• USD 1,7000 0,00% EUR 1,9979 -0,34%
    • GBP 2,2247 +0,14% RUB 0,0231 -0,43%

Ermənistan Moskvada küncə sıxışdırılıb: “Şərtdən imtina et” - Qapalı Qarabağ GÖRÜŞÜ

Ermənistan Moskvada küncə sıxışdırılıb: “Şərtdən imtina et” - Qapalı Qarabağ GÖRÜŞÜ

“Moskva görüşündə Ermənistan ilkin şərt kimi irəli sürdüyü atəşkəsə nəzarət mexanizmdən imtina etməyə məcbur edilir”.

Publika.az
xəbər verir ki, bu barədə erməni ekspert Aykazn Qaqriyan hazırda Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü haqda deyib.

Onun sözlərinə görə, Moskva görüşü Ermənistan üçün faciəli nəticələrə səbəb olacaq.

“Atəşkəsə nəzarət mexanizmini Rusiya da istəmir. Məsələ ondadır ki, Moskva əvvəl bu məsələnin üzərinə o qədər də getmirdi. Lakin indi məsələ fərqlidir. Türkiyə-Amerika yaxınlaşması Rusiyanı Azərbaycana yaxınlaşmağa məcbur edir. Buna görə də Ermənistanı üçtərəfli görüşə məcbur etdi, görüş ərəfəsində isə silahın növbəti partiyasını Bakıya çatdırdı”, - deyə o bildirib.

Erməni ekspert hazırda Moskvada İrəvanın küncə sıxışdırıldığını da vurğulayıb.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR