Nida Təhlil
Erməni ordusunun montaj əməliyyatı: Vurulan mülki obyektdir! – TƏHLİL
Durmadan artan itkilər, əsgərlərin bir-birlərini güllələməsi, təxribat əməliyyatlarının uğursuzluğu, ordu daxilindəki xaos, Azərbaycan ordusunun düşmənə məxsus zenit-raket kompleksini, digər texnika və hərbi obyektləri məhv etməsi Ermənistan ordusunu iflic vəziyyətə salıb.
Düşmən ölkə daxildə saxtalaşdırdığı iki seçki nəticəsində onsuz
da gərgin olan sosial-ictimai vəziyyətin partlayış həddinə
çatmaması üçün cəbhədə növbəti təxribat əməliyyatları keçirməyə
cəhd edir. O cümlədən də, informasiya təxribatları. Bu gün
yaydıqları videogörüntülər kimi.
Gəlin, həmin videoları diqqətlə təhlil edək.
Əvvəla, döyüş mövqelərinə yaxın ərazidə havadan müdafiə
sistemlərinin, rabitə və hərbi nəqliyyat vasitələrinin
yerləşdirilməsi mümkün deyil. Bu, kadrlarda açıq sezilir. Belə ki,
ilkin olaraq video görüntünün birinci saniyəsində (şəkil 1) düşmən
mövqelərindən atılan mərmilər 07-13 saniyəsində yaşayış
məntəqəsinin yuxarı istiqamətində partlayır (şəkil 2).
Düşmən görüntülərdə dərhal diqqəti yayındırmaq üçün "atəş
nöqtələrinə" zərbə vurulduğunu bildirir. Halbuki, həmin istiqamətdə
mülki əhalinin yaşayış məntəqəsi yerləşir. Ona görə də, videonun
2-ci, 3-cü saniyələrində atəşdən sonra mülki geyimli şəxslərin
ərazidən uzaqlaşması görünür. Məntəqəni ətrafında peyin tayası da
oranın yaşayış obyekti olmasını təsdiqləyir. Ərazi vurularkən,
12-ci saniyədə yenə də atəşin icində qaçan mülki sakin (şəkil 3)
görürük.
Göründüyü kimi, düşmən yaşayış məntəqələrimizi “hərbi obyekt” kimi
təqdim edir. 25 və 26-cı saniyədə ərazinin bombalanması nəticəsində
nədənsə vurulmayan məntəqə (şəkil 4) 37-ci saniyədə vurulur (şəkil
5) və dərhal "partlayış" tüstü ilə əvəz edilir (şəkil 6).
Yaşayış məntəqəsini "Radioelektron vasitələrlə mübarizə və rabitə
idarəetmə qovşağı" kimi təqdim edən düşmən vurulan məntəqənin
fotosunu (foto videoya əlavədir) yayımlayarkən kabel yanğını və
daha böyük partlayışdan danışır. Halbuki, videoda geniş yanğının
olmadığı aşkar görünür (şəkil 5-dən 6-ya keçidi, 37-38-ci
saniyələri diqqətlə izlə).
Videonun bu hissəsini izləyərkən konkret nəticəyə gəlmək olar ki,
həmin ərazi düşmənin iddia etdiyi kimi "Radioelektron və rabitə
idarəetmə qovşağı" deyil. Yoxsa, həmin qurğulara sahib sistem daha
böyük yanğın çıxarar və ən azından yanğın uzun müddət çəkərdi.
Pilotsuz uçuş aparatı ilə yuxarıdan çəkilən montajlanmış görüntülər
də bunu təsdiq edir.
Düşmən daha sonra daxili auditoriyaya məhv edilmiş zenit-raket
komplekslərinin əvəzində, guya bölmələrimizə məxsus "OSA" ZRK-nın
vurulmasını göstərməyə cəhd edir. Yenə də eyni ssenari təkrarlanır.
Obyektin qarşısına düşən mərmi onu zədələmir (şəkil 8), daha sonra
həmin obyektin partladılması (şəkil 9) göstərilir. Ardınca daha
maraqlı bir hal müşahidə edirirk. "Maskalanmış texnika"nın
üzərindəki örtük yanmır (şəkil 10).
Təsəvvür edək ki, hansısa möcüzə nəticəsində yanmayan bu örtüyün
altında həqiqətən Zenit Raket Kompleksi var. Amma aşağıdakı foto
yuxarıda göstərilən kadrlarla tamamilə ziddir və video görüntülərin
təxribat məqsədilə hazırlanığını aşkar ortaya çıxarır. Bu "geniş
partlayış" görüntüləri videonun daxilinə foto kadr olaraq
yerləşdirilib, yəni sonradan hazırlanıb.
Yəni düşmən təxribat məqsədilə hazırladığı bu görüntülərlə özünü
ifşa edir. Faktik olaraq, yaşayış məntəqələrimizin vurulması və
mülki sakinlərin hədəfə alınması isə Azərbaycan ordusuna növbəti
cavab zərbələrini üçün əsas qazandırır. (azvision)
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?