• USD 1,7000 0,00% EUR 1,9979 -0,34%
    • GBP 2,2247 +0,14% RUB 0,0231 -0,43%

Aprelin 28-dən sonra QARABAĞDA MÜHARİBƏ, 10 dəqiqə ƏRZİNDƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Aprelin 28-dən sonra QARABAĞDA MÜHARİBƏ, 10 dəqiqə ƏRZİNDƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında keçiriləcək Moskva görüşünün vaxtı açıqlandı. Rusiya ABŞ-da üzləşdiyi və içindən hələ də çıxa bilmədiyi problemlə bu dəfə Fransada qarşılaşıb. Moskva Kiyevdə “müharibə partiyası”nın qalib gəldiyi barədə xəbərdarlıq edib. Ukrayna tərəfi isə Donbasda hərbi texnikanın yerdəyişməsini müşahidə edib. Rusiya Şimali Koreya probleminin hərbi yolla həllinin regionda fəlakətə səbəb olacağını açıqlayıb. Türkiyə FETÖ-yə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri aprelin 28-də Moskvada görüşəcək. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

Üçtərəfli format təklifi Bakı tərəfindən səsləndirilib. İndiyə qədər Ermənistan bu təklifdən imtina etsə də, nəhayət, görüşə razılaşdığı haqda məlumat yayıldı. Erməni politoloq Stepan Qriqoryan deyir ki, İrəvan Moskvaya qarşı çıxmamaq üçün bu görüşə razılaşdı.

Ermənistan bazarlarında Azərbaycan almaları satışa çıxarılıb. Ermənistanın qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti İrəvan bazarlarında yoxlama keçirib. Yoxlamaq nəticəsində məlum olub ki, Azərbaycan məhsulu olan “DAD” almaları İrəvanın bazarlarında satışa çıxarılıb.

“Əgər Koreya Xalq Demokratik Respublikası Yaponiyaya tərəf nüvə raketi buraxarsa, çoxu üçün xilas olmaq praktik olaraq mümkün olmayacaq”. Bunu Rusiya KİV-nə müsahibəsində hərbi ekspert, Rusiya Raket-artilleriya Elmləri Akademiyasının müxbir üzvi Konstantin Siskov deyib.

Sivkovun sözlərinə görə, nüvə zərbəsinə hazırlaşmağa və sığınacaq tapmağa ölkənin bütün sakinləri üçün 10 dəqiqə açıq-aydın kifayət etməyəcək. Ekspert bildirir ki, xilas olmaq şanslarına yalnız küçədə olan, yaxud da binaların birinci və ikinci mərtəbələrində yaşayan insanlar malik olacaq.

Belçikanın Daxili İşlər Nazirliyi ölkəsində yaşayan əcnəbi terrorçuların sayını açıqlayıb. Nazirlik hazırda ölkədə 629 nəfər əcnəbi terrorçunun olduğunu bəyan edib.

Məlumatda deyilir ki, 629 terrorçudan 276-sı Suriyada gedən döyüşlərdə iştirak edib. Onlardan 149 nəfərinin potensial kamikadze olduğu bildirilir.

İŞİD digər terror qruplaşmaları ilə birləşmək haqqında danışıqlar aparır. Bunu Beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında çıxışında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.

“İŞİD-in başqa terror qruplaşmaları ilə mümkün birləşməsi üçün danışıqlar apardığı barədə məlumatlar yayılır”, - o deyib.

Bortnikov qeyd edib ki, qruplaşmalar cinayətkar fəaliyyətin davam etdirilməsi üçün kifayət qədər resurslara malikdir.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Saxalində İŞİD terror qruplaşmasının iki üzvünü ələ keçirib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, saxlanılanlar insanların kompakt olduğu yerdə səs-küylü terror aktı həyata keçirmək istəyiblər. Onlardan birinin Rusiya, digərinin isə Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı olduğu bildirilib.

Aprelin 25-də keçirilməsi gözlənilən yeni nüvə və ya ballistik raket sınağı reallaşmasa da, Koreya Xalq Demokratik Respublikası (KXDR) ordu tarixinin ən böyük təlimini keçirib. Təlimlərdə təxminən 300 artilleriya topu, sualtı gəmi və aviasiya iştirak edib. Təlimin əsas məqsədlərindən biri dəniz hədəflərinin məhv edilməsinə hazırlıq olub.

Təlimləri dövlət başçısı Kim Çen In şəxsən müşahidə edib. Şimali Koreya lideri təlimlərdən məmnun qaldığını gizlətməyib.

Şimali Koreya probleminin hərb yolla həlli regionda fəlakətə səbəb olacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. O, ABŞ-ın Cənubi Koreyada THAAD komplekslərini yerləşdirməsinin regionda qeyri-stabilliyə səbəb yaradan əsas amillərdən biri olduğunu bildirib.

Lavrov bu kompleksləri ABŞ-ın qlobal raketdən müdafiə sisteminin bir parçası olduğunu söyləyib.

Suriyanın hökumət aviasiyası tərəfindən istifadə edilən Şayrat aerodromuna ABŞ-ın zərbələri Rusiya hərbi qulluqçuları üçün təhlükə yaratdı. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildib.

Rusiya hərbi idarəsinin başçısı bununla əlaqədar olaraq Suriyada Rusiya qruplaşmasının təhlükəsizliyin təmin olunması üzrə əlavə ölçülərin qəbuluna ehtiyac olduğunu dilə gətirib.

Xatırladaq ki, aprelin 7-də ABŞ prezidenti Donad Trampın əmri ilə ölkənin Hərbi-Hava Qüvvələri İdlib vilayətində yerləşən Şayrat aviabazasına raket zərbələri endirib. Vaşinqton hücumun aprelin 4-də Xan-Şeyxun şəhərində həyata keçirilən kimyəvi silah hücumuna cavab olduğunu açıqlayıb.

ABŞ-ın verdiyi məlumata görə, Rusiya hərbçiləri hücumdan əvvəl məlumatlandırılıb.

Rusiya ABŞ-da üzləşdiyi və içindən hələ də çıxa bilmədiyi problemlə bu dəfə Fransada qarşılaşıb. Söhbət seçki prosesinə müdaxilə məqsədilə həyata keçirilən kiberhücumlardan gedir.

Yaponiyanın “Trend Mikro” şirkətinin yaydığı informasiyaya görə, rus hakerləri “İrəli!” hərəkatından prezidentliyə namizədi, keçmiş iqtisadiyyat naziri Emmanuel Makronun tərəfdarlarının serverlərini açmağa cəhd göstərib.

“Trend Micro”nun 40 səhifəlik məruzəsində hakerlərin kompüter sistemlərinə girmək cəhdlərindən bəhs edir. Hakerlərin “Fancy Bears” qrupuna bağlı olduğu təxmin edilir. İddiaya görə, “Fancy Bears” qrupu 2016-cı ildə ABŞ prezidentliyə namizəd Hillari Klintonun tərəfdarlarının poçt hesablarını açıb.

Rusiyanın Fransadakı seçki prosesinə müdaxilə barədə iddialar yeni deyil. Hələ bu ilin fevralında Emanuel Makronun komandası Rusiyanı seçki prosesinə müdaxilədə ittiham edib.

Beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Kiyevdə “müharibə partiyası” qalib gəlir.

“Təəssüf ki, Kiyevdə müharibə partiyası qalib gəlir. Təmas xəttində silahlı təxribatlar davam edir. Bunu ATƏT-in xüsusi monitorinq missiyasının məruzələri də göstərir. Donbasa qarşı blokada rejimi tətbiq edilib. Bu, yalnız regiona deyil, bütövlükdə Ukraynaya zərər vuracaq”, - Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib.

Lavrov bildirib ki, Kiyevin Minsk razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün “Normandiya formatı”nın (Rusiya, Ukrayna, Almaniya və Fransa daxildir –red.) israrlı davranışına ümid edir.

“Donetsk Xalq Respublikası” (“DNR") terrorçuları tərəfindən işğal edilmiş Debaltsevo şəhərində son həftə boyunca Donetsk istiqamətində hərbi texnikanın yerdəyişməsi müşahidə olunur.

Bu haqda hərbi ekspert, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb. Ekspertin məlumatına görə, hərbi texnika şəhər vasitəsilə həm gündüz, həm də gecə böyük kolonlar şəklində hərəkət edir.

“Məsələn, kolonlarından birinin tərkibinə təxminən 20 avtomobil və ZU-23-2 zenit sistemləri, həmçinin Rusiya nümunəli kamuflyaj formasında təxminən 200 hərbi qulluqçu var idi”, - ekspert yazıb.

Onun sözlərinə görə, yüngül piyada qoşun tipi üzrə yeni mobil qrupların formalaşması üçün Donetskə daha əvvəl BTR-82A markalı yeni zirehli transportyorlar və BMP-97 tipli maşınlar göndərilib.

"Rusiya prezidenti Vladimir Putinin Suriya lideri Bəşər Əsəd haqqında mövqeyi ardıcıldır və yaxşı məlumdur". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Əsədlə bağlı mövqeyində dəyişiklik olduğunu bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına cavab olaraq deyib.

Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı skandal qərarına sərt reaksiya verib. Nazir qərarı tanımadıqlarını bildirib.

“Əlaqələrimizi yenidən gözdən keçirəcəyik. Bizi buna məcbur etdilər. Türkiyəyə cəza vermək istəyirlərsə, bunun əks effekti olar”, - Çavuşoğlu deyib.

Qeyd edək ki, AŞPA-nın Strasburqda keçirilən yaz sessiyasının dünən keçirilən plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi qəbul edilib. Hesabat Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilər tərəfindən hazırlanıb. Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasını nəzərdə tutur.

Türkiyənin 81 vilayətində Fətullahçı Terror Təşkilatına (FETÖ) əməliyyat keçirilib. Bütün vilayətlərdə eyni vaxtda başlayan əməliyyata 8 min 500 polis qatılıb. Təhlükəsizlik Təşkilatının strukturlarında çalışan 4900 FETÖ üzvünün saxlanılması barədə qərar çıxarılıb. Son məlumatlara görə, 72 vilayətdə 1120 nəfər saxlanılıb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR