağırışı edilir”.

Həmçinin KİV-in məlumatına görə, Koreya sahillərinə göndərilən ABŞ Hərbi Dəniz Qüvvələrinin qruplaşmasına ən azı “Ohayo” tipli bir raket daşıyıcısı qoşulub. Raket daşıyıcısının “Tomaqavk” tipli 154 raketlə təchiz edildiyi bildirilir.

Cənubi Koreya KİV-inin məlumatına görə, Şimali Koreyada müharibəqabağı vidalaşma başlanıb:

“Koreya Xalq Demokratik Respublikası sakinləri bir-biri, ev, doğma zavod, meşə, səma, çay, dəniz və dağlarla vidalaşırlar. Amma güc strukturlarının əməkdaşları ilə vidalaşmaq, vida sözlərində partiya və ölkə rəhbərliyini xatırlamaq qadağandır”.

Öz növbəsində istirahət günlərində xəbərlər yayıldı ki, Çin hökuməti Şimali Koreya sərhədinə 150 min nəfərlik hərbiçi toplayıb, sərhədə həkimlər yola düşür. Ancaq bu informasiyalar rəsmən nə təsdiq, nə də təkzib edilib.

Uzun illər Seulda yaşayan Rusiya şərqşünası, professor Andrey Lankov xəbərdarlıq edib ki, ABŞ Şimali Koreyanın obyektlərinə hərbi zərbə vurarsa, Pxenyanın cavab zərbəsi Seulun 25 milyon sakininin həyatına birbaşa təhlükə yarada bilər.

“Yeni Koreya müharibəsi bu halda qaçılmazdır”, - alim xəbərdarlıq edir.

“Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Pravda.ru-ya bildirib ki, hərbi-siyasi qarşıdurma riski çox güclüdür: “Dünya üçüncü dünya müharibəsinin həddindədir. Anlamaq əhəmiyyətlidir ki, Şimali Koreyaya qanadlı raketlərlə zərbə ilə onun bütün hərbi potensialını məhv etmək olmaz. Şimali Koreya quru hücum əməliyyatlarına başlaya bilər. Yəni Koreya yarımadasının ərazisində böyük quru müharibəsi başlaya bilər. Həmçinin nüvə silahı amilini nəzərə almaq lazımdır. Bundan başqa, Şimali Koreyanın xüsusi təyinatlı dəstəsi diversiyalar və terror aktlarının keçirilməsi üçün əla öyrədilib”.

Əlavə edək ki, dünya KİV-inin məlumatına görə, ABŞ-ın “Navy SEALS Team 6” elit dəstəsi KXDR-lə münasibətlərdə gərginliyin artması fonunda Koreya yarımadasına gəlib. İddiaya görə, ABŞ-ın xüsusi təyinatlı dəstəsi hazırda Şimali Koreya liderinin aradan qaldırılması üçün hərəkətləri yerinə yetirir. “The Sun” qəzeti isə xatırladır ki, bu dəstənin döyüşçüləri “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladeni məhv ediblər.

Daha əvvəl NBC kanalının verdiyi xəbərə görə, ABŞ Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaratdığı nüvə təhdidi probleminin həlli üçün bir neçə variant təklif edib. Variantlar arasında Cənubi Koreya ərazisində Amerikanın nüvə raketlərinin yerləşdirilməsi, kiberhücumlar, həmçinin KXDR-in lideri Kim Çen Inın qətli var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm