Rusiyanın təsirindən uzaqlaşmaq üçün Azərbaycan... - Moskvaya BÖYÜK ZƏRBƏ
Bizi izləyin

Nida Təhlil

Rusiyanın təsirindən uzaqlaşmaq üçün Azərbaycan... - Moskvaya BÖYÜK ZƏRBƏ

Rus dili dünyada daha sürətlə öz mövqeyini itirir.

Son 20 il ərzində rus dili keçmiş müttəfiq respublikalarında təsirindən məhrum olaraq başqa dillərlə müqayisədə dünyada daha sürətlə öz mövqeyini itirir.

Publika.az xəbər verir ki, bu haqda “Financial Times” nəşrində Stiv Conson yazıb.

Milli sorğular və BMT-nin məlumatına görə, sözügedən tendensiya Qazaxıstanda daha çox gözə çarpır. Burada ötən ilin nəticələrinə görə, əhalinin yalnız 20,7 faizi rus dilində danışır. 1994-cü ildə isə bu rəqəm 33,7 faiz təşkil edirdi.

Eyni zamanda Estoniya və Latviyada rus dilini özünün əsas dili adlandıranların sayı 1994-cü ildən bu yana 10 faiz azalıb. Analoji mənzərə Ukraynada da müşahidə olunur.

Rusdilli sakinlərin sayı həmçinin Azərbaycan, Litva, Türkmənistan və Özbəkistanda azalıb. “Macro-Advisory” konsaltinq firmasının baş partnyoru Kris Uiferin fikrincə, bu ölkələr Rusiyanın mədəni və siyasi təsirindən uzaqlaşmaq üçün rus dilindən qurtulurlar.

Xatırladaq ki, aprelin 12-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən 2017-ci ilin sonuna kimi latın qrafiki ilə vahid Qazaxıstan əlifbası standartı hazırlanmalıdır. O, yeni əlifbanın öyrənilməsi üzrə mütəxəssislərin 2018-ci ildən işə başlaması və orta təhsil müəssisələri üçün yeni əlifba ilə dərsliklərin hazırlanması barədə də göstəriş verib. Prezident bildirib ki, 2025-ci ildə Qazaxıstan artıq sənədləşməni, dövri nəşrləri və dərslikləri latın əlifbası ilə çıxarmalıdır.

Rusiya Dilçilik İnstitunun rəhbəri, filologiya elmləri doktoru, professor Maksim Kronqauzun sözlərinə görə, yeni əlifbaya keçidin siyasi səbəbləri də var: "Bu, ölkənin siyasi seçimidir və sivilizasiyaya yaxınlaşması deməkdir. Latın qrafikalı əlifbaya keçid eyni zamanda, digər türk dillərinə və türkdilli xalqlara yaxınlaşmaq deməkdir”.

Bundan bir gün sonra Qırğızıstan parlamentinin iclasında "Ata Meken" partiyasının deputatı Kanıbek İmanaliyev bildirib ki, ölkəsi də latın qrafikalı əlifbaya keçir.

"Kiril əlifbası bizim mirasımızdır və təbii ki, biz yenə də ondan istifadə edəcəyik. Amma 2030-2040-cı illərə qədər demək olar ki, hamı latın qrafikalı əlifbaya keçəcək. Bu, dövrün tələbidir"- İmanaliyev əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm