Moskvadan cəhənnəm VƏDİ, havaya uçurulacaq PAYTAXT... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Moskvadan cəhənnəm VƏDİ, havaya uçurulacaq PAYTAXT... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Ermənistana daha bir zərbə vurub. Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağda müharibə ssenariləri haqda hesabatı Ermənistanda təşvişlə qarşılanıb. ABŞ prezidenti Donald Tramp ABŞ-ın Paris iqlim sazişindən çıxdığını elan edib. Şərqi Avropada NATO-Rusiya qarşıdurması ehtimalı güclənir. Moskva növbəti dəfə ABŞ-ı nüvə zərbəsi ilə hədələyib. Rusiya prezidenti Vladimir Putin isə Rusiya və ABŞ arasında olan münasibətlərin “soyuq müharibə” vaxtlarından ən aşağı nöqtədə olduğunu deyib. Rusiyanın maliyyə naziri ölkə büdcəsi ilə bağlı bədbin proqnoz səsləndirib.

Azərbaycan Ermənistana daha bir zərbə vurub. Mayın 10-13-də BMT yanında Ümumdünya Turizm Təşkilatının (ÜTT) Madriddə 105-ci iclası keçirilib.

İclasda Ermənistan qondarma “DQR”-i təşkilatın üzvü etmək istəyi ilə çıxış edib. Azərbaycan tərəfinin etirazlarından sonra ÜTT ermənilərin istəyini rədd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağda müharibə ssenariləri haqda hesabat hazırlayıb. Hesabatda diqqət çəkən məqam müharibənin başlayacağı təqdirdə Naxçıvandan Ermənistana ballistik raket zərbələrinin vurulmasıdır.

Qrupun hesabatı Ermənistan ictimaiyyətində qorxulara səbəb olub. Xüsusilə Naxçıvan faktoru müzakirə edilir.

Erməni siyasi şərhçi Naira Ayrumyan qeyd edir ki, Naxçıvanda Türkiyə hərbiçiləri var və müharibə olacağı halda bu bölgədən vurulacaq zərbələr Ermənistanın dövlət quruluşunun sonu ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Paris iqlim sazişindən çıxdığını elan edib. Ağ ev rəhbəri bunu mətbuat konfransında deyib.

"Biz Paris sazişindən çıxırıq. Lakin Amerika biznesi, işçiləri, insanları və vergi ödəyiciləri üçün ədalətli şərtlər əsasında yenidən ya Paris sazişinə, ya da tamamilə başqa bir sövdələşməyə daxil olmaq üzrə danışıqlara başlayırıq", - deyə ABŞ prezidenti söyləyib.

Tramp qeyd edib ki, Birləşmiş Ştatların bundan sonrakı fəaliyyəti onların "ədalətli sözləşmə" imzalaya bilib-bilməyəcəklərindən asılı olacaq.

Donald Trampın prezidentliyinin birinci həftələrində ABŞ administrasiyasının nümayəndələri Dövlət Departamentinin əməkdaşlarına Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların ləğvi üzrə planı hazırlamağı tapşırmışdılar. Bu haqda “Yahoo News” portalı mənbələrə istinadən bildirir.

Onların informasiyasına görə, Tramp administrasiyasının bu səyləri Dövlət Departamentinin bəzi məmurlarını təşvişə salıb və onlar dərhal Konqresdə müvafiq qanun layihəsinin qəbulu ideyasına qarşı çıxmağa başladılar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

NATO-nun Baltikyanı ölkələrində genişmiqyaslı hərbi təlimləri Moskvanın demarşına - Rusiyanın qərbində planlaşdırılan Rusiya-Belarus hərbi təlimlərinə cavabdır. Bunu “Ukrayna NATO-da” Ümumukrayna ictimai təşkilatının sədri, Ukraynanın Atlantika Şurasının sədri Yuri Romanyuk “Obozrevatel” nəşrinə deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti bu il uzun illər ərzində ilk dəfə Baltikyanı ölkələrlə sərhəddə və Belarus ərazisində genişmiqyaslı Rusiya-Belarus hərbi təlimlərini planlaşdırıb.

“Təlimlərin miqyası olduqca böyükdür. Əgər daha əvvəllər Rusiya Müdafiə Nazirliyi texnika, silahlar və şəxsi heyətin daşınması üçün 400 vaqon cəlb edirdisə, qarşıdakı təlimlərə 4000 mindən çox vaqon cəlb ediləcək. Cəlb ediləcək hərbi qulluqçuların ümumi miqdarı 100 mindən çoxdur", - Romanyuk vurğulayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya və ABŞ arasında olan münasibətlər “soyuq müharibə” vaxtlarından ən aşağı nöqtədədir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, vəziyyət nə Rusiya, nə də ABŞ biznesini qane edir. Putin qeyd edib ki, möhkəm ikitərəfli ticarət əlaqələri siyasi şəraitin tərəddüdlərindən sığortanı təmin edə bilər.

Kremlin başçısı Rusiyanın müxtəlif meydançalarda, istər BMT, istərsə də G20 səviyyəsində ABŞ-la dialoqu dəstəklədiyini bildirib.

“Ancaq qarşılıqlı əməkdaşlığın bünövrəsi dağıdılıb”, - dövlət başçısı vurğulayıb.

Putin əmin edib ki, Moskva ikitərəfli münasibətlərin normallaşması üzrə ABŞ prezidenti Donald Trampla dialoqu davam etdirəcək: “Ancaq bunun üçün Vaşinqtona siyasi iradə lazım olacaq”.

ABŞ biznesmenləri Rusiyaya Moskva-Vaşinqton siyasi dialoqunu bərpa etməyə yardım etməlidirlər. Bunu Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin söyləyib.

“Bizə normal siyasi dialoqu bərpa etməyə yardım edin. Mən sizdən Rusiya adından xahiş edirəm” – deyə o bildirib.

Rusiya büdcəsinin xərclərini yalnız iki ildən sonra artırmaq mümkün olacaq. Bu haqda Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

“Biz iki çətin ili - 2018-2019-cu illəri keçməli olacağıq. Yalnız 2020-ci il ərzində dövlət büdcəsinin xərclərini artıra biləcəyik”, - rusiyalı nazir Sankt-Peterburq beynəlxalq iqtisadi forumunun kuluarlarında deyib.

Siluanov güman edir ki, 2018-ci ildə neftin bir barelinin orta qiyməti 40 dollara qədər azalacaq.

Mayın 25-də Federal Təhlükəsizlik Xidmətinin (FTX) həyata keçirdiyi anti-terror əməliyyatının yeni detalları məlum olub. FTX metrostansiyalar və restoranlarda terror aktlarını hazırlayan İŞİD-in 18 döyüşçüsünü saxlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Əgər ABŞ və ya NATO qoşunları işğal edilmiş Donbas ərazisinə girərsə, Rusiya cavab olaraq nüvə silahından istifadə edə bilər”. Bunu Slovakiyanın paytaxtı Bratislavada keçirilən “GLOBSEC 2017” forumunda Rusiyanın Dövlət Dumasının deputatı Vyaçeslav Nikonov bildirib.

“NATO sərhədlərimizə yaxın ərazilərdə genişlənir. Hərbçilərimizin sözlərinə görə, əgər ABŞ və NATO gücləri Krımda və ya Ukraynanın şərqində ortaya çıxarsa, onda münaqişənin erkən mərhələsində Rusiya nüvə silahının tətbiqi olmadan müdafiəsiz olacaq”, - Nikonov deyib.

Xatırladaq ki, daha əvvəl də Rusiya dəfələrlə nüvə zərbəsi haqqında xəbərdarlıq edib.

Mən əminəm ki, Rusiya Dnestryanının statusu ilə bağlı danışıqlar masasına oturacaq. Bunu “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Moldova Prezidenti İqor Dodon söyləyib.

O, konfliktin həlli üçün ölkəsinin federasiyaya çevrilmə ehtimalının da olduğunu bildirib:

“Mən federativ sistemin tərəfdarıyam. Gəlin ada baxmayaq, onlara da parlamentdə yer verək. Biz Dnestryanının müstəqilliyini tanımayacağıq. Üstəlik, Dnestryanıdan ikinci Kalininqrad alınmayacaq. Onlar ya bizi, ya da Ukraynanı seçəcəklər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm