Nida Təhlil
İranın İrəvanla birgə Bakıya qarşı XAİN PLANI: Putinlə Ərdoğanı hərəkətə gətirən ADDIM
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tiflisdə
gürcü həmkarı ilə görüşdə bəyan etdi ki, Fars körfəzi ilə Qara
dəniz arasında nəqliyyat dəhlizi yaratmaq niyyətindədirlər.
Publika.az xəbər verir ki, Tehranın bu ideyası Azərbaycan
tranzitinə alternativdir.
İranın Avropaya yükdaşıma üçün yeni nəqliyyat layihəsi hələ ötən il
gündəmə gəlmişdi. Tehran Azərbaycanı, Türkiyəni və Rusiyanı keçərək
Avropaya yüklərin çatdırılması layihəsinə alternativ olaraq
Ermənistanı seçir.
Təklif olunan marşrut belədir: Yüklər
Meqri-Vayos-Dzor-Erasx yolu ilə Gürcüstanın Poti limanına
gətirilir, orada Qara dənizin Boqarıstan limanlarına çatdırılır.
Daha sonra marşrut Yunanıstana və İtaliyaya qədər uzanır. Layihənin
potensial iştirakçılar tərəfindən dəstəkləndiyi haqda məlumatlar
var. Belə ki, Bolqarıstan artıq Varna və Burqas limanlarına İran
karvanının daxil olmasına razılıq verib. Hətta bolqarlar lazım
olacağı təqdirdə, ixtisaslaşmış terminallar da tikməyə hazırdır.
Bununla yanaşı, qarşıdakı dövrdə bu dəhlizə İraq və Suriyanın,
həmçinin, Hindistan və Omanın da qoşulması istisna edilmir.
İran mallarının Azərbaycan vasitəsilə Avropaya daşınması ideyası
əvvəldən mövcud olub. Tehran isə iddia edir ki, Ermənistan
üzərindən təklif olunan marşrut məsafəni 60 kilometr qısaldır və
daha ucuz başa gəlir.
Lakin burada siyasi səbəblər daha üstündür və Tehranın gətirdiyi
arqumentlər o qədər də inandırıcı görünmür.
Rusiya mühəndisləri ittifaqının birinci vitse-prezidenti İvan
Andrievskiy deyir ki, İranın Ermənistan və Gürcüstan marşrutunu
seçməsi Türkiyədən asılı olmamaq istəyindən irəli gəlir: “İran
Türkiyəni regionda özü üçün rəqib hesab edir”.
İranın bu addımı Azərbaycan və Türkiyə ilə yanaşı, həm də Rusiyaya
qarşıdır. Çünki Cavad Zərifin danışdığı dəhliz “Şimal-Cənub”
nəqliyyat dəhlizinə də alternativ hesab olunur.
“Şimal-Cənub” nəqliyyat dəhlizi Süveyş kanalı vasitəsilə dəniz
marşrutuna alternativdir. Məqsəd Hindistandan başlayaraq, Avropaya
qədər aparılan yüklərin daşınmasıdır. Marşrut üç variantda olacaq:
Şərq-Transxəzər və Qərb. Bununla bağlı Rusiya, Azərbaycan və İran
arasında müzakirələr aparılıb, müəyyən razılaşmalar da var.
Şərq marşrutu Qazaxıstan, Özbəkistan və Türkmənistan, Transxəzər
marşrutu Xəzər limanları, Qərb marşrutu isə Həştərxan-Mahaçqala
(Rusiya) – Samur – Astara (Azərbaycan) – Astara – Rəşt –
Qəzvindir.
Bu nəqliyyat dəhlizi ilə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin
daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı
vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcək,
daşınma müddəti 20 gün azalacaq.
İ.Andrievskiy hesab edir ki, İran bu dəhlizə alternativ layihə
irəli sürməklə Rusiyanın həm regionda, həm də Qara dənizdə
təsirlərini azalda bilər.
Gürcü ekspert Lidiya Qivarqizova isə qeyd edir ki, yeni marşrutla
İran Xəzərdə özünün çoxdankı rəqibi Rusiyanın mövqelərini
zəiflədəcək.
İ.Andrievskiy İranın layihəsinə Ukraynanın qoşulma ehtimalının
olduğunu da vurğulayıb: “Ukrayna Odessa limanı ilə bu layihəyə
qoşula bilər. Laki çox güman ki, Rusiya bunun reallaşmaması üçün
“Şimal-Cənub” dəhlizinin reallaşması prosesini
sürətləndirəcək”.
İranın bu layihəsinin həyata keçəcəyi inandırıcı görünmür. Ən
azından Rusiya öz vassalı olan Ermənistanın bu layihədə iştirakına
imkan verməyəcək. Bu isə Tehranı Rusiya-Azərbaycan-Türkiyə xəttinə
qoşulmasına məcbur edə bilər.
Lakin Tehranın burada Azərbaycana qarşı oyun oynadığı da diqqətdən
qaçmır. Ötən il Azərbaycanla İranın dəmir yollarını birləşdirməyə
imkan verəcək Astara çayı üzərində dəmir yolu körpüsünün təməli
qoyuldu. Bu layihələrin həyata keçirilməsi üçün Azərbaycan böyük
maliyyə vəsaiti xərcləyib. Bakının burada məqsədi beynəlxalq
tranzitin əsas aparıcı ölkəsi olmaq və eyni zmanda işğalçı
Ermənistanın blokadadan çıxmasının qarşısını almaqdır. Görünür,
İran işğalçı Ermənistana dəstəyini kəsmək niyyətində deyil. Burada
politoloq Elxan Şahinoğlunun cari ilin fevralında gündəmə gətirdiyi
bir məsələ də yada düşür.
Politoloq qeyd edirdi ki, İranın dövlət banklarından biri üçüncü
İran-Ermənistan elektrik xəttinin tikintisi üçün 84 milyon dollar
maliyyə vəsaiti ayırıb: “Bu xəttin tikintisini iki ilə tamamlamaq
planlaşdırılır. Ermənistanın pulu yoxdur, ona görə də
maliyyələşdirmə missiyasını Tehran öz üzərinə götürürüb. İranın
dövlət strurkturları Ermənistanın tamamən taqətdən düşməməsi üçün
işğalçıya dəstək verirlər, İrəvanı ayaqda tutmağa çalışırlar. Bəs
yaxşı Tehranın Ermənistana kredit ayırması üçün pulu varsa,
Rəşt-Astara dəmiryolunun tikintisi üçün niyə Azərbaycandan maliyyə
alır? Azərbaycan Beynəlxalq Bankı Rəşt-Astara dəmir yolunun
tikintisi üçün İrana 500 milyon dollar kredit ayırıb. Azərbaycan
İrana kredit ayırır, İran isə Ermənistana kredit verir”.
Asif
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...