Rusiyada CƏSƏD PROBLEMİ, sözü bitməyən SUPERGÜC… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Rusiyada CƏSƏD PROBLEMİ, sözü bitməyən SUPERGÜC… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov hər an aktiv döyüşlərə hazır olmaq barədə tapşırıqlar verib. Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub. Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşün vaxtı açıqlanıb. Suriya prezidenti Bəşər Əsəd Türkiyə və ABŞ əleyhinə ağır ittihamlar səsləndirib. ABŞ prezidenti Donald Tramp İranı “altılıq” ölkələri ilə 2015-ci ildə imzaladığı nüvə razılaşmasının ruhuna uyğun davranmamaqda ittiham edib. Keçmiş SSRİ-nin banisi Vladimir Leninin bədəninin basdırılması məsələsi yenidən Rusiyanın gündəmini zəbt edib.

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub. Diplomatik mənbələrdən verilən məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçirilə bilər. Başqa bir mənbə isə xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.

Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Ordusunun aprelin 16-də strat verdiyi hərbi təlimlər Ermənistanda ciddi qorxuya səbəb olub. Təlimlərdə 30 minlik şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-ə qədər müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları iştirak edib. Aprelin 16-dan başlayan təlimlər bu gün - 21 apreldə başa çatır.

Düşmən ölkəni ciddi qorxuya salan təlimlər haqda erməni ekspertlərin etirafları diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amerika Ermənistana müasir müdafiə sistemləri verib. Bu barədə “komandos” ləqəbi ilə tanınan erməni general Arkadi Ter-Tadevosyan deyib. Onun iddialarına görə, bu sistemlər 10 funksiyanı eyni vaxtda yerinə yetirir: “Gecə və gündüz işləyir, informasiya toplayır və digər vacib elementlərə sahibdir. Bu sistemi amerikalılar bizə verdi, biz də onu Dağlıq Qarabağda təmas xəttinə yerləşdirdik.

Erməni generalın iddiası həqiqətə uyğundursa, bu, ABŞ-ın ATƏT-in Minsk qrupunda vasitəçilik missiyasına zidd addımdır.

PKK terror təşkilatı Türkiyənin Şırnak vilayətinin Uludərə mahalında Şenyuva baza bölgəsinə hücum edib. Hücum nəticəsində 2 əsgər şəhid olub, 2-si yaralanıb. Hücumdan sonra bölgədə genişmiqyaslı əməliyyat başlanıb. Əməliyyattın gedişatında hücumda iştirak edən 6 terrorçu öldürülüb.

Türkiyə Silahlı Qüvvələri son bir həftə ərzində keçirdiyi əməliyyatlarda 45 terrorçunu zərərsizləşdirib. Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, əməliyyatlarda 5 əsgər şəhid olub. Anti-terror əməliyyatları Şırnak, Hakkari, Diyarbəkr, Batman, Mardin və Bitlis vilayətlərində keçirilib.

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 3-də Soçidə görüşəcəklər. Bu haqda Kremlin sözçüsü Dmitri Peskov deyib. Peskov görüşdə əsas diqqətin Suriya böhranına ayrılacağını bildirib.

Ankara S-400 zenit-raket sistemlərinin alınması haqqında Moskva ilə danışıqların final mərhələsindədir. Bunu Türkiyənin müdafiə naziri Fikri İşık jurnalistlərə açıqlamasında deyib.

Daha əvvəl hərbi-sənaye kompleksi üzrə Rusiya prezidentinin köməkçisi Vladimir Kojin bildirib ki, Rusiya NATO-a üzvü olmasına baxmayaraq, Türkiyəyə S-400 zenit-raket sistemlərinin mümkün çatdırılması üçün maneələr görmür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğu barədə bəyanatı Suriya rejimini dəyişmək cəhdidir. Bunu Astanada Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.

“Hesab edirəm ki, bu çox ciddi vəziyyətdir. Görünür, kimyəvi silahın Suriya hökuməti tərəfindən tətbiq edildiyi barədə yalan informasiya 2254 saylı qətnamənin icrasından çəkilmək üçün istifadə olunur. Qətnamə Suriyadakı bütün tərəflərin iştirakı ilə siyasi tənzimləməni nəzərdə tutur", - o qeyd etdi.

Qeyd edək ki, KSQT Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib.

Sergey Lavrov Astanada ŞƏT-in xarici işlər nazirləri şurasının iclasında çıxışı zamanı ümid etdiyini bildirib ki, dövlət başçıları iyun ayında Astanada İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvü kimi qoşulması imkanı haqqında məsələyə baxa biləcəklər. BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvini xatırladan Lavrov qeyd edib ki, indi İranın ŞƏT-ə qoşulması üzvlük meyarlarına tamamilə uyğundur.

“Rusiya Təhlükəsizlik Şurası çətin ki, Vladimir Leninin bədəninin basdırılması haqqında Kommunist Partiyasının rəhbəri Gennadi Züqanovun məktubuna baxacaq”. Bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı, Dövlət Dumasının sabiq spikeri Sergey Narışkin deyib.

