Xəzər sahillərində “qaz müharibəsi”: Vaşinqton və Brüsseldə hazırlanan PLAN
Bizi izləyin

Nida Təhlil

Xəzər sahillərində “qaz müharibəsi”: Vaşinqton və Brüsseldə hazırlanan PLAN

İran və Türkmənistan arasında qaz mübahisəsi sərtləşir.

İran və Türkmənistan arasında qaz mübahisəsi sərtləşir. Tehran Aşqabadı məhkəmə ilə hədələyərək ondan təbii qazın qiyməti azaltmağı və çatdırmaları bərpa etməyi tələb edir.

Aşqabadın mövqeyi isə birmənalıdır. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib ki, İran əvvəlcə qaz borcunu ödəməlidir, yalnız bundan sonra əməkdaşlığın nüanslarını müzakirə etməyə hazırdır. Ekspertlər isə hesab edirlər ki, bununla Aşqabadın çoxsaylı problemləri sırasına daha biri əlavə olunur. Əgər Türkmənistan İranın şərtlərinin qəbul etməsə, onda Tehran ötən qışda türkmən tərəfinin qazın nəqlini azaltması iddiası ilə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək. Belə bir bəyanatla National Iranian Gas Company (NIGC)-nin icraçı direktoru Həmid Rza Araki çıxış edib.

Aşqabad 2017-ci ilin yanvarın 1-dən İranın şimal əyalətlərinə təbii qazın çatdırılmasını dayandırıb. IRNA agentliyinin yazdığına görə, Beynəlxalq Arbitraj Məhkəməsinə veriləcək sənədlər hazırlanıb və Aşqabad bu barədə xəbərdar edilib. İran Türkmənistana qarşı üç keys tərtib edib. Bunlar İrana çatdırılan qazın qiyməti, İran tərəfinə qış vaxtı çatdırılan qazın dayandırılması nəticəsində dəymiş ziyan və qazın keyfiyyəti ilə bağlıdır. Tehran məhkəmədə qalib gələcəyinə ümid edir. Rəsmi Aşqabad hələ ki, susur. Tək bəyanat ötən ilin yanvarında Türkmənistanın Xarici İşlər Nazirliyi tərəfindən verilib. Nazirlik izah edib ki, qazın çatdırılmasının dayandırılması NIGC-də yığılan borcla bağlıdır.

Xatırladaq ki, “Turkmənqaz” və NIGC arasında münaqişə türkmən tərəfinin İrandan 2 milyard dollar məbləğində borcun ödənilməsini tələb etməsindən sonra başlanıb. Borc 2007-2008-ci illərdə yaranıb. İran həmin vaxt şimal əyalətlərində qeydə alınan sərt soyuqlarla əlaqədar Türkmənistandan alınan qazın həcmini artırmağa məcbur olmuşdu. Lakin İrana çatdırılan əlavə qazın qiyməti müqavilədə göstərilən qiymətdən daha yüksək müəyyən edilib. Əgər müqavilə üzrə qazın bir kubmetri 40 dollara hesablanırdısa, həcmin artırılmasından sonra bu qiymət 360 dollara yüksəlmişdi. İran borcu etiraf edir, lakin Aşqabada bu məbləğdə borcun olduğunu qəbul emir. Bundan başqa, Tehran Aşqabadla barter üzrə hesablaşırdı: təbii qaz əvəzinə sənaye və energetika avadanlıqları, nəqliyyat vasitələri və kənd təsərrüfatı məhsulları verilirdi.

“SPT “PolitKontakt” qeyri-kommersiya təşkilatının icraçı direktoru Andrey Medvedev isə Rusiyanın “Nezavisimaya Gazeta” nəşrinə bildirib ki, qaz mübahisəsi üzrə materiallarının Beynəlxalq Arbitraj Məhkəməsinə verilməsi haqqında NIGC-nin icraçı direktorunun bəyanatında sensasiyalı heç nə yoxdur. Onun fikrincə, İran məhkəmənin qərarı üzrə çox da optimist olmalı deyil. Ekspert bunu Türkmənistanın xarici arbitraj qərarlarının tanınması üzrə Nyu-York konvensiyasının iştirakçısı olmaması ilə izah edir.

Mərkəzi Asiya və Yaxın Şərq üzrə ekspert Aleksandr Knyazev qeyd edib ki, əvvəllər Türkmənistandan İrana qaz nəqli mövcud vəziyyət nəzərə alınmadan həyata keçirilirdi.

“1997-ci ildəKopredje-Kurt-Kui magistral qaz kəməri açılanda “Qazprom” türkmən qazının əsas istehlakçısı idi. İllik hərraclarda qiymətdə prinsipal deyil, taktiki xarakter daşıyırdı. Qiymətlərin ümumi səviyyəsi Aşqabad və Moskvanı tamamilə qane edirdi. Çin istiqamətində ixracdan söhbət getmirdi. Türkmən tərəfini İran istiqamətində ixrac da qane edirdi. Sazişlər qaz əvəzinə İran məhsulunun barter çatdırmasını nəzərdə tuturdu”, - Aleksandr Knyazev deyib.

Ekspertin fikrincə, “Qazprom”un Türkmənistandan aldığı qazın həcmini kəskin aşağı salması və sonradan tamamilə dayandırması ilə vəziyyət prinsipial olaraq dəyişdi. O qeyd edir ki, eyni vaxtda Çinlə sazişlər imzalansa da, bu Aşqabada böyük xeyir gətirmədi. Belə ki, qaz pulu infrastrukturun yaradılması üçün Çindən alınan kreditlərin ödənilməsinə gedirdi. Hətta bu pul kreditlərin ödənilməsi üçün çatmır. Artıq iki ildir ki, müxtəlif məhkəmələrdə Çin kredit təşkilatlarına Türkmənistanın "Türkmənqaz” şirkətinin borcları ilə bağlı məhkəmə prosesləri davam edir. Müəyyən ölçüdə Özbəkistan və Qazaxıstanın mövqeyi də Türkmənistanın vəziyyətini çətinləşdirir. Bu ölkələrin hər ikisi Çinə təbii qaz ixrac etməyə başlayıblar.

“Ehtimal ki, Tehrandan borcun tələb edilməsi üzrə Aşqabadın inadlı arzusu bu vəziyyətlə izah olunur”, - Knyazev qeyd edib.

Ekspert həmçinin bildirir ki, İran türkmən qazından praktik olaraq asılı deyil və Tehran müqavilələrin şərtlərini dəyişdirmək istəməyəcək: “Bu, problemin bir tərəfidir. Başqa bir problem, Türkmənistan rəhbərliyinin məsələni həddən artıq siyasiləşdirməsindən ibarətdir. ABŞ və Avropa İttifaqının vədlərinə inanan Aşqabad İranın maraqlarına zidd olan layihələrə - Transxəzər qaz kəmərinə və TAPİ-yə (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) üstünlük verməyə başlayıb. Birincisi, yeri gəlmişkən, Rusiya ilə münaqişəli (RusiyaTransxəzər qaz kəməri layihəsinin reallaşmasına qarşı çıxır –red.) vəziyyət yaradır. Bu halda Aşqabad özünü real siyasət kateqoriyalarından kənar aparır. Anlamır ki, bu istiqamətlər üzrə qazın ixracı mifik puldan başqa, Türkmənistana regional ölkələr tərəfindən blokadaya qədər ciddi problemləri yaradacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm