Ankara və Bakının hücumu: İlk uzaq mənzilli raketin HƏDƏFİ və düşmənin Qarabağ QORXUSU
Bizi izləyin

Nida Təhlil

Ankara və Bakının hücumu: İlk uzaq mənzilli raketin HƏDƏFİ və düşmənin Qarabağ QORXUSU

Türkiyənin ilk uzaq mənzilli raketini sınaqdan keçirməsi İrəvanın qorxularını artırıb.

Mayın 11-də Türkiyə ilk dəfə uzaq mənzilli raketini sınaqdan keçirdi. Bu sınağın mayın 1-dən 5-dək Türkiyə ordusu ilə Azərbaycan ordusunun keçirdiyi birgə hərbi təlimlərdən sonraya təsadüf etməsi diqqət çəkdi. Daha əvvəl isə, 16-21 aprel tarixlərində Azərbaycan Ordusu 30 minlik şəxsi heyətin qatıldığı genişmiqyaslı təlimlər keçirmişdi. Azərbaycan Ordusunun təklikdə, daha sonra Türk Ordusu ilə birlikdə keçirdiyi təlimlər Ermənistanda ciddi təşvişə səbəb oldu. Lakin bu təlimlərdən sonra Türkiyənin ilk uzaq mənzilli raketini sınaqdan keçirməsi İrəvanın qorxularını artırıb.

Publika.az xəbər verir ki, Ermənistanın siyasi rəhbərliyi bütün bunların təsadüf olmadığını düşünür.

“Armeninareport” saytı İrəvanın siyasi kulislərində və Ermənistanın hərbi rəhbərliyində ciddi narahatlığın yarandığını yazıb.

Sayt iddia edir ki, Azərbaycan və Türkiyənin regionda birgə hərəkət etməsi Dağlıq Qarabağ münaqişəsi ətrafında Ermənistanın arzulamadığı vəziyyətin yaranmasına işarədir: “Bakı Ankaranın dəstəyi ilə əlini gücləndirir və bu ona imkan verir ki, danışıqlar masasında İrəvanın biləyini büksün. Həmçinin, perspektivdə Bakı əraziləri hərbi yolla azad etmək imkanını gücləndirir. Ermənistanın Müdafiə və Xarici İşlər nazirlikləri isə sadəcə susur. Həmçinin, üzvü olduğumuz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da regionda baş verənləri görməzdən gəlir. Və bizi aldadırlar ki, heç bir təhlükə yoxdur. Halbuki, Azərbaycan və Türkiyə orduları təlimlərdə “şərti rəqibə” qarşı döyüşürdülər. Bu şərti rəqib isə ilk növbədə Ermənistandır”.

Sayt Ermənistan hakimiyyətini Kremlin əlaltısı olmaqda ittiham edir.

“Ermənistan oğruların və qorxaqların işğalı altındadır. Bunu görən əhali ölkəni kütləvi sürətdə tərk edir. Erməni xalqının daxildəki əsas düşməni məhz bu hakimiyyətdir”, - deyə sayt qeyd edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm