• USD 1,7000 0,00% EUR 1,9020 -0,40%
    • GBP 2,1349 +0,18% RUB 0,0265 +0,38%

Mey Kameronun taleyini yaşayır: Fiasko və “Yumşaq Breksit”ə KEÇİD

Mey Kameronun taleyini yaşayır: Fiasko və “Yumşaq Breksit”ə KEÇİD

Böyük Britaniyada seçkilərin nəticələri Breksit üzrə danışıqları ikinci plana keçirə bilər.

Publikaa.z “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyada dünən keçirilən növbədənkənar parlament seçkilərininin nəticələrini şərh edən Rusiya Strateji Araşdırmalar İnstitutunun (RİSİ) baş elmi işçisi, siyasi elmlər namizədi Anna Vilobatıx bildirib.

Onun sözlərinə görə, xarici siyasətlə məşğul olmaq üçün əvvəlcə daxili məsələləri həll etmək lazım olacaq.

Qeyd edək ki, seçkilərin nəticəsi olaraq hakim Mühafizəkarlar Partiyası parlament əksəriyyətindən məhrum olub. İlkin məlumatlara görə, hakim partiya İcmalar Palatasında (parlamentin aşağı qanadı – red.) 306 yer alacaq. Britaniya parlamentinin aşağı palatası 650 yerlikdir və partiyalardan birinin parlament əksəriyyəti alması üçün 326 mandat əldə etməli idi.

“Parlamentdə istənilən koalisiya variantı göstərir ki, ölkədə yaxın vaxtlarda olduqca qeyri-stabil siyasi vəziyyət olacaq və fraksiyalarla razılaşmaq üçün hər şeydən əvvəl daxili məsələləri həll etmək, daha sonra xarici siyasətlə məşğul olmaq lazım olacaq. Fikrimcə, Tereza Meyin yaxın vaxtlarda başlamaq istədiyi Breksit üzrə danışıqlar ikinci plana keçəcək”, - ekspert deyib.

Onun sözlərinə görə, Breksit strategiyasının formasını dəyişdirəcəyi və daha yumşaq variantda aparılacağı istisna edilmir: “Çünki Meyin başqaları ilə razılığa nail olması üçün kompromisə ehtiyac olacaq”.

Koalisiya varinatlarına gəlincə, Vilovatıx qeyd etdi ki, 2010-cu ildə mühafizəkarların kiçik partnyoru olan liberal-demokratlarla ittifaq indiki halda çətin görünür. Ekpert qeyd edir ki, liberal-demokratlar Avropa İttifaqının tərkibində qalmağı dəstəkləyirlər.

Leyboristlərə gəlincə, ekspert qeyd edib ki, bu partiya Şotlandiya millətçiləri, həm də liberal-demokratlarla razılaşa bilər. Onun sözlərinə görə, hökumət leyboristlər tərəfindən formalaşdırılarsa, Breksit üzrə strategiya daha yumşaq variantda həyata keçəcək.

“İstisna edilmir ki, Britaniya miqrasiya siyasətinə görə güzəştə əvəz olaraq vahid bazarda qalacaq. Hər halda, partiyalar hakimiyyətin kim tərəfindən formalaşdırılacağını müəyyən etmək üçün iyunun 13-də görüşməlidir. İyunun 19-da isə kraliçanın proqram nitqi nəzərdə tutulub və parlament faktiki olaraq, işə başlamalıdır. Beləliklə, siyasi manevr üçün vaxt çox azdır”, - ekspert yekunlaşdırıb.

Britaniya KİV-i yazır ki, Breksit üzrə danışıqlarda mühafizəkarların təsirini möhkəmləndirmək üçün növbədənkənar seçkilərə gedən Tereza Mey fiaskoya uğradı. Aprel ayınfa heç kim Meyin müvəffəqiyyətindən şübhələnmirdi. Sorğulara əsasən, mühafizəkarları əhalinin 48 faizi, Leyboristlər Partiyasını isə yalnız 24 faiz dəstəkləyirdi. Parlamentin son tərkibində mühafizəkarların güclü mövqeyini nəzərə alaraq, Meyin öz partiyasının reytinqi və rəqiblərin zəifliyindən istifadə edərək mövqeyini gücləndirmək arzusu təbii qəbul edilirdi.

Ancaq seçkilər yaxınlaşdıqca partiyaların reytinqi arasında fərq azalmağa başladı. Seçkiqabağı manifestdə mühafizəkarlar tərəfindən təklif edilmiş qeyri-populyar ölçülər və ardıcıl terror aktları seçkilərin nəticələrini proqnozlaşdırmağa imkan verirdi.

Seçkilərin nəticələri göstərdi ki, Mey növbədənkənar seçkilərə təşəbbüs etməklə, sələfi Devid Kameronun taleyini təkrarladı. Kameron da Breksit üzrə referendum keçirməklə əmin idi ki, Britaniya Avropa İttifaqında qalacaq. Lakin uğursuzluğa düçar oldu və istefa verdi.

Təsadüfi deyil ki, leyboristlərin lideri Ceremi Korbin parlamentdə əksəriyyəti itirən baş naziri istefa verməyə çağırıb. Lakin BBC mənbələrə istinadən bildirib ki, Tereza Mey vəzifəsindən istefa verməyi planlaşdırmır.

Mümkün ssenarilər indiki halda azlıq hökuməti və ya koalisiyanın yaradılmasıdır. koalisiyanın formalaşmasının prosesi nə qədər çəkə bilər, məlum deyil. 2010-cu ildə bunun üçün 5 gün vaxt lazım olmuşdu.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR