Dövlət başçısını ÖLDÜRƏCƏKLƏR, qlobal faciənin ASTANASINDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Dövlət başçısını ÖLDÜRƏCƏKLƏR, qlobal faciənin ASTANASINDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır. Koreya yarımadası ətrafında vəziyyət gərginləşməkdədir. Ekspertlər Şimali Koreya hərbi müdaxilə və nüvə silahının tətbiqi ehtimalını açıq şəkildə dilə gətirirlər. Şimali Koreyanın özü isə yeni nüvə sınağını həyata keçirməyə hazırlaşır. Cenevrə və Astanada keçirilən Suriya üzrə danışıqlar təxirə salına bilər. Rusiya baş nazirinin müavini ABŞ-ın yeni raketlərlə hədələyib.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdiriləcək.

Qəbul edilmiş qərara əsasən qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunacaq.

Təlimlər aprelin 21-dək davam edəcək.

Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçirir. Ermənilər bu gün saat 11:00-dən etibarən Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb.

Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən ağır artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir.

Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) hökuməti ölkədə müharibə vəziyyəti elan edib. Məlumata görə, paytaxt Pxenyanda mülkü əhalinin təxliyə edilməsi işi başladılıb. Şimali Koreya lideri Kim Çen İn paytaxt əhalisinin ən azı 25 faizinin təxliyə edilməsi əmrini verib.

Eyni zamanda, Şimali Koreya rəhbərliyi sürətli şəkildə müharibəyə hazırlıq işlərinə başlayıb, ordunun bütün bölmələri müharibəyə hazır vəziyyətə gətirilib. Həmçinin, ABŞ donanmasına məxsus hərbi gəmilər və Yaponiya dəniz donanması da Koreya yarımadasına yaxınlaşıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünya KİV-inin məlumatına görə, ABŞ-ın “Navy SEALS Team 6” elit dəstəsi KXDR-lə münasibətlərdə gərginliyin artması fonunda Koreya yarımadasına gəlib. İddiaya görə, ABŞ-ın xüsusi təyinatlı dəstəsi hazırda Şimali Koreya liderinin aradan qaldırılması üçün hərəkətləri yerinə yetirir. “The Sun” qəzeti isə xatırladır ki, bu dəstənin döyüşçüləri “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladeni məhv ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya Xalq Demokratik Respublikasının (KXDR) müasir qiymətlərdirmələrə görə, 10-dan 20-ə qədər nüvə yükünə malikdir. Ekspertlər qeyd edir ki, Cənubi Koreya və Yaponiyanın sıx məskunlaşmış rayonlarına nüvə zərbəsi qlobal miqyaslı faciə yaradacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya yeni nüvə sınağını həyata keçirməyə hazırlaşır. “The New York Times” nəşrinin yazdığına görə, amerikalı ekspertlərin sputnikdən apardıqları müşahidələr bu sınaqların Mantapson dağlıq əraizində həyata keçiriləcəyini deməyə əsas verir. Rəsmi Vaşinqton Şimali Koreyanın yeraltı raket sınaqlarını məhz bu ərazidə apardığını iddia edir.

Xəbərə görə, bu son 10 ildə Şimali koreyanın həyata keçirdiyi ən böyük sınaq olacaq.

Ekspertlərin fikrincə, rəsmi Pxenyan öz gücünü nümayiş etdirir, buna görə də yeni sınağın 15 aprel tarixində, Şimali Koreyanın qurucusu Kim İr Senin doğum günündə həyata keçiriləcəyi gözlənilir.

Rəsmi Pxenyan bu günə qədər 5 yeraltı atom silahının sınağını həyata keçirib.

“ABŞ Şimali Koreyaya genişmiqyaslı zərbələr endirəcəyi halda, bir neçə yüz qanadlı “Tomaqavk” raketi cəlb ediləcək. Amerika donanmasında bu raketlərlə təchiz edilmiş “Ohayo” sinfindən dörd sualtı qayıq var. Əgər onların hamısı cəlb edilərsə, onda Şimali Koreyaya 600 qanadlı raket buraxılacaq”. Bunu Koreya yarımadası ətrafındakı son vəziyyəti şərh edən Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Pravda.ru-ya müsahibəsində deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ hakimiyyəti Şimali Koreyanın nüvə proqramına qarşı çoxsəviyyəli strategiya hazırlayıb. “Röyters” bildirir ki, əks addımların siyahısı kifayət qədər genişdir və həmçinin güc metodlarını nəzərdə tutur. Ancaq ABŞ prezidenti ilk növbədə diplomatik və iqtisadi ölçülərə baxır.

Vaşinqton sanksiyaları BMT-nin yolu ilə tətbiq edilə bilər.

"Yaxın vaxtlarda Rusiya yeni raketlər istehsal edəcək. Bu raketlərlə ABŞ-ın müdafiə sistemini dəlik-deşik edərik”. Bunu Rusiyanın Baş nazirinin müavini Dmitri Roqozin bəyan edib.

Roqozin bildirib ki, hazırda Rusiyanın nüvə silahları keçmiş Sovet İttifaqına məxsus olmuş klassik raketlərdən ibarətdir:

“Bu raketləri biz “Voevoda”, Qərb isə “Satana” adlandırır. Hazırda biz yeni nəsil raketlərin hazırlanması istiqamətində fəal işlər görürük. Qərbin köhnə Sovet İttifaqı raketlərindən çox qorxmasına baxmayaraq, Rusiya ondan daha güclü və müasir raketlər hazırlayacaq. Hazırda Rusiya hökuməti bu istiqamətdə ciddi işlər həyata keçirir”.

ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələri İŞİD terror qruplaşmasının Deyr-ez-Zor əyalətindəki kimyəvi silah anbarını bombalayıb. Suriya ordusunun Baş qərargahından bildirilib ki, bombardman nəticəsində zəhərlənmədən yüzlərlə İŞİD döyüşçüsü və dinc sakin həlak olub.

Türkiyə və ABŞ-ın mövqeləri dəqiqləşənə kimi həm Cenevrə, həm də Astanada keçirilən Suriya üzrə danışıqlar təxirə salına bilər. Bunu Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsinin sədr müavini Vladimir Cabbarov bildirib.

“Suriya danışıqlarının uzanacağından əminəm, çünki Türkiyənin bu istiqamətdəki mövqeyi anlaşılmaz vəziyyətdədir”, - o deyib.

Senator bildirib ki, ABŞ-ın mövqeyi də dəqiqləşməlidir.

Amerika kəşfiyyatı Suriya hərbçiləri və kimya ekspertlərinin İdlibdə zarin qazının tətbiqi ilə kimyəvi silah hücumuna hazırlığını göstərən danışıqlarını yaxalayıb. Bu haqda CNN telekanalına ABŞ hökumətindəki mənbə bildirib. Bu məlumat kimyəvi hücumdan bir neçə saat sonra toplanmış kəşfiyyat informasiyalarının icmalı zamanı aşkar edilib. Telekanalın mənbəyi qeyd edib ki, Rusiya hərbçiləri və ya kəşfiyyatçıların bu hücum haqqında məlumatlı olduğuna dair heç bir informasiya əldə edilməyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın “Obozrevatel” nəşrinə Rusiya jurnalisti Leonid Radzixovski Suriyada kimya hücum haqqında qətnamə layihəsinin səsverməsini BMT-nin bütün mövcudluğu ərzində Rusiya üçün “ən biabırçı” adlandırıb.

“Rusiya həqiqətən tam siyasi təcrid vəziyyətindədir. Bu, eksperimental faktdır. Əgər Boliviya, həmçinin İran, Şimali Koreya və “Hizbullah” sizi dəstəkləyirsə, onda bu nə adlanır?” – Radzixovski bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fransa prezidenti Fransua Olland hesab edir ki, ABŞ-ın Şayrat bazasına zərbə endirməsindən sonra müharibənin bitməsi ilə bağlı unikal imkanlar yaranıb. O, jurnalistlərə açıqlamasında deyib ki, Rusiyanın mövqelərinin zəifləməsindən istifadə edilərək, Suriya müharibəsinə son qoyulmalıdır:

“ABŞ-ın Şayrat bazasına endirdiyi zərbələr Kremlin səssiz razılığı ilə baş tutdu. Putinin mövqeləri zəiflədi. Uzun müddət ərzində o düşünürdü ki, əlləri tam olaraq açılıb. Onun Türkiyə ilə razılaşması, İranla müttəfiqliyi var idi. Əsəd rejimi isə döyüşdə yeni mövqelər ələ keçirirdi. Artıq yeni imkanlar yaranıb. İdlibdəki kimyəvi hücumdan sonra Fransanın altı ildir dəyişməz qalan “Əsəd getməlidir” mövqeyi axır ki, eşidilmək şansı qazanıb. Biz bu sonsuz müharibəyə son qoya bilərik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm