Rusiyadan Qarabağ XƏBƏRDARLIĞI, 7 bəndlik PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Rusiyadan Qarabağ XƏBƏRDARLIĞI, 7 bəndlik PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ASİMDER rəhbəri Ermənistanın 8 min əfqan muzdlusunu 5 illik müqavilə ilə Qarabağa gətirdiyini deyib. Ekspertlər Qarabağda yeni müharibə haqqında xəbərdarlıq edirlər. Rusiya Ermənistandakı Erebuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək. Vladimir Putin ABŞ-ın bütün dünyada siyasi proseslərə müdaxilədə ittiham edib. Türkiyəyə gələn Almaniyanın xarici işlər naziri ölkəsinə əliboş qayıdır. Bu gün ərəb dünyasında diplomatik qalmaqal yarandı.

"Qərbdə düşünürlər ki, Qarabağda müharibə olmayacaq, lakin reallıqda Azərbaycan ərazilərin azad olunması üçün güc yolunu əsas variant kimi saxlayır və ordunu bu istiqamətdə kökləyir”. Bu barədə erməni politoloq İqor Muradyan deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi müharibənin təhlükəsini anlamır: “Siyasi rəhbərlik ümidlərini Rusiyaya və Moskvanın verdiyi silahlara bağlayıb. Bununla belə, orduda yüksək rütbəli zabitlər arasında Rusiyanın müharibədə erməniləri satacağı haqda müzakirələr gedir. Rusiya Azərbaycana silah satır, lakin İrəvan buna baxmayaraq, rusların dediyi ilə oturub-durur. Buna görə də beynəlxalq səhnədə də heç bir tərəfdaş tapa bilməmişik”.

Erməni politoloq qeyd edib ki, Ermənistan güclü şəkildə Rusiyadan asılıdır. İ.Muradyan əlavə edib ki, müharibədə NATO Azərbaycana dəstək verə bilər. Erməni politoloq Qarabağda yaxın dövrlərdə ən azı lokal müharibənin baş verəcəyini hesab edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda Dağlıq Qarabağda müharibənin yenilənəcəyi və Rusiyanın Azərbaycana kömək edəcəyi haqda müzakirələr başlayıb. Həmçinin, ABŞ-ın da öz planlarının olduğu deyilir. Ermənistan mediası açıq şəkildə anti-Rusiya yönümlü yazılarla çıxış edir və bütün məqalələrin əsas ana xətti Moskvanın ərazilərin Azərbaycana qaytarılması haqda İrəvana əmr verdiyi haqdadır.

Erməni Jurnalist Sarqis Artsruni yazır ki, Moskva Qarabağ məsələsində Azərbaycanla sövdələşir.

Erməni politoloq İqor Muradyan isə iddia edir ki, ABŞ Qarabağ münaqişəsinin həlli üçün layihənin hazırlanmasını analitik mərkəzlərə tapşırıb: “ABŞ-ın Ermənistandakı keçmiş səfiri Harri Qilmoromun layihəsi diqqət çəkir”.

H.Qilmoromun layihəsi müxtəlif punktlardan ibarətdir. Keçmiş səfir hesab edir ki, türk-erməni qarşıdurması mütləq başa çatmalıdır. Bununla Cənubi Qafqazdan Rusiyanı çıxarmaq şansı yarana bilər.

Layihədə aşağıdakılar təklif olunur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistan 8 min əfqan muzdlu əsgəri 5 illik müqavilə ilə Qarabağa gətirib”. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, əfqan muzdluları Qarabağda təmas xəttinə yerləşdirilib. G.Göksel qeyd edib ki, əfqan döyüşçülər İran vasitəsilə Ermənistana gətirilib. ASİMDER rəhbəri əlavə edib ki, Ermənistan əfqan döyüşçülərdən Türkiyəyə qarşı da istifadə edə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Mən çoxdan danışıram ki, Qarabağın üzərində buludlar qatılaşır və müharibə qaçılmazdır”. Bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer Beynəlxalq Böhran Qrupunun Qarabağda müharibənin başlayacağı haqda hesabatını şərh edərkən deyib.

Onun sözlərinə görə, itkilər təkcə təmas xəttində yox, Azərbaycan və Ermənistan sərhədində də olur.

“Danışıqlar prosesində hər-hansı irəliləyiş yoxdur, tərəflər faktiki olaraq müharibə hazırlığındadır. Rusiyada mənə deyirlər ki, Ukraynada müharibə başlayır, mən deyirəm ki, “Qarabağ indi partlayacaq”. Müharibə Rusiyaya sərf etməsə də, bu, mütləq baş verəcək”, -deyə o bildirib.

P.Felqenqauer Rusiyanın çıxılmaz vəziyyətdə qalacağını deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Ermənistandakı Erebuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək. Bu barədə “Voennoye obozreniye” nəşri yazıb. Bildirilir ki, Rusiyanın Kurskda yerləşən Qərb Hərbi Dairəsinin 14-cü alayına məxsus Xalino aerodromuna çoxtəyinatlı Su-30SM qırıcı təyyarələri gətiriləcək. Qəzet yazır ki, hazırda alayda olan MiQ-29 təyyarələrinin yeni təyyarələrlə əvəzlənməsi prosesi aparılır:

"Alayda 6 ədəd Su-30CM olmaqla, ümumilikdə 12 təyyarə olacaq. Alayın yeni texnika ilə təmin olunması nəticəsində çox da böyük yaşı olmayan MiQ-29-lar hansısa digər aviasiya polkuna göndəriləcək. Bu, ehtimal ki, Ermənistandakı Erebuni hərbi bazası olacaq”.

Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 130 vətəndaşının vətəndaşlıqdan çıxarılması ilə bağlı qərar verib. Siyahıya daxil edilən şəxslərə ölkəyə qayıtması üçün 3 ay vaxt verilib.

Əks halda Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən, Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkilləri Faysal Sarıyıldız və Tuğba Hezerin də aralarında olduğu 130 nəfər vətəndaşlıqdan çıxarılacaq.

Türkiyənin Baş naziri Binəli Yıldırım Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ilə nəzərdə tutulan görüşdən imtina edib. Türkiyə hökuməti görüşdən imtinanı Binəli Yıldırım iş qrafikinin sıx olması ilə əlaqələndirib.

Diplomat artıq Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb. Məlum olub ki, Ankara alman deputatların İncirlik təyyarə bazasına baş çəkməsinə hələ razı deyil. Qabriel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

“Röyters” agentliyinin yazdığına görə, Almaniya xarici işlər naziri bu, yaxud da gələn həftə İncirlikdən çıxacaqlarını bildirib.

Bu gün ərəb dünyasında diplomatik qalmaqal yarandı. Dörd dövlət - Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətərlə diplomatik münasibətləri kəsdiyini elan etdi. Onları Liviya, Yəmən və Maldin izlədi.

Ölkələr qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə, Yəməndə fəaliyyət göstərən İŞİD və “Əl-Qaidə” kimi terror təşkilatlarına, həmçinin İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.

Qətərlə region ölkələri arasında münaqişə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika sammitinin keçirilməsindən bir həftə sonra başlandı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın 35-ci prezidenti Con Kennedini Amerika xüsusi xidmət orqanlarının öldürməsi versiyası istisna edilməməlidir. Bunu NBC televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin söyləyib.

“Kennedini ABŞ xüsusi xidmət orqanlarının öldürməsi versiyası da var. Əgər bu versiya düzdürsə, o zaman bugünkü şəraitdə bütün texniki imkanlardan istifadə edib, hücumlar təşkil etmək və onu Rusiyanın etdiyi kimi göstərmək asan olardı”, – deyə o bildirib .

Vladimir Putin müsahibədə həmçinin ABŞ-ın bütün dünyada siyasi proseslərə müdaxilədə ittiham edib. “Mən heç kəsi incitmət istəmirəm, amma Birləşmiş Ştatlar bütün dünyada ölkələrin seçki kampaniyalarına fəal müdaxilə edir. Dünya xəritəsinin harasına əl uzatsan, hər yerdə sizə şikayət edəcəklər ki, Amerikanın rəsmi şəxsləri onların daxili siyasi proseslərinə qarışırlar”, - Putin bildirib.

Gələcəkdə dünyada vəziyyət elə də asan olmayacaq. Bunu Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev söyləyib.

“Biz güman edirik ki, gələcəkdə dünyada vəziyyət asan olmayacaq. Əksinə, biz gələcəkdə dünya təhlükəsizliyi, eləcə də regional təhlükəsizlik sahəsində bir sıra çətinliklərin yaranacağını görürük”, – deyə o bildirib.

Çin Koreya Xalq Demokratik Respublikası ətrafında vəziyyətin nizama salınması üzrə daha daha çox iş görməlidir. Bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson Sidneydə Avstraliyanın xarici işlər naziri Culi Bişopla görüşündə bildirib.

“Çin və digər regional partnyorlar təhlükəsizliklə bağlı vəziyyəti həll etməyə kömək etmək üçün səyləri aktivləşdirməlidir. Şimali Koreya yalnız region üçün deyil, bütün dünya üçün təhlükə təşkil edir”, - ABŞ-ın xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Daha əvvəl mənbələrə istinadən “The Asahi Shimbun” nəşri yazıb ki, Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla danışıqların gedişatında Şimali Koreyaya təzyiqin göstərilməsi üçün 100 gün möhlət istəyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm