Nida Təhlil
Putin və Qərb İrəvanın arxasından çəkilir – Bakıdan Ermənistana sarsıdıcı ZƏRBƏ
"Qərbdə düşünürlər ki, Qarabağda müharibə olmayacaq, lakin reallıqda Azərbaycan ərazilərin azad olunması üçün güc yolunu əsas variant kimi saxlayır və ordunu bu istiqamətdə kökləyir”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi müharibənin
təhlükəsini anlamır: “Siyasi rəhbərlik ümidlərini Rusiyaya və
Moskvanın verdiyi silahlara bağlayıb. Bununla belə, orduda yüksək
rütbəli zabitlər arasında Rusiyanın müharibədə erməniləri satacağı
haqda müzakirələr gedir. Rusiya Azərbaycana silah satır, lakin
İrəvan buna baxmayaraq, rusların dediyi ilə oturub-durur. Buna görə
də beynəlxalq səhnədə də heç bir tərəfdaş tapa bilməmişik”.
Erməni politoloq qeyd edib ki, Ermənistan güclü şəkildə Rusiyadan
asılıdır.
“Buna görə də müharibədə Qərb, xüsusilə də NATO heç bir dəstək
verməyəcək. Qərbdə hesab edirlər ki, Rusiya Ermənistanın
müttəfiqidir, buna görə də lazımi dəstək verəcək. Lakin reallıqda
bu, belə deyil. Azərbaycan da bunu yaxşı anlayır və Ermənistana
vuracağı zərbəyə Moskvanın səs çıxarmayacağını bilir”, - deyə o
bildirib.
İ.Muradyan əlavə edib ki, müharibədə NATO Azərbaycana dəstək verə
bilər: “Çünki Bakı İrəvandan fərqli olaraq, NATO ilə sıx əməkdaşlıq
üçün qapısını daim açıq saxlayır. Bununla yanaşı, ən yaxın
müttəfiqi olan Türkiyə NATO üzvüdür, həmçinin, Şimal Alyansının
diqqət göstərdiyi Gürcüstanla sıx əlaqələri var. Bütün bunlar
Bakının İrəvan üzərindəki üstünlükləridir. əgər müharibə olacaqsa,
Ermənistan açıq şəkildə məğlub olacaq. Bunun səbəbi isə indiyə
qədər erməni rəhbərliyinin Rusiyaya bel bağlayaraq, Qərbdən üz
döndərməsidir”.
Erməni politoloq Qarabağda yaxın dövrlərdə ən azı lokal müharibənin
baş verəcəyini hesab edir.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!