“Düşünürəm ki, diqqətlə düşünmək lazımdır. Cəmiyyətimizin bu və ya digər hissələrinin reaksiyasını qiymətləndirmək lazımdır”, - o qeyd edib.

Qeyd edək ki, dünən “Vahid Rusiya” və Liberal Demokrat Partiyasının nümayəndələri Rusiya Dövlət Dumasına keçmiş SSRİ-nin banisi Vladimir Leninin bədəninin basdırılması üçün hüquq mexanizmini nəzərdə tutan qanun layihəsini daxil ediblər. Ancaq daha sonra “Vahid Rusiya”dan olan deputatlar öz imzalarını bolşevik liderinin dəfni haqqında qanun layihəsinin altından geri çağırıblar.

Bundan sonra Gennadi Züqanov Leninin basdırılması haqqında qanun layihəsini Rusiyanın dövlət quruluşuna qarşı ən böyük təxribat adlandırıb.

Amma “Superjob” tədqiqat mərkəzinin keçirdiyi sorğu Rusiya vətəndaşlarının 81 faizinin Leninin bədəninin dəfn edilməsini dəstəklədiyini ortaya çıxarıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Xabarovsk diyarında Federal Təhlükəsizlik Xidmətinin (FTX) ofisinə silahlı hücum ediblər. Hücum nəticəsində üç nəfər ölüb. Onlardan biri hücum edən şəxs, FTX-nin əməkdaşı və MDB ölkələrdən birinin vətəndaşı olduğu deyilən mülki şəxsdir.

“Yerli vaxtla saat 17.02-da naməlum şəxs idarənin qəbul otağında olan insanlara atəş açmağa başlayıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin bir əməkdaşı və MDB ölkələrindən birinin vətəndaşı həlak olub, daha bir mülki şəxs yaralanıb. Hücum edən şəxs öldürülüb”, - FTX-nin məlumatında deyilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin prezident Vladimir Putinin varisi olması barədə xəbərləri şərh edib. Kremlin sözçüsü xəbərləri dedi-qodu adlandırıb.

“Sözsüz ki, burada araşdırma üçün heç bir predmet yoxdur. Həm də, prezident bu məsələyə kifayət qədər aydın reaksiya verdi. Burada çətin ki, müzakirələr və dedi-qodular üçün hansısa əsas ola bilər. Burada hər şey son dərəcə aydındır”, - Peskov deyib.

Daha əvvəl Rusiya prezidenti bildirib ki, yalnız xalq dövlət başçısının varisini seçə bilər.

“İran “altılıq” ölkələri ilə 2015-ci ildə imzaladığı nüvə razılaşmasının ruhuna uyğun davranmır. Davranmaq məcburiyyətindədir, amma bunu etmir”. Bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Qorxunc bir anlaşma idi, əsla imzalanmamalı idi. Mən bütün razılaşmaların tərəfdarıyam, amma bu, gördüyüm ən pis razılaşmadır. İran razılaşmanın ruhuna uyğun hərəkət etmir. Biz mövzunu çox diqqətlə analiz edirik və yaxın vaxtlarda bu mövzuda deyəcək sözlərimiz olacaq”, - ABŞ prezidenti bildirib.

Daha əvvəl isə ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranı nüvə statusundan məhrum etməyib: “Bu, onların nüvə dövləti olmaq məqsədini yalnız təxirə salıb”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“WikiLeaks” saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aid olan “Vault 7” məxfi sənədlər paketinin yeni hissəsini dərc edib. Məxfi sənədlərin yeni hissəsi “Ağlayan mələk” adlanır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya prezidenti Bəşər Əsəd Rusiyanın “RİA-Novosti” agentliyinə müsahibəsində Türkiyə və ABŞ əleyhinə ağır ittihamlar səsləndirib. Əsəd terrorçuların hərəkətləri ilə ölkə ərazisinə Türkiyə və ABŞ-ın müdaxiləsi arasında fərq görmədiyini bildirib.

Əsəd vurğulayıb ki, Türkiyə və Amerika hərbçiləri özləri ölkədən gedəndən, yaxud da çıxarılandan sonra Suriya ordusu terrorçuları məhv edəcək. Prezident həmçinin əminliyini ifadə edib ki, Vaşinqton ölkədə kukla rejimini qurmaq məqsədilə Suriya hökumətinin devirilməsi üçün mümkün olan hər şey edəcək.

“Onlar hər şeyi edəcəklər ki, hədəflərinə çatsın. Nə dəyər, nə də əxlaq var. Hər şey ola bilər”, - deyə Əsəd bildirib.

Suriya prezidentinin sözlərinə görə, İŞİD, “Ən-Nüsra” Cəbhəsi, Türkiyə, ABŞ, Britaniya, Fransa və Səudiyyə Ərəbistanı Suriyada “bir xor” kimi hərəkət edirlər. O, həmçinin Suriya terrorçularının kimyəvi silahı Türkiyədən aldığını iddia edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm